Məhkəmə qərarları › İş №3(021)-125/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-125/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-125/2024 13.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X8 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-ci il tarixdə Bərdə rayon Qaradırnaq kəndində anadan olmuş, Bərdə rayon Nifçi kəndində qeydiyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157 və 232-1-ci maddələri ilə Bərdə rayon Polis Şöbəsində 13 fevral 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs Nemət qızı övladını görmək məqsədi ilə faktiki ayrı yaşadığı Zərərçəkmiş şəxs2 yaşadığı Bərdə rayon Nifçi kəndində yerləşən evinə getmişdir. Orada Şəxs Nemət qızı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X3 arasında sözlü münaqişə yaşanmış və daha sonra sözlü münaqişə tərəflər arasında davaya çevrilmişdir. Həmin vaxt Şəxs Kəmalə İsgəndərovaya dərcəsi təyin edilməyən xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 isə Şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Eyni zamanda Şəxs Nemət qızının Zərərçəkmiş şəxs3 məxsus VAZ2107 markalı, **-MH- *** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinə və Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinə və məişət əşyalarına 1642 manat maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə protokol tərtib etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, Zərərçəkmiş şəxs1 xəsarət yetirməmişdir, əksinə onu döyüb xəsarət yetirmişdirlər. Lakin etiraf edir ki, Zərərçəkmiş şəxs3 məxsus VAZ2107 markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinə və Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin pəncərələrinə zərər yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, Şəxs onu döyüb xəsarət yetirmişdir. Hazırda onunla barışmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 bildirdi ki, Şəxs onun avtomobilinə zərər yetirmişdir. Hazırda onunla barışmamışdır. Məhkəmə iclasında vəkili Vəkil iştirakı ilə Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Şəxs yaşadığı fərdi yaşayış evinə və məişət əşyalarına maddi ziyan vurmuşdur. Hazırda onunla barışmamışdır. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş materiallar natamam olduğundan Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl İXM-in 232-1-ci maddəsi hissəsində onu tərtib etmiş оrqаnа, Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı ekspert rəyləri əlavə edilməmiş, həmçinin zərər dəymiş avtomobilin və fərdi yaşayış evinin kimin mülkiyyətində olmasına dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs İXM-in 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN №2059106 nömrəli protokolda göstərilmişdir ki, Şəxs 10 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 döymüş, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 maddi ziyan vurmuşdur. Bərdə RPŞ TB-nin təhqiqatçısı X11 tərəfindən qəbul edilmiş 01 fevral 2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki; -Bərdə rayonu, Nifçi kəndində yaşayan Zərərçəkmiş şəxs2 Əmraslan oğlu xx.xx.2023cü il tarixdə DİN-nin "102" xidmətinə zəng edərək, Gülanə, Ədalət və Afət adlı şəxslərin onun evinə gələrək ev əşyalarını sındırması barədə məlumat vermişdir. -Bundan əlavə, Bərdə rayonu, Niftçi kəndində yaşayan Şəxs DİN- nin "102” xidmətinə zəng edərək, benzin içməklə intihar edəcəyi barədə məlumat vermişdir. -Bundan başqa, Bərdə rayon Diaqnostik və Müalicə Mərkəzindən rayon polis şöbəsinə xx.xx.2023-cü il tarixdə 1958-ci il təvəllüdlü X5, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 və X1 döyülmə nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. -Daxil olmuş müraciət əsasında izahatlar alınmış, məhkəmə-tibbi ekspertizası göndərilmiş, sorğular verilmiş və digər zəruri hərəkətlər yerinə yetirilmişdir. -Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs özünü öldürməyə hazırlıq görməsi və ya özünü öldürəcəyini söyləməsi ilə, özünü öldürmə cinayətini uydurmaqla, yəni özünü öldürmə niyyəti olmadan belə görüntü yaradan hərəkətlər etməklə azyaşlı uşaqlarının faktiki ayrıldığı Zərərçəkmiş şəxs2 tərəfindən ona qaytarılmasına nail olmaq istəmiş, hər hansı şəxsin onunla amansız rəftar etmə, ləyaqətini mütamadi olaraq alçaltma, hədə-qorxu gəlməsi müəyyən edilməmişdir. Bundan başqa, izahatlar müəyyən edilmişdir, Şəxs və X2 birgə nikah dövründə qeyd edilən evdə yaşamış, Şəxs həmin evə sərbəst gedib-gəlmiş, habelə uşaqları barədə məlumat əldə etmək üçün zor tətbiq etmədən Zərərçəkmiş şəxs2 evinə getmişdir. Ona görə də Bərdə rayon prokurorluğunda toplanmış 213c-23 nömrəli material üzrə intihara cəhd cinayət hadisəsi olmadığından Azərbaycan aparılmış araşdırma zamanı Respublikası CPM-nin 39.1.1-ci maddəsinə, əməldə mənzil toxunulmazlığı hüququnu pozma cinayət tərkibi olmadığınında Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. -Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs Nemət qızı övladını görmək məqsədi ilə faktiki ayrı yaşadığı Zərərçəkmiş şəxs2 yaşadığı Bərdə rayon Nifçi kəndində yerləşən evinə getmişdir. Orada Şəxs Nemət qızı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X3 arasında sözlü münaqişə yaşanmış və daha sonra sözlü münaqişə tərəflər arasında davaya çevrilmişdir. Həmin vaxt Şəxs Kəmalə İsgəndərovaya dərcəsi təyin edilməyən xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 isə Şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kənar fziki təsirdən xəsarət almaları araşdırma materialı və ekspertiza rəylərinə əsasən sübuta yetməmişdir. Beləki, Şəxs Nemət qızı və Zərərçəkmiş şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərini pozmuşdur. Buna görə də Şəxs Nemət qızı və Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. -Toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs Nemət qızı və Zərərçəkmiş şəxs1 əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün qərarın surəti şöbənin İTB-nə göndərilmiş,eyni zamanda Şəxs Nemət qızının Zərərçəkmiş şəxs3 məxsus VAZ2107 markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinə və Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinə və məişət əşyalarına 1642 manat maddi ziyan vurduğu üçün Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən məsuliyyət yaratmışdır. Həmçinin həmin qərardan müəyyən olunur ki; -Materiala əlavə edilmiş "xxxx" MMC-nin fərdi yaşayış evinə və avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair mütəxəssis rəyinə əsasən, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə, ev əşyalarına və Zərərçəkmiş şəxs3 məxsu VAZ 21074 markalı, **- MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1642 manat təşkil edir. Materiala əlavə MTE və PA brliyi phş-nin 880 saylı ekspert rəyinə əsasən, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər -boyunun ön sol yan səthinin, sağ saidin aşağı 1/3-nin ön-bayır səthinin, sol saidin orta-aşağı 1/3-nin ön səthhinin sıyrılqları küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Materiala əlavə MTE və PA Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nə daxil olmuş xx.xx.2024-cü il tarixli 883 saylı ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər -oma, sol baldır, sağ baldır nahiyələrinin küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlərin şəxsin özü və kənar şəxs tərəfindən də yetirilə bilməsi inkar olunmur, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Materiala əlavə MTE və PA Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nə daxil olmuş xx.xx.2024-cü il tarixli 885 saylı ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər -sol bazu nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlərin şəxsin özü və kənar şəxs tərəfindən də yetirilə bilməsi inkar olunmur, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs1 döymüşdür. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl İXM-in 232-1-ci maddəsi hissəsində onu tərtib etmiş оrqаnа Bərdə Rayon Polis Şöbəsinə qaytarılsın. Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar