Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1248/2022 17.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi, ərizəçi (barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs) X3 iştirakı ilə, xx.xx.1969-cu ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə rayonu, Mirzalıbəyli kəndində yaşayan X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə İnzibati Tənbeh vermə haqqında Elektron qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 məhkəməyə şikayət verərək, xx.xx.2016-cı il tarixli KYP 473470 nömrəli inzibati protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməyə görə barəsində 500 manat inzibati cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Elektron qərarının ləğv edilməklə inzibati xəta haqqında işə xitam verilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəsində olan “VAZ 21070 minik” markalı, **- BF-*** Dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2016-cı il tarixdə Bərdə rayonu ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin yol patrul xidməti baş inspektoru X4 tərəfindən barəsində KYP 473470 saylı, Ş xx.xx.2016-cı il tarixli inzibati protokol tərtib edilmişdir. xx.xx.2016-cı il tarixli İnzibati tənbeh vermə haqqında Elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyə görə barəsində 500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Lakin hal-hazırki vaxta kimi qərarın surəti ona hər hansı formada poçtla, telefonuna mesaj göndərməklə və sair formada verilməmiş və ya bu qərar barəsində məlumatlandırılmamışdır. Halbuki, həmin avtomobili bu günə kimi idarə edir, hər gün polis əməkdaşları ilə rastlaşır. 2016-cı ildən hal-hazırki vaxta kimi həmin avtomobillə bir neçə dəfə yol hərəkəti qaydalarını pozduğuna görə barəsində protokollar tərtib edilmiş, sonuncu dəfə isə 2021-ci ilin dekabr ayında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində olan bütün cərimələri ödəmişdir. 12 avqust 2022-ci il tarixdə Bərdə RPŞ–nin DYP bölməsinin əməkdaşı ona bildirmişdir ki, onun barəsində 2016-cı ildə tərtib edilmiş İnzibati protokol və İnzibati Xətalar Məcəlləsnin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 500 manat məbləğində cərimə olunmasına dair elektron qərar vardır. Bundan sonra onun xahişi ilə Bərdə RPŞ DYP Bölməsinin rəhbərliyi həmin inzibati protokolu və elektron qərarın surətlərini DİN-nin DYP Web Portalından xx.xx.2022-ci il tarixdə çıxarılaraq ona verilmişdir. Hesab edir ki, həmin protokol və qərar tam qanunsuzdur və ləğv edilməlidir. xx.xx.2016-cı il tarixli KYP 473470 nömrəli inzibati protokol onun iştirakı ilə müzakirə edilmədən və izahatı dinlənilmədən xx.xx.2016-cı il tarixli elektron qərar qəbul edilmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.2-ci maddəsi pozulmuşdur. Həmin Elektron qərarın surəti ona təqdim edilməmiş, göndərilməmiş və ya bu qərar barəsində xx.xx.2022-ci il tarixədək hər hansı bir formada məlumatlandırılmamışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinə əsasən qərarın surəti 2 gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə verilməlidir. Həmin qərar xx.xx.2016-cı il tarixdə qəbul edilməsinə baxmayaraq 2022-ci ilin avqust ayınadək 6 il müddətində DİN DYP Web portalına yerləşdirilməmişdir. Bununla da İnzbati Xətalar Məcəlləsinin 125.1-ci maddəsi pozulmuşdur. Həmin maddəyə əsasən Elektron qərar qəbul edildiyi andan DİN-nin DYP Web Portalına yerləşdirilməlidir. Elektron qərarın həqiqətən də xx.xx.2016-cı il tarixdə qəbul edilməsi şübhəlidir. Belə ki, qərarın nömrəsi qeyd edilməmiş, həmin elektron qərarın xx.xx.2016-ci il tarixli qərar qəbul olunduğu gün dərhal DİN DYP Web Portalına yerləşdirilməli idi. Odur ki, xx.xx.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Elektron qərarının ləğv edilməklə inzibati xəta haqqında işə xitam verilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş nümayəndənin bilavasitə tabe olduğu orqana məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətçini ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1969-cu ildə anadan olmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni əyricə kəndi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 784 nömrəli arayışdan görünür ki, X1 rayonu Mirzalıbəyli kəndində yaşayır. İş materiallarında olan DİN DYP Web Portalından çıxarışdan görünür ki, X5 xx.xx.2016-cı il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində İnzibati Xtalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati tənbeh vermə haqqında Elektron qərarın surətindən görünür ki, X5 İXM-nin 334.1-ci maddə ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında Elektron qərarla X5 AR.İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində cərimə olunmuşdur. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 məhkəməyə şikayət verərək, inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İXM-in 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xəta haqqında protokoldan müəyyən edilir ki, X5 İXM-in 334.1-ci maddəsi ilə inzibati xəta törətmiş və İXM-in tələblərinə uyğun olaraq barəsində 334.1-ci maddəsi ilə qərar qəbul edilərək 500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Göründüyü kimi, X3 barəsində inzibati xəta haqqında protokol xx.xx.2016-cı il tarixdə tərtib edilmiş, onun barəsində inzibati xəta haqqında qərar xx.xx.2016-cı ildə qəbul edilsə də həmin qərarın nömrəsi və tarixi qeyd edilməmiş, bundan başqa qərarın qəbul edilməsindən 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq qərar bu günə kimi naməlum səbəbdən icra olunmamışdır. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İXM-in 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın icra müddətinin keçməsi səbəbindən şikayət təmin edilməli, X5 barəsində İXM-in 334.1-ci mаddəsi ilə tərtib edilmiş xx.xx.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Elektron qərarının icrasına xitam verilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. X5 barəsində İXM-in 334.1-ci mаddəsi ilə qəbul edilmiş xx.xx.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında Elektron qərarın icrasına xitam verilsin. Qərаrdadın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1248/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1248/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver