Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1244/2022 06.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxx 1958-ci il tarixdə Mollagüllər rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Mollagüllər kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 3(021)-992/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat inzibati cərimə edilmişdir. Bərdə Rayon Məhkəməsinin həmin qərarından barəsində inzibati icraat aparılan Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(104)461/2022 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Bərdə Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 3(021)-992/2022 saylı qərarı qismən ləğv olunmuş, iş yenidən araşdırılması üçün Bərdə Rayom Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3 izahatında göstərdi ki, Şəxs Bərdə rayonu Mollagüllər kəndində aralarında yaranmış münaqişə nəticəsində Zərərçəkmiş şəxs vurub onun sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs döyməyib və ona heç bir xəsarət yetirməyib. Ona şər böhtan atırlar. Məhkəmədən onun barəsində inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil başlanılmış inzibati xəta haqqında iş üzrə icraata təqsirləndirilən şəxsin təqsiri olmadığından xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, ilk olaraq Şəxs münaqişə yaratmış, mübahisəli əraziyə daxil olmuş, onlar dalaşmışlar, sonra o aralanmış yenidən Şəxs ona qarşı tərəf gəlmiş, bu zaman Şəxs əlinin qanadığını görmüş, sonradan aralanmışlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsinə əsasən təqsirli hesab edilməli, İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 may 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlaməti olmadığından həmin maddə üzrə cinayət işi başlanılması rədd edilmiş, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlaməti olduğundan toplanmış material Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinin canlı şəxsin ekspertizasına xx.xx.2022 ci il tarixli 98 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-alt çənənin sol yarısında-çənə bucağı nahiyəsinin qançırı küt əşyaların təsirindən törənmişdir, törənmə müddəti 05 fevral 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)126/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmdən görünür ki; -Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 05 fevral 2022-ci il tarixdə saat təxminən 1230 radələrində X4 və X5 ona məxsus olan həyətyani sahədə Zakirin yarasız hala saldığı çəpəri yenidən dəmir torlu çəpər çəkəndə Seymur Mədətov və Seymur Məhərov fəhlə kimi işləmişlər. Çəpəri çəkib qurturmağa az qalmış Zakir əlində yaba gəlmiş və çəkdikləri setka çəpərin dirəklərini basıb aşırmışdır. Zakir söyüşlə fəhlələrə çıxıb getməklərini və həmin yerin onun olduğunu bildirmiş, sonuncuları oradan qovmuşdur. Zakir ona yaxınlaşmış, əlində olan yabanı boğazına dirəmiş «səni öldürərəm» demişdir. Zakirə «ağsaqqal kişisən, çıx get» deyib əlindəki lapatkanı yerə söykəyib dayanmış, Rəşad həmin vaxt onları aralışdırmışdır. Zakir Rəşadın üzünə sillə ilə vurmuş və yenidən onun üstünə gəlmişdir. Lapatkanı əlində tutub, «hünərin çatırsa gəl» demiş, sonra Zakirin oğlu Zahir gəlmiş, Zahir ondan atasının qolunu qanatmasını soruşmuş, Zahirə «mən eləməmişəm, atanı da götür get» demişdir. Həmin vaxt Zakir sol tərəfdən ona yaxınlaşaraq yumruqla sol tərəf çənəsinə bir dəfə vurmuş və aralaşmışdır. 102 xidmətinə zəng edib polisə məlumat vermiş, hadisə yerinə polislər gəlmiş və araşdırma aparılması üçün polis şöbəsinə getmişlər. Hadisəni fəhlələr Seymur Məhərov, Seymur Mədətov, Rəşad Mahmudov və Rəşadın qardaşı oğlu Rufan görmüşlər. Zakiri vurmadığını, sonuncunun çəkdikləri setka çəpərin dirəyini basıb uçuranda özü yerə yıxıldığını, Zakirin yanına gedəndə Rəşad Mahmudovun qabağına durduğunu, Zakiri vurmadığını, ola bilsin ki, yerə yıxılanda məftilin qolunu kəsdiyini, Zakirə xəsarət yetirmədiyini bildirmişdir. -Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şəxs ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qayını Arifin oğludur, əvvəllər aralarında ədavət olmamışdır. Zərərçəkmiş şəxs ilə aralarında torpaq mübahisəsi olmuşdur. 2022-ci ilin yanvar ayında Azər gəlib ona məxsus olan 30 sot torpaq sahəsinin yarısı, yəni 15 sotu ona məxsus olduğunu bildirmiş, bu səbəbdən aralarında mübahisə baş vermiş, həmin vaxt Azər DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Bərdə rayon Polis şöbəsində araşdırma aparılmış, kənd icra nümayəndəsi və kənd bələdiyyəsinin sədri mübahisəli torpaq sahəsini ölçmüş və bildirmişlər ki, bu iş mübahisəlidir. Lakin Azər yenə həmin torpaq sahəsinin ona məxsus olmasını iddia etmişdir. 05 fevral 2022-ci il tarixdə saat 1230 radələrində evdən çölə çıxanda Azər, Rəşad, Rəşadın qardaşı oğlu Rufan, Seymur Mədətov və digər fəhlə kimi gələn Seymur ona məxsus olan torpaq səhsini setka ilə çəpərlədiklərini görmüş, həmin yerə gedib onların çəkdiyi çəpərin dirəyini itələyib dəmir tor qarışıq aşırmış, Azər sahənin o biri başından əlinə bel götürüb onun yanına gəlmiş və «sən kimsənki mənim çəpərimi uçurmusan» demiş və əlindəki bel ilə sol qolunun biləyinə bir dəfə vurmuşdur. Yerə yıxılmış, ayağa qalxanda Azər beli qarnına soxanda sol əlini qabağa vermiş, lapatkanın tini sol əlinin biləyini kəsmişdir. DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Ona dəymiş ziyan ödənilmədiyindən Zərərçəkmiş şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsi Bərdə Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 3(021)-992/2022 saylı qərarını ləğv edərkən hadisənin törədilmə vaxtı və yerinin göstərilməməsi, zəruri müdafiə həddinin araşdırılmaması ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, hadisə 05 fevral 2022-ci ildə Mollagüllər kəndində baş vermiş, həmin hadisə zamanı Zərərçəkmiş şəxs hazırki iş üzrə təqsirləndirilən şəxs kimi Şəxs sağlamlığına qəsdən az ağır xəsarət yetirməklə CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Hazırda inzibati xəta hadisəsi də məhz həmin cinayət hadisəsinin törədilməsi gedişində baş vermişdir. Məhkəmə zəruri müdafiə həddi ilə bağlı qeyd edir ki, həm hazırki məhkəmə iclasındakı ifadələrdən həm də , Bərdə Rayon Məhkəməsinin 1(021)126/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmdəki ifadələrdən müəyyən olunur ki, hadisə zəruri müdafiə ilə əlaqədar baş verməmişdir. Belə ki, tərəflər dava edib aralaşdıqdan sonra Şəxs yenidən Zərərçəkmiş şəxs qarşı münaqişəli vəziyyət yaratmış, ona qarşı hücum xarakterli hərəkətlə etmişdir. İXM-nin 20.1-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 05 fevral 2022-ci tarixdə Bərdə rayonu Mollagüllər kəndində aralarında yaranmış münaqişə nəticəsində Zərərçəkmiş şəxs vurub sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Lakin məhkəmə hesab edir ki, hazırki iş üzrə icraat xitam verilməlidir. Belə ki, İnzibati işin materiallarından görünür ki, hadisə xx.xx.2022-ci il taixdə baş vermiş, 29 may 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlaməti olmadığından həmin maddə üzrə cinayət işi başlanılması rədd edilmiş, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlaməti olduğundan toplanmış material Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilmiş, Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2022-ci il tarixdə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi hadisənin baş verməsindən 08 aya yaxın, “Sübutların qiymətləndirilməsi haqqında” qərarın qəbul edilməsindən isə 02 aydan artıq müddət keçdikdən sonra inzibati xəta haqqında materialı Polis şöbəsi məhkəməyə göndərmiş, bununla da müddətin ötürülməsinə zəruri şərait yaranmasına səbəb olmuşdur. Həmçinin həmin iş əvvələr həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində baxılıb. Belə olan halda İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçmiş olur. Azərbaycan Respublikası İXM-nin 38.1.-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nin 38.2.-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İXM-nin 38.5.-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-nin 53.0.6-cı maddəsinə əsasən- bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinməli, inzibati xətanın törədildiyi vaxtdan 08 aydan artıq vaxt keçdiyindən barəsində başlanmış inzibati material üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 38, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinsin və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata müddətin keçməsi ilə əlaqədar xitam verilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1244/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1244/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver