Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1251/2024 16.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas katibliyi, protokol tərtib etmiş şəxs Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X24, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1973-cü il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bərdə rayonu Qaradağlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində 16 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuş, protokol ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Alışov X13 Vəfa Miri qızını döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin sahə rəisi, polis mayoru X24 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Kələntərli kəndində yaşayan Zərərçəkmiş şəxs Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 19 noyabr 2024-cü il tarixdə Şəxs onunla mübahisə edərək onun döydüyünü bildimişdir. Bərdə Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X12 cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 noyabr 2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Odur ki, inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə gətirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, X10 onun bacısı qızıdır. X26 rayonundan məcburi köçkün olmaqla Bərdə şəhərində məskunlaşmışdır. Rəqsanənin anası isə İ Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Nəcimə Hüseynova özünə məxsus olan fərdi yaşayış evini aylıq 100 manat ödəmək şərti ilə Rəqsanə Qurbanovaya kirayəyə vermişdir. Özü isə qaynı oğlu Anar adlı şəxsin evində yaşamışdır. X20 fərdi yaşayış evini qohumlarının təkidi ilə satmaq istədiyini və Rəqsanədən evdən çıxmasını tələb etmiş, evə qazın və işığın verilməsini dayandırmışdır. Rəqsanə isə X23 şəhərində ona ev veriləcəyini bu müddət ərzində həmin evdə qalmaq üçün ona möhlət verilməsini xahiş etmişdir. Rəqsanə Qurbanova evə verilmiş elektrik xəttini bərpa etmək üçün ona zəng edərək kömək istəmişdir. Bu məqsədlə 19 noyabr 2024-cü il tarixdə həmin evə getmişdir. Orada olan zaman Zərərçəkmiş şəxs və Nəcimə Hüseynova oraya gəlmiş bu zaman Rəqsanə Qurbanova ilə aralarında mübahisə yaranmış, lakin o onlara yaxınlaşmamış, polis əməkdaşlarının gəlməsini gözləmişdir. Zərərçəkmiş şəxs vurmamışdır. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, əri Anar Hüseynovun əmisi arvadı X4 rayonundan məcburi köçkün olduğundan Bərdə rayonu Kələntərli kəndində özünə fərdi yaşayış evi tikdirərək həmin evdə məskunlaşmışdır. Nəcimə Hüseynova tək yaşadığından və xəstə olduğundan hər zaman ona baxıb qulluq etmişlər. Son zamanlarda isə Nəcimə Hüseynovanı tək yaşamaması üçün öz evlərinə aparmışlar. Ona məxsus olan evi isə boş qalmasın deyə X2 vermişlər. Lakin son vaxtlar Nəcimə Hüseynova öz evinə köçüb orada yaşamaq istəmişdir. Bu məqsədlə Nəcimə Hüseynova ilə birlikdə ona məxsus evə gedən zaman Rəqsanə Qurbanova evdən çıxmamış, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Rəqsanə Qurbanova və dayısı Şəxs onu döymüşdürlər. Odur ki, məhkəmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesаb edir ki, X10 barəsində İXM-in 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, tək yaşadığından və xəstə olduğuna görə bir müddətdir qaynı oğlunun ailəsi ilə birlikdə yaşamış və özünə məxsus olan fərdi yaşayış evini X1 vermişdir. Lakin sonradan öz evinə köçüb orada yaşamaq istəmişdir. Rəqsanə Qurbanovadan dəfələrlə evindən çıxmağı tələb etsə də lakin Rəqsanə ona məxsus evdən çıxmamışdır. Bu səbəbdəndən evinə elektirik enerjisinin verilməsinin dayandırılması üçün X22 ərizə vermiş və evinə elektrik enerjisinin verilməsi dayandırılmışdır. 19 noyabr 2024-cü il tarixdə yenidən Rəqsanə Qurbanovadan evindən çıxmasını tələb etmək üçün evinə getmiş, oraya gedən zaman Rəqsanə Qurbanovanın evinə elektrik xətti çəkildiyini görmüşdür.Nəcimə Hüseynova məhkəmə iclasında Şəxs əlində üzüm ağacının çubuğunu görsədə kimisə vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, Laçın rayonundan məcburi köçkün olmaqla Bərdə rayonu Kələntərli kəndində X11 tərəfindən inşa edilmiş evdə kirayədə yaşamışdır. Nəcimə Hüseynovaya aylıq 100 manat kirayə haqqı ödəmişdir. Ev ona Nəcimə Hüseynova tərəfindən kirayəyə verilsə də lakin evin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla Nəcimə Hüseynovanın adına rəsmi şəkildə qeydə alınmamışdır. 19 noyabr 2024-cü il tarixdə X19 Vəfa Miri qızı və Zərərçəkmiş şəxs qaynanası ilə birlikdə həmin evə gələrək evdən çıxmasını tələb etmişlər. O, isə qış ayı olduğundan və yaxın vaxtlarda işğaldan azad edilmiş Laçın rayonuna köçəcəyindən evdən çıxmamış və ona möhlət verilməsini xahiş etmişdir. Lakin Zərərçəkmiş şəxs və Nəcimə Hüseynova onunla razılaşmamış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurmuşdur. Şəxs Zərərçəkmiş şəxs vurduğunu görməmişdir. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X12 28 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, 19 noyabr 2024-cü il tarixdə Bərdə rayonu Kələntərli kəndində yaşayan X3 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 19 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onunla mübahisə edərək onu döydüyünü bildirmişdir. 19 noyabr 2024cü il tarixdə Bərdə rayonu Kələntərli kəndində yaşayan X5 rayonu Polis Şöbəsinə ərizə ilə müraciət edərək 19 noyabr 2024-cü il tarixdə X7 onunla mübahisə edərək onu döydüyünü bildirmişdir. 19 noyabr 2024-cü il tarixdə Bərdə rayonu Kələntərli kəndində yaşayan Zərərçəkmiş şəxs Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 19 noyabr 2024cü il tarixdə Rəsul adlı şəxs tərəfindən döyülməsini bildirmişdir.X10 ilə X9 qarşılıqlı ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “MTE və PA” birliyi publik hüquqi şəxsin Bərdə Rayon Şöbəsi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli, 940 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol əl pəncəsinin arxa səthinin İV barmağın arxa səthinin sağ əl pəncəsinin, arxa səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törəmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bərdə RPŞ İTB-nin sahə rəisi, polis mayoru X24 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Alışov X13 Vəfa Miri qızını döyərək ona sağlamlığa zərər vurmayan xəsratlər yetirmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 19 noyabr 2024cü il tarixdə Şəxs onunla mübahisə edərək onun döydüyünü bildimişdir. Bərdə Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X12 cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 noyabr 2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Bundan sonra, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində 16 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuş, protokol ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs Bərdə rayonu Kələntərli kəndində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs özünü təqsirli bilməmiş, Zərərçəkmiş şəxs vurmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibinin olması sübuta yetirilməlidir. Buna baxmayaraq, hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materiallara yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatları əlavə edilmiş, Şəxs əməlində inzibati xəta tərkibi olmasını göstərən başqa heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi, Şəxs əməlində İXM-in 157-ci maddəsi ilə inzibati xəta tərkibi olduğunu göstərən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş sübutlar isə bir-biri ilə uyğunsuzluq təşkil etmiş və şəxsin təqsirləndirildiyi inzibati xətanı törətməsini sübut etməmişdir. Belə ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs başqa digər şəxslər Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi və ya ağacla vurmasını görmədiklərini bildirmişlər. Belə olan halda yalnız ekspert rəyində göstərilən sağlamlığa zərər vurmayan xəsarətə əsaslanıb Şəxs Zərərçəkmiş şəxs döyməsi və ya ağacla vuraraq xəsarət yetirməsi qənaətinə gəlmək olmur. Məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş material əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlində İXM-in 157-ci maddəsi ilə inzibati xəta tərkibi olması və onun həmin inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nəzərinə xüsusilə çatdırır ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Belə ki, İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Eyni zamanda həmin məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən Şəxs təqsirli olması barədə şübhələr də onun xeyrinə həll edilərək Şəxs təqsirsiz hesab edilməlidir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Göründüyü kimi, Şəxs təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda Şəxs təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmamasına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1251/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1251/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver