Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1247/2022 03.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayonu X7 Yol Polis bölməsinin yol patrul xitmətinin inspektoru, polis baş serjantı X1, Barəsində inzibati icraat aparılan X3 iştirakları ilə, X3 Bərdə rayon Yol Patrul Xidmətinin polis serjantı X2 13 avqust 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y yə n e t d i: Bərdə Rayon Məhkəməsinə X3 barəsində olan inzibati xəta haqqında 13 avqust 2022-ci il tarixli, İXP ******* saylı qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X5 13 avqust 2022-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində “Chevroleet Cruze minik” **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə X11 Xidmətinin əməkdaşı X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 329.3-ci və 334.1-ci maddələri ilə inzibati xəta törədilməsi barədə protokol tərtib edilməklə qərar qəbul etmişdir. X6 barəsində tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokol ilə razılaşmiyaraq protokolun əsaslı olmadığını bildirmişdir. Belə ki, belə protokol yazılarsa sərxoşluğun müəyyən edilməsi barəsində tibbi ekspertizadan keçirilməli olduğunu bildirmişdir. X12 Xidmətinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-ci və 334.1-ci madddələrinə uyğun olaraq protokol tərtib etmişlər. Həmin protokol əsassız olduğundan onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X6 məhkəməyə ərizə ilə müraciət edərək, şikayəti əsasında inzibati protokolun ləğv edilməsi ilə bağlı işi Tovuz rayonunda qeydiyyatda olduğundan aidiyyatı üzrə Tovuz rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 Noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest üç gün müddətinə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən məhkəmə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edirki, X3 13 avqust 2022-ci il tarixli, İXP ******* saylı qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Tovuz rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112.4-cü maddələrini rəhbər tutаraq məhkəmə, Qərarа aldı: X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-ci və 334.1-ci madddələri ilə inzibati xəta törətməsinə dair protokoldan verdiyi şikayət və toplanılmış material baxılması üçün aidiyyatı üzrə Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1247/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1247/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver