Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1259/2023 10.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X8 iclas katibliyi, icra məmuru X9, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, 04.11.961-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 07 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 izahatında bildirdi ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 4561/2021 saylı 14 iyul 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın xx.xx.2010cu il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa üçün 160 manat olmaqla cəmi, 320 manat məbləğində aliment alınaraq X5 ödənilməlidir. Hazırda 14 720 manat aliment borcu vardır. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətləri edilmişdir. Borcluya borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu heç bir üzürlü səbəb olmadan icra sənədini icra etmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, 2023-cü ilin may ayından Rusiya Federasiyasına getmişdir. Gələn kimi bildirdilər ki, Bərdə rayon İcra şöbəsi onu axtarır. Şöbəyə gəlmiş və onu məhkəməyə gətirmişlər. xx.xx.2023-cü il tarixdə borcundan 1000 manat ödəmişdir. Zərərçəkmiş şəxs X3 da ona borcu var. Əgər Ş.İsmayılova hazırkı borcdan imtina etsə, o da öz növbəsində ona olan borcdan həmin məbləğin silinməsinə razılıq verə bilər. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil müdafiə etdiyi şəxsin fikirləri ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs X7 ifadəsində bildirdi ki, heç bir borcun silinməsindən söhbət gedə bilməz. Ona olan borcu üzrə həmin işə baxan məhkəmə qərar verəcəkdir. Hazırkı borcunu tələb etdi və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 07 avqust 2023-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 4561/2021 saylı 14 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, 21 oktyabr 2019-cu il tarixdən hesablanmaqla Şəxs iki uşağın xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi, 320 manat məbləğində aliment alınaraq X5 ödənilməlidir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 4561/2021 saylı 14 iyul 2021-ci il tarixli icra sənədindən görünür ki, 21 oktyabr 2019-cu il tarixdən hesablanmaqla Şəxs iki uşağın xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi, 320 manat məbləğində aliment alınaraq X5 ödənilməlidir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin 19 avqust 2021-ci il tarixli icraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, icra sənədi üzrə borclu Şəxs borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 19 avqust 2021-ci il, 18 may 2023-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 4561/2021 saylı 14 iyul 2021-ci il tarixli icra sənədi üzrə borcu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon Polis Şöbəsinin Bərdə Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli icra sənədi üzrə Şəxs barəsində axtarış işi açılmışdır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 589/22 saylı qərarı ilə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə olan inzibdati işə xitam verilmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli icra sənədi üzrə tələbkara olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göründüyü kimi, borclu kifayət qədər müddət keçməsinə baxmayaraq, borc ödənməmişdir. Bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir. Məhkəmə qeyd edir ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 589/22 saylı qərarı ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X2 iddiaçı Şəxs xeyrinə 55000 manat məbləğində pul tutulması qət edilmişdir. Həmçinin Yasamal Rayon Məhkəməsinin 10 iyul 2014-cü il tarixli qətnaməsinə əsasən X4 və X2 müştərək qaydada Şəxs xeyrinə 130000 manat məbləğində pul tutulması qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 10 iyul 2014-cü il tarixli qətnaməsinə əsasən müştərək qaydada cavabdehlər tərəfindən ödənilməli olan 130000 manatın 65000 manatı Şəlalə İsmayılova tərəfindən ödənilməlidir. Həmin qətnamələr Sumqayıt şəhəri üzrə İcra idarəsində və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsində icra olunmaqdadır. Şəlalə İsmayılova qətnamələri icra etmədiyinə görə İXM-nin 528.1-ci maddəsi ilə 500 manat inzibati cərimə edilmiş, qətnaməni yenə də icra etmədiyinə görə onu cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli üçün materiallar istintaq orqanına göndərilmişdir. Eyni zamanda Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə Şəlalə İsmayılovanın barəsində axtarış elan edilmiş, Ağdam RPŞ-nin İTB-nin polis sahə rəisi tərəfindən xx.xx.2021-ci il tarixdə Şəlalə İsmayılova barəsində axtarış işi açılmışdır. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 589/22 saylı qərarı ilə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə olan inzibdati işə xitam verilmişdir. Bu qərardan sonra Şəxs heç bir ödəniş etməmişdir. Yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə gətirilən zaman 1000 manat ödəniş etmişdir. Məhkəmə həmin ödənişi inzibati məsuliyyətdən yayınma kimi qiymətləndirir. Belə ki, əgər məhkəməyə gəlməsəydi həmin ödənişi də etmək fikrində olmayacaqdır. Əgər olsaydı həmin ödənişi çoxdan etmiş olardı. Məhkəmə həmçinin qeyd edir ki, aliment borcu əvəzləşməyən tələbdir. Lakin icra prosessində onun bağışlanması məsələsi ola bilər ki, Şəxs məsuliyyətdən azad etsin, Ş.İsmayılovanın isə məsuliyyətini yüngülləşdirsin. Lakin məhkəmə iclasında Ş.İsmayılova qət şəkildə bildirdi ki, o aliment borcunu tələb edir. Öz borcuna münasibətdə isə həmin işə baxan məhkəmənin verəcəyi cəzaya hazırdır. Belə olan təqdirdə məhkəmə Şəxs inzibati tənbeh verilməsi qənaətinə gəlir. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarı) Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 10 avqust 2023-cü il tarixdən, saat 11:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti elan edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1259/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1259/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver