Məhkəmə qərarları › İş №3(021)-1266/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1266/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1266/2023 17.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1986-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Mirzəxan- Qaraqoyunlu ərazi dairəsinin Türkmən kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 334.2-ci maddəsi ilə Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs İXM-in 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Ağsu rayon Yol-Patrul Xidmətinin inspektoru polis serjantı X2 tərəfindən 27 iyul 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 27 iyul 2023-cü il tarixdə saat 19:07 radələrində “VAZ 21013” minik markalı ** BT *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən İXM-nin 329.3-cü, 334-cü maddələrində nəzərdə tutulmuş xətanın inzibati tənbehi almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarına yol vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Ağsu Rayon Polis Şöbəsinin nümayəndəsi gəlməmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesаb edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gətirilmədiyindən inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İXM-in 334.2-ci maddəsində qeyd olunur ki, bu məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: imza var Əsli ilə düzdr Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar