Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1260/2021 12.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə Rayon Prokurorluğunun nümayəndəsi X9, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun vəkili X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə Rayon Prokurorluğunda 12 oktyabr 2021-ci il tarixdə, 494 qeydiyyat nömrəsi ilə qeydə alınmış inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar tərtib edilmişdir ondan ötəri ki, 22 iyul 2021-ci il tarixdə Tərtər rayonu, Təzəkənd kəndində yaşayan X5 ərizə ilə rayon prokurorluğuna müraciət edərək Bərdə rayonu, Şirvanlı kəndi ərazisində yerləşən “Zümrüd” restoranında olarkən Tərtər RPŞ-nin polis əməkdaşı Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Bərdə rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilərək materiallar prokurora göndərilməlidir. Belə ki, məhkəmə iclasında Bərdə rayon prokurorluğunun nümayəndəsi Süleyman Tağıyev çıxış edərək bildirmişdir ki, 19 iyul 2021-ci il tarixdə, saat təxminan 15 radələrində Zərərçəkmiş şəxs Bərdə rayonu, Şirvanlı kəndi ərazisində yerləşən “Zümrüd" restoranında keçirilən toy mərasiminə iştirak edərkən Tərtər RPŞ-nin PPXB-nin polis baş serjantı, keçmiş iş yoldaşı X1 vəziyyətdə və xidməti geyim formasında onun olduğu masaya əyləşmış, əvvəlcədən aralarında olan ədavətə görə Fərrux Cəbrayılzadənin həmin masadan qalxıb başqa yerdə əyləşməsini xahiş etsə də, sonuncu təhqiredici sözlər işlətmişdir. O, Fərrux Cəbrayılzadənin təhqiredici sözləri kimin barəsində işlətməsini dəqiqləşdirmək üçün ayağa qalxıb ona tərəf yaxınlaşdıqda, sonuncu da eyni qaydada hərəkət etmiş, bir-birilərinə yaxınlaşdıqlarında Fərrux Cəbrayılzadə əli ilə bir dəfə onun üz nahiyəsindən zərbə vurmuşdur. Bərdə rayon üzrə Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin canlı şəxsin ekspertizasının 780 nömrəli, 02.09.2021-ci il tarixli ekspert rəyindən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-alt dodaq nahiyyəsinin çapıq toxuması-keçmiş səthi əzilmiş yara izi küt əşyanın təsirindən törənmişdir, əmələ gəlmə müddətini dəqiq demək mükün deyildir, lakin qərarda göstərilən 19.07.2021-ci il tarixdə törənə bilməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Nümayəndə əlavə olaraq bildirmişdir ki, sözü gedən şadlıq sarayından həmin tarixə aid video görüntülər götürülməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək izahatında göstərmişdir ki, məclis sahibi ilə yaxşı münasibətdə olduğu üçün 19 iyul 2021-ci il tarixdə Bərdə rayonu, Şirvanlı kəndi ərazisində yerləşən “Zümrüd" şadlıq sarayında keçirilən toy mərasiminə dəvət olunmuşdur. Toyda təxminən 150 nəfər şəxs iştirak edirdi. Həmin məclisə keçmiş iş yoldaşı olmuş Şəxs da olduğunu görmüşdür. O, əvvəllər iş yoldaşı olmaqla Fərruxla Tərtər RPŞ-nin PPXB-də işləmişdir. Şəxs başqa yerdə oturmuş, sonradan onun oturduğu masanın arxasında əyləşmişdir. O, Fərruxa buna görə irad tutmuşdur ki, gedib başqa yerdə əyləşsin. Onun iradından sonra Fərrux anidən ona yaxınlaşaraq onu vurmuşdur. Aralarında mübahisə yaranmış, toya gələn və onların mübahisəsinə baxan qonaqlar onları bir-birindən aralamışdır. Mühahisəyə görə toy dayanmış, daha sonra isə davam etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs çıxış edərək izahatında göstərmişdir ki, 19 iyul 2021-ci il tarixdə Bərdə rayonu, Şirvanlı kəndi ərazisində yerləşən “Zümrüd" şadlıq sarayında keçirilən toy mərasimində olmuşdur. Toyda təxminən 150 nəfər şəxs iştirak edirdi. Həmin vaxt keçmiş iş yoldaşı Zərərçəkmiş şəxs da orada olmuşdur. O, əvvəl başqa masada əyləşmişdir. Sonradan ortaq dostlarının dəvəti ilə zərərçəkmiş oturan stolda əyləşmişdir. O, stol arxasına oturan zaman Fərid onu bərkdən söyərək təhqir etmişdir. Bu zaman aralarında mübahisə baş vermişdir. Dava düşməsin deyə masanı tərk edən zaman Fərid ona tərəf yaxınlaşara dava saldı və bir daha onu nalayiq sözlə təhqir etdi. O, Fəridi vurmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxsin vəkili X8 çıxış edərək bildirmişdir ki, tərəflər arasında xırda bir anlaşılmamazlıq olmuşdur. İctimai qayda pozulmamışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxsin şifahi vəsatətinə əsasən şahid qismində dəvət olunub dindirilmiş X6 ifadəsində göstərmişdir ki, qonaq qisməndə 19 iyul 2021-ci il tarixdə Bərdə rayonu, Şirvanlı kəndi ərazisində yerləşən “Zümrüd" şadlıq sarayında keçirilən toy mərasiminə dəvət olunmuşdur. Həmin vaxt sarayda təxminən 150 nəfər olmuşdur. Bir müddət sonra Fərrux və Fərid arasında mübahisə düşmüşdür. Lakin o, kimin-kimi vurmasını görməmişdir. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 19 iyul 2021-ci il tarixdə Bərdə rayonu, Şirvanlı kəndi ərazisində yerləşən “Zümrüd" şadlıq sarayında keçirilən toy mərasiminə dəvət olunmuş Şəxs və Zərərçəkmiş şəxs arasında 150 nəfər şəxsin gözü qarşısında baş vermiş və həmin mübahisə zamanı zərərçəkmiş şəxs xəsarət almışdır. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsinin araşdırılması üçün materiallar prokurora qaytarılmalıdır. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. (2-ci bənd); Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir. Əmlakı məhv etmək dedikdə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması,əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədəzərər vurulması başa düşülməlidir. (4-cü bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş yenidən araşdırılan zaman şahidlərin dairəsi tam müəyyən edilməli, hadisə yerinə baxış keçirilməli, videogörüntü götürülməli, hadisənin nə qədər vaxt ərzində davam etdiyi və ictimai qaydanı kobud surətdə pozulub-pozulmaması müəyyən edilməlidir. Beləliklə hazırkı materiallar tam, hərtərəfli və obyektiv araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsi üçün prokurorluğa göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 114-cü mаddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və materiallar prokurora göndərilsin. Hazırki qərarda göstərilən məsələlərin tam, hərtərəfli araşdırılması və qanunvericiliyin tələbləri əsasında qiymət verilməsi təmin edilsin. Qərarın icrası Bərdə rayon prokurorluğuna həvalə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hörmətli məhkəmə. Möhtərəm hakim. Hesab edirəm ki, tərəflər arasında xırda bir anlaşılmamazlıq olmuşdur. İctimai qayda pozulmamışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edən proses iştirakçılarından hazırki işlə bağlı əlavə təqdim olunası sənəd və ya sübutlarının olub-olmamasını soruşur. Əlavə təqdim olunan sənəd olmadı. Sədrlik edən işdə olan sənədləri elan edir. Sədrlik edən məhkəmə bаxışının bаşа çаtdığını elаn edir və məhkəmə qərаr çıxаrtmаq üçün müşаvirə otаğınа gedir. Sədrlik edən müşavirə otağından qayıdaraq, qərarı elan edib, məzmununu, şikayət vermə qaydasını və müddətini, iclas protokolu ilə tanış olub qeydlər vermək hüququnu izah edir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barədə olan materialı materialı geri qaytarır. Məhkəmə iclası saat 14:55-də bağlı elan olundu. Protokol 12 oktyabr 2021-ci ildə tərtib edildi. Sədrlik edən: Məhkəmə iclasının katibi :
Məhkəmə qərarları › İş №3(021)-1260/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1260/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver