Məhkəmə qərarları › İş №3(021)-1256/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1256/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1256/2024 18.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8, zərərçəkmiş şəxs X5, şahidlər Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə anadan olmuş, Bərdə rayon Hacallı kəndində qeydiyyatda olmaqla, Bərdə rayon Hacallı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bərdə Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN №2058191 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 dekabr 2024-cü il tarixdə Bərdə rayon Hacallı kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bərdə Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli №2058190 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Yusifov X7 Əsmər Rəhim qızını telefonla nalayiq şəkildə təhqir etmişdir. Bərdə rayon Məhkəməsinin 3(021)-1057/2024 saylı, 18 dekabr 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1256/2024 və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 3(021)-1257/2024 saylı inzibati işlər bir icraatda 3(021)-1256/2024 sayla baxılması qərara alınmışdır. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X15 bildirdi ki, raporta qeyd olanları təsdiqləyir. 2024-cü il oktyabrın əvvəlləri zərərçəkmiş şəxs X12 tərəfindən Şəxs barəsində Bərdə rayon polis şöbəsinə şikayət daxil olmuşdur. Bu barədə Şəxs xəbərdarlıq edilsə də o, Bərdə rayon polis şöbəsinə gəlməmişdir. 16 dekabrda zərərçəkmiş şəxsin ərizəsi yenidən Bərdə rayon polis şöbəsinə daxil olmuşdur. Şəxs yenidən xəbərdarlıq edilsə də gəlməmişdir. 17 dekabr 2024-cü ildə onlar Şəxs yaşadığı evə getmişlər. O, yaşadığı evdən çölə çıxaraq polis şöbəsinə gəlməkdən boyun qaçırmış, onlara əl-qol hərəkətləri etmiş, nalayiq ifadələr işlətmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, X9 nalayiq ifadələr işlətməmiş və polis əməkdaşlarına müqavimət göstərməmişdir. Polis əməkdaşlarının oktyabrın əvvəlində çağrışına üzürlü səbəbdən getməmiş və onlara gələcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona qarşı nalayiq ifadələr etmişdir. Belə ki, Tər-Tər rayon Kəbirli kəndində həyat yoldaşı X3 ilə birlikdə işlədiyi zaman onların istifadəsində olan torpaq sahəsində Şəxs tərəfindən əkin-biçin işlərinin aparılması barədə məlumat almışlar. Həyat yoldaşı ona zəng edərək etirazını bildirdikdə Şəxs onu təhqir etmişdir. Bu zaman telefon mikrofonda olmuş və həyat yoldaşından telefonu alaraq onunla söhbət etmək istədikdə onu da qadına yaraşmayan nalayiq ifadələrlə təhqir etmişdir. Bu zaman onların yanında olan 4 nəfər iş yoldaşları da bu hadisənin şahidi olmuşlar. Ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X13 bildirdi ki, bu iş əvvəl onun icraatında olmuşdur. 2024 -cü il oktyabrın əvvəlləri zərərçəkmiş şəxs X12 tərəfindən Bərdə rayon polis şöbəsinə şikayət daxil olmuşdur. Bu barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xəbərdarlıq edilib polis şöbəsinə dəvət edilsə də Bərdə rayon polis şöbəsinə gəlməmişdir. Ona görə də ərizə işə alınmışdır. 16 dekabrda zərərçəkmiş şəxsin eyni məzmunlu ərizəsi yenidən Bərdə rayon polis şöbəsinə daxil olmuşdur. Şəxs yenidən xəbərdarlıq edilsə də gəlməmişdir. 17 dekabr 2024-cü ildə Şəxs evinə getmişlər. Onu barəsində olan ərizə ilə əlaqədar polis şöbəsinə dəvət etmişlər. Lakin o, polis şöbəsinə gəlməkdən boyun qaçırmış, onlaraq əl-qol hərəkətləri etmiş, nalayiq ifadələr işlətmişdir. Buna baxmayaraq onu avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirdi ki, o, Tərtər rayonun Kəbirli kəndində yoldaşı ilə sahədə işləyərkən Şəxs ona telefonda nalayiq ifadələr işlətmişdir. Həyat yoldaşını da telefonda ən ağır formada təhqir etmişdir. Telefon mikrofonda olduğundan ətraflarındakı işçilər də deyilən sözləri eşitdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı Tural Məmmdli tərəfindən Bərdə RPŞ-nin rəisi polis polkovniki Ənvər Həsənova məruzə edilərək bildirilmişdir ki, Bərdə rayonu, Qaradırnaq kəndində yaşayan X4 ərizəsinə əsasən ***-***-**-** mobil nömrəsi ilə izahatının alınması məqsədilə əlaqə saxlanılan zaman mobil nömrənin sahibi Şəxs polis şöbəsinə dəvət edilmişdir. Lakin, Şəxs telefon əlaqəsi saxlanan zaman polis şöbəsinə gələrək izahat verməyəcəyini bildirmişdir. Onunla təkrar əlaqə saxlanan zaman o, müxtəlif bəhanələr gətirərək başqa rayonda olduğunu, polis şöbəsinə gəlməyəcəyini, izahat verməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı Tural Məmmdli tərəfindən Bərdə RPŞ-nin rəisi polis polkovniki Ənvər Həsənova məruzə edilərək bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində İTB-nin polis sahə rəisi, polis leytenantı Oruc İsmayılovla birlikdə Bərdə rayonu, Hacallı kəndində yaşayan X5 ərizəsinə əsasən həmin kənddə yaşayan Şəxs adlı şəxsin dəfələrlə onlara zəng edərək, həmçinin küçədə olarkən onun və ərini söyüş söyərək nalayiq ifadələrlə təhqir etməsini bildirmişdir. Göstərilənlərlə bağlı olaraq, Şəxs dəfələrlə izahatının alınması məqsədilə zəng olunsa da, o, çağırışlara gəlməmiş, ünvanına gedilən zaman isə polis şöbəsinə gəlməkdən və izahat verməkdən imtina etmiş küçədə ünvansız nalayiq ifadələrlə, yüksək səslə "çıxın gedin, rədd olun" və s. kimi təhqiramiz sözlər işlətməklə onları təhqir etməyə başlamışdır. Onlar həmin şəxsə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərini pozuduğuna görə onun barəsində inzibati protokol tərtib olunacağını bildirmişlər. Bu zaman həmin şəxs onun barəsində heç kimin protokol yaza bilməyəcəyini demişdir. Bu zaman onlar həmin şəxsi saxlayaraq polis şöbəsinə dəvət etmək istəsələr də, o, onlara əl-qol hərəkətləri etmişdir. Onlar dəfələrlə onu intizama dəvət etsələr də, o, buna məhəl qoymamış və onların qanuni tələblərinə tabe olmayaraq əl-qol hərəkətlərinə davam etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, X12 inizbati iş üzrə icraat material üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 12:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün qismən etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi . Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinib, bаrəsində 10 (on) gün inzibati tənbeh-həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 17 sentyabr 2024-cü il tаrixdən, saat 12:00–dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 17 dekabr 2024-cü il tarixdən, saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar