Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1246/2022 07.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 588 və 590.2-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 588 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 07 oktyabr 2022-ci il tarixdə MN № ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs yaşadığı Bərdə rayonu, Lənbəran kəndində yerləşən evində atasından qalma ov tüfəngini qanunsuz saxlayaraq Azərbaycan Respublikası İXM-nin 588 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon polis şöbəsi İTB-nin polis sahə rəisi X3 izahatında göstərdi ki, Bərdə rayonu Lənbəran kəndində yaşayan Şəxs heç bir qeydiyyata almadan qanunsuz olaraq atasından qalmış ov tüfəngini özündə saxlamışdır. Hazırda Şəxs götürülmüş 16 mm-lik ov tüfəngi Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 588 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək izahat verib bildirdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təxminən 30-35 il bundan əvvəl atası Rəfail Əliyevə məxsus “İJ” markalı 16 kalibrli tək lülə A24086 nömrəli ov tüfəngi olmuşdur. Lakin sonradan atası Rəfail Əliyev vəfat etmiş və həmin ov tüfəngi yadigar olaraq ona qalmışdır. Onun həmin tüfəngə dair heçbir rəsmi sənədi olmamışdır. Belə ki, o həmin tüfəngdən istifadə etməmiş və onun yararlı olub-olmadığını bilməmişdir. xx.xx.2022-ci il tarixdə o yaşadığı evdə olarkən iki nəfər polis əməkdaşı yaşadığı evin qarşısına gələrək özlərini polis əməkdaşı kimi təqdim edib onda qanunsuz olaraq ov tüfəngi barədə məlumat daxil olduğunu bildirmişlər, o həmin şəxslərə həqiqətən rəsmi qeydiyyatı olmadan ov tüfənginin olduğunu bildirmiş və evdə olan ov tüfəngini polis əməkdaşlarına tenvil vermişdir. Səhvini başa düşdüyünü, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək nəzərə alınmasını məhkəmədən xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İXP ******* saylı 07 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. İşdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 22 iyul.2022-ci tarixli qərarından görünür ki, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru Rüstəm Şəmilovun raportu əsasında törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında HK-1-2866 sayla toplanmış material üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, Bərdə rayonu Lənbəran kəndində yaşayan Şəxs heç bir qeydiyyata almadan qanunsuz olaraq atasından qalmış ov tüfəngini özündə saxlamışdır. Toplanmiş material üzrə cinayət işinin başlanması rədd olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 588 və 590.2-ci maddələri tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 588-ci maddəsinə əsasən mülki silahın qeydiyyatı qaydalarının pozulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 590.2–ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 588 və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddələrində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 588 və 590.2-ci maddələri ilə təqsirli bilinib, barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 588 və 590.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXMnin 26-cı maddəsinə əsasən inzibati xətanın törədilməsində bilavasitə obyekti olmuş “İJ” markalı “A24086” nömrəli 16 mm kalibrili tək lülə ov tüfəngi müsadirə edilməklə bаrəsində 80 (səksən) manat məbləğində cərimə inzibаti tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1246/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1246/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver