Məhkəmə qərarları › İş №3(021)-1255/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1255/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1255/2023 14.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas katibliyi, xx.xx.1985-ci il tarixdə Laçın rayonu, Dambulaq kəndində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Əyricə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində Bərdə şəhəri H.Əliyev prospektində Bərdə rayonu Əyricə kənd sakini Şəxs etibarnamə əsasında sərxoş olmadan idarə etdiyi "Vaz 21074" markalı, 90-GX- 048 dövlət nömrə nişanlı avtomaşını ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada xx.xx.2007-ci il təvəllüdlü X2 ehtiyatsızlıqdan vurmuşdur. Bununla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs – xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AE 919703 nömrəli Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 iyul 2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, təsviri hissədə göstərilənlərə əsasən toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə Şəxs barəsində cinayət işi başlanılmasının rədd edilməsi, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 iyul 2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və fotoşəkilləri çəkilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi yeri Bərdə şəhər H.Əliyev prospektində Ağdam rayonu istiqamətində baş vermişdir. Yol asfalt örtüklü olmaqla quru, düz və hamardır. Yolun eni 16 metrdir, 2 hərəkət zolaqlıdır, sağ və sol hissə isə səkidən ibarətdir. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 iyul 2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, X1 bədəni üzərində xəsarətin olub-olmamasını, xəsarət varsa onun ağırlıq dərəcəsini, xarakterini, yetirilmə mexanizmini, təsir alətini, müddətini, müəyyən etmək məqsədi ilə MTE-dan keçirilməsi barədə qərar qəbul edilmiş və onun MTE-dən keçirilməsi təmin olunmuşdur. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 iyul 2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyin Bərdə rayon şöbəsinin Bərdə rayon polis şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, xx.xx.2023-cü il tarixli, 490 saylı rəyində qeyd olunur ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- qapalı kəllə-beyin travması, beyin silkəllənməsi, sağ alın-gicgah, sol dirsək oynağının və sol saidin yuxarı 1/3-nin arxa səthlərinin, sağ bazunun aşağı 1/3-nin arxa səthinin, sağ diz oynağının ön səthinin piqmentasiya sahələri (sıyrıq izləri), sol bud-çanaq oynağının bayır səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı piyada olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddilər. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 iyul 2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, materiala əlavə edilmiş Bərdə rayon təcili tibbi yardım stansiyasının "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli, 720 nömrəli aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı Şəxs alkoqol sərxoşluğu əlaməti olmamış, ayıq olmuşdur. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində Bərdə şəhəri H.Əliyev prospektində Bərdə rayonu Əyricə kənd sakini Şəxs etibarnamə əsasında sərxoş olmadan idarə etdiyi "Vaz 21074" markalı, 90-GX- 048 dövlət nömrə nişanlı avtomaşını ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada xx.xx.2007-ci il təvəllüdlü X2 ehtiyatsızlıqdan vurmuşdur. Nəticədə piyada X5 qapalı kəlləbeyin travması, beyin silkəllənməsi, sağ alın-gicgah, sol dirsək oynağının və sol saidin yuxarı 1/3-nin arxa səthlərinin, sağ bazunun aşağı 1/3-nin arxa səthinin, sağ diz oynağının ön səthinin pigmentasiya sahələri (sıyrıq izləri), sol bu-çanaq oynağının bayır səthinin qançırından ibarət olan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi xx.xx.2007-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Peşə Liseyinin yaxınlığında yolu əks istiqamətə keçmək üçün yolun hərəkət zolaqlarına baxmadan qəfil şəkildə qaçaraq yola daxil olmuş və yolu sürətlə keçməyə çalışmışdır. Belə olan halda Şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. İş materiallarında hadisənin qarşısını almaqda sürücünün texniki imkanının olub-olmaması ilə bağlı avtotexniki ekspertizasının rəyi də yoxdur. Zərərçəkmiş şəxs yolu piyada zolağından keçməmiş, yəni yolu piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar yerdə keçmiş və qəfil qaçaraq yola sürətlə daxil olmuşdur. Belə olduğu təqdirdə Şəxs İXM-in 327.8-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmir və onun əməlində İXM-in 327.8-ci maddəsinin tərkibi yoxdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göründüyü kimi Şəxs inzibati xəta törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.8, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar tərəflərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar