Məhkəmə qərarları › İş №3(021)-126/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-126/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-126/2024 13.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, protokol tərtib etmiş şəxs Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X16, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X9 iştirаkları ilə, xx.xx.1958-ci il tarixdə Bərdə rayonu, Nifçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bərdə rayonu, Nifçi kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində 13 fevral 2024-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuş, protokol ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə gəlini Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X16 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Nemət qızı övladını görmək məqsədi ilə faktiki ayrı yaşadığı X2 yaşadığı Bərdə rayon Nifçi kəndində yerləşən evinə getmişdir. Orada Zərərçəkmiş şəxs Nemət qızı, X5, Şəxs və X6 arasında sözlü münaqişə yaşanmış və daha sonra sözlü münaqişə tərəflər arasında davaya çevrilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Kəmalə İsgəndərovaya dərcəsi təyin edilməyən xəsarət yetirmiş, Şəxs isə Gülənə İsgəndərovaya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs və Bəhruz İsgəndərovun kənar fiziki təsirdən xəsarət almaları araşdırma materialı və ekspertiza rəylərinə əsasən sübuta yetməmişdir. Beləki, Zərərçəkmiş şəxs Nemət qızı və Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərini pozmuşdur. Bundan sonra Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol iş materialları ilə birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək Zərərçəkmiş şəxs heç kimin döymədiyini, onun ləyaqətini alçatımadığını, amansız rəftar etmədiyini, hədə-qorxu gəlinmədiyini bilidrmişdir. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X17 göstərdi ki, Şəxs əməlində inzibati xəta tərkibi tam sübut olunmadığından məhkəmədən işin icraatına xitam edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 2014-cü il tarixdə xalası oğlu X5 ilə qeyri-rəsmi nikaha daxil olmuş, birgə nikahdan 2 uşağı-2015-ci il təvəllüdlü Leyla və 2016-cı il təvəllüdlü Ləman anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün 2022-ci ilin oktyabr ayında qeyri-rəsmi olaraq Bəhruzla ayrılmış, uşaqlardan biri, Ləman onun himayəsində, Leyla isə Bəhruzun faktiki himayəsində olmuş. xx.xx.2023-cü il tarixdə Ləman Qaradırnaq kəndində məktəbdən çıxan zaman qaynı Elşən onu götürərək evinə aparmışdır. O, Bəhruzla mobil telefonla danışmış, Bəhruz Ləmanı ona gətirəcəyini söz vermiş, lakin vədinə əməl etməmiş, telefonla yenidən Bəhruzla ünsiyyət yaratdıqda Bəhruz Ləmanı ona verməyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, əmisi Ədalət Sadıqov, bibisi Afət Məmmədova birlikdə Bəhruzun Bərdə rayonu, Niftçi kəndində yerləşən evinə gəlmiş, evdə Bəhruz, anası Kəmalə və atası Əmiraslan olmuşdur. O, övladlarını Bəhruzdan tələb etmiş, Bəhruz övladlarını ona gətirməmiş, o, evin otaqlarını gəzərək övladlarını axtarmış, övladları Ləman və Leyla evdə olmamış, həmin vaxt qayınatası Əmiraslan evin içərsində əlləri ilə onun boğazından tutaraq onu boğmağa başlamış, boğulduğunu görən bibisi Afət onu Əmiraslanın əlindən almış, o ani olaraq əsəbləşmiş, evin içərsində olan əşyaları, evin 4 pəncərəsini qəndqabını götürərək şüşələri sındırmışdır. O, oradan çıxaraq qaynı Elşənin evinə getdmiş, bu zaman evin darvazası bağlı olmuş, Elşənin avtomobili küçədə dayanmış, o da daşı götürərək “VAZ 21074" markalı avtomobilin şüşələrini sındırmışdır. Odur ki, məhkəmədən inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon X18 Bölməsinin təhqiqatçısı, polis kapitanı X14 cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs Nemət qızının əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün qərarın surəti şöbənin İTB-nə göndərilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün qərarın surətinin şöbənin İTB-nə göndərilməsi, qərarın surətinin maraqlı tərəflərə göndərilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bərdə rayon prokuroruna göndərilməsi, material saxlanmasından ötrü şöbənin dəftərxanasına verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə RPŞ İTB-nin sahə polis rəisi, polis kapitanı X16 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə gəlini Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X16 tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlaması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayonu, Nifçi kəndində yaşayan Şəxs gəlini Zərərçəkmiş şəxs tərəfindən döyülməsi, Zərərçəkmiş şəxs X3 və X4 maddi ziyanlıq vurması faktına görə Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X16 tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki. Şəxs – xx.xx.1958-ci il tarixdə Bərdə rayonu, Nifçi kəndində anadan olmuş, Bərdə rayonu, Nifçi kəndində yaşayır. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki. İsgəndərov Zərərçəkmiş şəxs – xx.xx.1994-cü il tarixdə Bərdə rayonu, Qaradırnaq kəndində anadan olmuş, Bərdə rayonu, Nifçi kəndində yaşayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibinin olması sübuta yetirilməlidir. Lakin, hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materiallara, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarına əsaslanaraq Şəxs əməlində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması sübuta yetirilmir və buna dair heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmiş, təqdim edilmiş sübutlar isə şəxsin təqsirləndirildiyi inzibati xətanı törətməsini sübut etməmişdir. Belə ki, həm tərəflərin məhkəmə iclasında verdikləri izahatlarında, həm də işdə olan 01 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, iş üzrə təhqiqatçı tərəfindən izahatları alınan X5, Şəxs, X6, X1 Əmiraslan Yusif oğlunun Zərərçəkmiş şəxs döyməsini görmədiklərini qeyd etmişlər, yalnız iş üzrə zərərçəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs Şəxs əlləri ilə onu boğmağa başlamasını sonra bibisinin onu Əmiraslanın əlindən almasını qeyd etmişdir ki, bu hal digər şahidlərin izahatları və digər yanakı sübutlar ilə təsdiq edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş material əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlində İXM-in 157-ci maddəsində göstərilən inzibati xəta tərkibinin olması və onun həmin inzibati xətanı törətməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nəzərinə xüsusilə çatdırır ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Belə ki, İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Eyni zamanda həmin məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən Şəxs təqsirli olması barədə şübhələr də onun xeyrinə həll edilərək Şəxs təqsirsiz hesab edilməlidir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Göründüyü kimi, Şəxs təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda Şəxs təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmamasına görə hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması əsası ilə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar