Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1255/2024 17.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə anadan olmuş, Bərdə rayon Hacallı kəndində qeydiyyatda olmaqla, Bərdə rayon Hacallı kəndində yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9 bildirdi ki, 16 dekabr 2024-cü il Bərdə rayonun Hacallı kəndində yaşayan X6 tərəfindən ərizə daxil olmuşdur. Ərizədə göstərilir ki, Şəxs onun ünvanına nalayiq ifadələr söyləmişdir. Bununla bağlı Şəxs polis şöbəsinə çağrsa da gəlməmişdir. Daha sonra 17 dekabr 2024-cü ildə yenidən şikayət daxil olduğundan polis leytenantı X7 ilə birlikdə yaşadığı ünvana baxış keçirmişlər. Şəxs onlara qarşı tabesizlik göstərdiyinə və onların qanuni tələblərinə əməl etməyərək müqavimət göstərdiyinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, X5 nalayiq ifadələr işlətməmiş və polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəxs ona qarşı nalayiq ifadələr işlətdiyi üçün onun barəsində ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən şəxs məhkəmə iclasında bildirdi ki, barəsində protokol tərtib edilən şəxs Yusifov X2 Əsmər Rəhim qızına qarşı xırda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün və eyni zamanda polis əməkdaşlarına qarşı tabesizlik göstərdiyinə və onların qanuni tələblərinə əməl etməyərək müqavimət göstərdiyinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Lakin protokola baxış zamanı müəyyən olunmuşdur ki, həmin ptrotokolda zərərçəkmiş şəxs X5 qarşı ediən xırda xuliqanlıq hərəkətlərinin nədən ibarət olunması göstərilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1255/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1255/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver