Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1243/2021 11.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, X6 iclas katibliyi, Bərdə rayon prokurorluğunun nümayəndəsi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 24 aprel 1979-cu ildə Tərtər rayonu Xoruzlu kəndində doğulmuş, orta təhsilli, işləməyən, evli, Bərdə şəhəri, bakı küçəsi ev 7 qeydiyyatda olan Bərdə rayonu Güloğlular kəndində yaşayan Bərdə rayon Prokurorluğundan daxil olmuş barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə rayon prokuroru kiçik ədliyyə müşaviri X2 İ-8 (91c-21) saylı 11 oktyabr 2021-ci il tarixli qərardan görünür ki xx xxxxxx 1984-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı evli, orta təhsilli, işləməyən, Bərdə şəhəri Bakı küçəsi ev 7-də qeydiyyatda olmaqla Bərdə rayonu, Güloğlular kəndində yaşayan Zərərçəkmiş şəxs 22 iyun 2021-ci il tarixdə, təxminən saat 21 radələrində yaşadığı evdə əri Şəxs ilə mübahisə edərkən sonuncunun onu söyüşlə təhqir etməsinə görə özünü öldürmək gərarına gəlmiş və eyni məqsədlə evdəki mətbəx bıçağı ilə qarın nahiyəsinə bir dəfə zərbə vuraraq özünə xəsarət yetirmişdir. Belə ki Şəxs 12 iyun 2021-ci il tarixdə, yəni Zərərçəkmiş şəxs özünə bıçaqla xəsarət yetirdiyi tarixdən təxminən 10 gün əvvəl sonuncunu döyərək ona qəsdən fiziki ağrılar yetirmişdir. Onun törətdiyi bu əməl özünün qismən etirafedici izahatı, Zərərçəkmiş şəxs ərizəsi, həmçinin X7, X13, X5, X8 və Zərərçəkmiş şəxs rayon prokurorluğuna vermiş olduqları izahatları ilə tam sübuta yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Bərdə rayon prokurorluğunun nümayəndəsi X9 izahatında göstərdi ki, 23 iyun 2021-ci il tarixdə, saat 00:15 radələrində “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Acil şöbəsinin növbətçi həkimi E.Əliyev Bərdə Rayon Polis Şöbəsinə zəng edərək Bərdə rayonu, Güloğlular kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evdə yıxılması nəticəsində qarın nahiyəsinə dəmir parçasının batması və nəticədə deşilmiş yara xəsarəti ilə xəstəxanaya müraciət etməsi ilə bağlı məlumat verilmişdir. 01 iyul 2021-ci il tarixdə X4 ərizə ilə Bərdə Rayon Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, 22 iyun 2021-ci il tarixdə, təxminən saat 21 radələrində yaşadıqları Bərdə rayonu, Güloğlular kəndində yerləşən evdə əri Şəxs oğlu ilə mübahisə edərkən sonuncunun onu söyüşlə təhqir etməsinə görə özünü öldürmək gərarına gəlmiş və eyni məqsədlə edəki mətbəx bıçağı ilə qarın nahiyəsinə bir dəfə vuraraq özünə xəsarət yetirmişdir. Belə ki, Zərərçəkmiş şəxs 22 iyun 2021-ci il tarixdə, təxminən saat 21 radələrində yaşadığı evdə əri Şəxs ilə mübahisə edərkən sonuncunun onu söyüşlə təhqir etməsinə görə özünü öldürmək gərarına gəlmiş və eyni məqsədlə evdəki mətbəx bıçağı ilə qarın nahiyəsinə bir dəfə zərbə vuraraq özünə xəsarət yetirmişdir. Belə ki, Şəxs 12 iyun 2021-ci il tarixdə, yəni Zərərçəkmiş şəxs özünə bıçaqla xəsarət yetirdiyi tarixdən təxminən 10 gün əvvəl sonuncunu döyərək ona qəsdən fiziki ağrılar yetirmişdir. Həmin məlumat əsasında Bərdə rayon prokurorluğunun nümayəndəsi X9 tərəfindən müvafiq araşdırma aparılmış, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri olmadığına görə cinayət tərkibi olmadığına görə 01 sentyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərar çıxarılmışdır Göstərilənlərə əsasən də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş tənbeh tədbirinin tətbiq edilməsni xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, barışmır. Şəxs qumar oynayır spirtli içki qəbul edərək onu döyür, söyür, təhqir edir. Bu dəfələrlə təkrar olunub. Şəxs şikayətçi olduğunu və onun barəsində tənbehin verilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs təhqir etmir, döymür, bir sillə vurub. Törətdiyi əməllərə görə peşmandır, səhv edib, bir daha belə səhvə yol verməyəcək. Məhkəmədən onun barəsində cərimə edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları araşdırıb tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək, belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş izahatlardan, fotoşəkillərdən də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı təsdiq edilir. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətaların xarakterlərini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, inzibati tənbeh verilərkən birmənalı şəkildə tənbehin qorxu yaratmaq və ya hər hansısa bir formada inzibati xəta törətmiş şəxsdən qisas almaq ideyası istisna olunmalıdır. Çünki tənbehin məqsədinin inzibati xəta törətmiş şəxsi yenidən cəmiyyətə zərər verməsinə mane olmaq və başqalarının eyni inzibati xətanı törətməkdən çəkindirmək ilə mükələfiyyətli olduğuna tam olaraq inanmaq lazımdır. İnzibati xəta üzrə tənbeh tətbiq edilməsindən də vacib olan hal, həmin inzibati xətaların qarşısının alınmasına yönəlmiş olan kompleks hüquqi tədbirlər sisteminin düzgün tətbiq edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs törətdiyi əmələ görə təqsirli bilinərək, barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs X3 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 11 oktyabr 2021-ci il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1243/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1243/2021
11.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver