Məhkəmə qərarları › İş №3(021)-1245/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1245/2022

06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1245/2022 06.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis baş leytenantı X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 2001-ci il tarixdə Bərdə rayonu, Mirzəxan kəndində doğulmuş, orta təhsilli, işləməyən, subay, Bərdə rayonu, Mirzəxan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə H.Əliyev prospektində ictimai yerdə ucadan nalayiq söyüşlər edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis baş leytenantı X3 izahatında göstərdi ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə saat 19:57 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində Bərdə rayon Yol Polisi əməkdaşları tərəfindən “VAZ 21011” **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomaşının arxa yaylarında konstruksiya dəyişikliyi olduğu üçün aşkar edilərək saxlanılmışdır. Sənədləri yoxlanıldıqdan sonra avtomobilin duracağa təmin olunacağını bildirdikdə uca səslə nalayiq ifadələr işlədərək sürücü polis əməkaşları ilə razılaşmamışdır. Avtomaşının qabaq yan şüşələri açıq olduğuna görə sürücüyə xəbərdarlıq olunaraq ətrafdakı insanları nəzərə alması, kobudluq etməməsi və nalayiq ifadələr işlətməməsi barədə xəbardarlıq olunsada sürücü polislərin bu tələbinə məhəl qoymamış, öz qanunsuz əməllərini davam etdirmişdir. Polis əməkdaşları avtomaşını müvəqqəti duracağa yerləşdirilməsi üçün avtomaşını sürməyi xahiş etdikdə isə bu zaman sürücü Şəxs avtomaşından düşərək avtomaşının qapılarını bağlayaraq polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 izahatında göstərdi ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə saat 19:57 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində Bərdə rayon Yol Polisi əməkdaşları tərəfindən “VAZ 21011” **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomaşının arxa yaylarında konstruksiya dəyişikliyi olduğu üçün aşkar edilərək saxlanılmışdır. Sənədləri yoxlanıldıqdan sonra avtomobilin duracağa təmin olunacağını bildirdikdə uca səslə danışaraq sürücü polis əməkaşları ilə razılaşmamışdır. Avtomaşının qabaq yan şüşələri açıq olduğuna görə sürücüyə xəbərdarlıq olunaraq ətrafdakı insanları nəzərə alması, kobudluq etməməsi barədə xəbardarlıq olunsa da sürücü polislərin bu tələbinə məhəl qoymamış, öz qanunsuz əməllərini davam etdirmişdir. Polis əməkdaşları avtomaşını müvəqqəti duracağa yerləşdirilməsi üçün avtomaşını sürməyi xahiş etdikdə isə bu zaman sürücü Şəxs avtomaşından düşərək avtomaşının qapılarını bağlayaraq polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə saat 19:57 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində Bərdə rayon Yol Polisi əməkdaşları tərəfindən “VAZ 21011” **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomaşının arxa yaylarında konstruksiya dəyişikliyi olduğu üçün aşkar edilərək saxlanılmışdır. Sənədləri yoxlanıldıqdan sonra avtomobilin duracağa təmin olunacağını bildirdikdə uca səslə danışaraq sürücü polis əməkaşları ilə razılaşmamışdır. Avtomaşının qabaq yan şüşələri açıq olduğuna görə sürücüyə xəbərdarlıq olunaraq ətrafdakı insanları nəzərə alması, kobudluq etməməsi barədə xəbardarlıq olunsada sürücü polislərin bu tələbinə məhəl qoymamış, öz qanunsuz əməllərini davam etdirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, kiçik bir anlaşılmazlıqdır, səhvini başa düşüb. Əməlindən səmimi peşmandır. Heç bir polis əmədaşını söyüb təhqir etməmişdir. Məhkəmədən barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdən saat 20:05-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, həmin Məcəllənin 535.1-ci maddəsi ilə isə inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərini özündə əks etdirən hər hansısa bir sübut iş materiallarına əlavə edilməmiş, bundan başqa məhkəmə iclasında iştirak edən pıolis əməkdaşlarının özlərinin izahatlarında da müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs söyüş söyməmiş, heç kimi təhqir etməmişdir. Lakin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 06 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Belə ki, Şəxs qanunvericiliyin tələblərini pozaraq avtomaşının arxa yaylarında konstruktiv dəyişiklik edərək avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış, barəsində inzibati icraat aparılan şəxsə qanunun tələbləri izah edilərkən, Şəxs qanunun tələbləri ilə razılaşmamış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, avtomobilin qapılarını bağlayaraq polis əməkdaşlarının xidməti fəaliyyətlərinə maneəçilik yaratmış, onların qanuni tələblərini icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş olan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı Şəxs məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Çünki inzibati tənbehin əsas məqsədləri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddə üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs 05 oktyabr 2022-ci il tarixdən saat 20:05-də inzibati qaydada tutulmasını nəzərə alaraq təyin edilmiş 200 manat məbləğində inzibati cərimənin məbləği 100 manat azaldıralaraq 100 manat məbləğində saxlanılsın. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar