Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1248/2024 13.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X1 iclas katibliyi, icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1990-cı ildə Bərdə rayonunda doğulmuş, orta təhsilli, subay, işləmir, ünvan 1 ünvanda yaşan Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsində 13 dekabr 2024-cü il tarixdə MN №2088275 saylı inzibati xəta haqqında potokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Bərdə rayon Məhkəməsinin 18 iyul 2022ci il tarixli 2(021)-1025/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs oğlundan 2240 manat aliment borcu yaranmışdır. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətləri edilmişdir. Borcluya borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu heç bir üzürlü səbəb olmadan icra sənədini icra etmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, onun X3 aliment borcu vardır, əvvəlcə borc məbləği yüksək olmuşdur, həmin borcdan 6700 manat ödəmişdir, qalan borc 2240 manatdır. Bu ayının sonunda 300 manat ödəyəcəkdir, heç bir yerdə işləmir, borcunu ödəmək istəyir, lakin imkanı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl düzgün tərtib olunmadığından onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1025/2022 saylı icra vərəqəsindən görünür ki, 21 iyun 2019-cu ildə anadan olmuş X6 və 21 iyun 2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs oğlundan 18 iyul 2022-ci ildən başlayaraq ayda hər uşağa 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat miqdarında aliment alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə rayon İcra və probasiya Şöbəsinin 21 iyul 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1025/2022 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş 21 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1025/2022 saylı icra vərəqəsi üzrə borclu Şəxs oğluna tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 8(021)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bərdə Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(021 )-1025/2022 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs oğlunun mülkiyyətində olan Bərdə şəhəri, Elçin Əsədov küçəsində yerləşən 0,03 ha həyətya torpaq sahəsinin üzərinə həbs qoyulması, Bərdə şəhəri, Elçin Əsədov küçəsində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılması, Bərdə şəhəri, Elçin Əsədov küçəsində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin satışından əldə olunan vəsaitin Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş iyul 2022-ci il tarixli, 2(021 )-1025/2022 nömrəli icra vərəqəsi ilə müəyyən edilmiş borcun, ödənilməsinə yönəldilməsi qərara alınmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 3(021)-1319/2022 saylı qərarından görünür ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 gün inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 8(021)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü, Bərdə şəhəri, Bakıxanov küçəsi ev 5 ünvanında yaşayan Şəxs oğlunun Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti olaraq məhduudlaşdırılması qərara alınmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Elektron icra Sistemindən çıxarışdan görünür ki, Şəxs oğlu xx.xx.1990-cı ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İnzibati iş materiallarına əlavə edilmiş Elektron icra Sistemindən çıxarışdan görünür ki, Şəxs oğlunun adına daşınmaz əmlak, avtomobil yoxdur, əmək haqqı və ya pensiya almır. Belə ki, Şəxs oğlunun barəsində İXM 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 13 dekabr 2024-cü il tarixdə, MN №2088275 saylı inzibati xəta haqqında potokol Şəxs oğlunun X3 olan aliment borcuna görə tərtib edilmişdir. Lakin məhkəmə iclasında borclu Şəxs oğlunun daşınar əmlakının olubolmamasının müəyyən edilməsinə dair, hər hansı bir sənəd, yaşadığı yerə və əmlakına baxış keçirilməsi barədə akt, sonuncu dəfə Bərdə Rayon Məhkəməsinin 3(021)-1319/2022 saylı qərarından sonra hansı icra tədbirlərinin görülməsi barədə inzibati xəta haqqında tərtib edilmiş protokola və iş materialına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs oğlu barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 13 dekabr 2024-cü il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs oğlu barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 13 dekabr 2024-cü il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-1248/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1248/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver