Məhkəmə qərarları › İş №3(021)-125/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-125/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-125/2025 07.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Bərdə rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidmətinin baş inspektoru X4, Barəsində inzibati icraat aparılan Şəxs X3 və X5 iştirakları ilə, xx.xx.1975-ci ildə Ağdam rayonu Şişpapaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, deməsinə görə məhkumluğu olmayan, Ağdam rayonu Şişpapaqlı kəndində qeydiyyatda olmaqla Ağdam rayonu Baharlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs sürücülük hüququ və etibarnamə olmadan “Vaz 21074 Minik” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə saat 13:30-da Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Bərdə rayon X16 yol patrul xidmətinin baş inspektoru X8 izahatında göstərdi ki, protokolu müdafiə edir. xx.xx.2025-ci i tarixdə saat 13:30 radələrində Şəxs sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi VAZ 21074 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində həmin avtomobildə arxa sağ oturacaqda sərinişin qismində əyləşən X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmin avtomobildə arxa sol oturacaqda sərnişin qismində əyləşən X12 ilə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət almışdır. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək izahatında göstərdi ki, əməlindən peşmandır. Bildirir ki, sürücülük vəsiqəsinin müddəti ötdüyündən xəbəri olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X13 izahatında bildirdi ki, Bərdə rayonu Alaçadırlı kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Hyundai Santafe markalı **-VT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində Bərdə şəhərində Bərdə rayonu Alaçadırlı kəndi istiqamətində Hyundai Santafe markalı **- VT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Bərdə rayonu Meşəçilik qəsəbəsi adlanan ərazidə onunla əks istiqamətdən VAZ 21074 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı hərəkət etmiş, həmin avtomobilin sürücüsü yol ayrıcına çatdıqda avtomobili saxlamadan və onunla olan məsafəni nəzərə almadan qəflətən onun hərəkət zolağına daxil olmaqla sola dönmə manevri etmişdir. Həmin avtomobilin sürücüsü qəflətən sola dönmə manevri etdiyindən onun dönmə işığını yandırıb-yandırmadığını dəqiq görməmişdir. O isə həmin vaxt əyləcə basmaqla idarə etdiyi avtomobili sola tərəf meylləndirmişdir. O hadisə vaxtı heç bir xəsarət almamışdır. Hazırda şikayət və tələbi yoxdur. Sığorta dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirdi ki, Şəxs ilə dəfn mərasimindən qayıdarkən hadisə baş vermişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Vaz 21074 minik markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. xx.xx.2025-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə rayonu Alaçadırlı kəndi ərazisində toqquşma hadisəsi baş vermişdir. AA0470160 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. AD304585 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə BC kateqoriyaları sürücülük vəsiqəsi verilmişdir. Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1975-ci il tarixdə Ağdam rayonu Şişpapaqlı kəndində anadan olmuşdur. Ağdam rayonu Şişpapaqlı kəndində qeydiyyatdadır. AE 905198 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2014-cü il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1/384 nömrəli material üzrə cinayət işi başlamasının rədd edilməsi, sürücü Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1 maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, nəqliyyat vasitəsini idarə etməsi üçün idarə etmək hüququ olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 335.3 maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 121 nömrəli aktından görünür ki, X2 vəziyyəti aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 122 nömrəli aktından görünür ki, X2 vəziyyəti aşkar edilməmişdir. 74 saylı Ekspert rəyindən görünür ki, vətəndaş X6 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət sağ gözaltı nahiyyənin qançırı küt əşyanın təsirindən törətnmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 75 saylı ekspert rəyindən görünür ki, vətəndaş Şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. 85 saylı ekspert rəyindən görünür ki, X7 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. 72 saylı ekspert rəyindən görünür ki, X5 məhkəmə -tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –alın nahiyyəsində tüklü hissəyə küçən, sol təpə-gicgah nahiyyələrinin əzilmiş –cırılmış yaraları küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs sürücülük hüququ və etibarnamə olmadan Vaz 21074 Minik” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə saat 13:30-da Azərbaycan Respubliasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iş üzrə protokol tərtib edən şəxsin və barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmanlığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib, barəsində beş yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRARAALDİ

1. Əhmədov X11 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin.

2. Qərаrın icrаsı Bərdə rаyоn İcra və probasiya şöbəsinə həvаlə edilsin.

3. Qərаrın surəti barəsində inzibаti xətа haqqında protokol tərtib edilmiş və protokol tərtib etmiş orqana göndərilsin.

4. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar