Məhkəmə qərarları › İş №3(021)-126/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-126/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-126/2021 28.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X11 oğlunun, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra şöbəsi tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə rayon icra şöbəsinin icra məmuru Sahil Rzayev tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs oğluna icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X11 oğlu izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2011/2021 saylı, 31.08.2021-ci il tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 200 manat Şəxs oğlundan alınaraq X2 ödənilməlidir. Borclu Şəxs oğluna dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq borclu icra sənədinin icrasını tam təmin etməmiş, 690 manat borcu qalmışdır. Buna görə də borclu Şəxs oğlu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, başqa qadınla ailə qurmuş və 2 uşaqları vardır, maddi əziyyəti ağırdır. Borcunu hissə-hissə ödəyir. O, həmçinin ərizə təqdim edərək 690 manat aliment borcunu 15 günə ödəyəcəyinə söz verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, Şəxs borcunu ödəməyə söz verir, buna görə də ondan şikayət və tələbi yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs oğlunun əməlində inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2011/2021 saylı, 31.08.2021-ci il tarixli icra sənədinə əsasən 26.08.2005-ci il təvəllüdlü X4 və 16.12.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat Şəxs oğlundan alınaraq X2 ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, borcu Şəxs oğlu icra sənədinin icrasından qərəzli şəkildə yayınmır. Buna görədə onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1971-cı ildə Bərdə rayon Mirzəxan kəndində anadan olmuş, Bərdə rayon Mirzəxan kəndində yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar