Məhkəmə qərarları › İş №3(021)-1267/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1267/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1267/2023 09.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağiyev Babək Vaqif oğlunun katibliyi, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 09 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-253/2018 saylı icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment X3 ödənilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Hazırda 3400 manat aliment borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, X3 ödənişlər etmişdir. Məhkəmə tərəfindən əvvəl hər uşaq üçün 120 manat aliment kəsilmişdi daha sonra aliment artırılaraq hər uşaq üçün 150 manat müəyyən olunmuşdur. Buna görə də ödənişlərində gecikmələr yaranmışdır. Lakin o, hər ay mütəmadi ödənişlər edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 borcun tam ödənilməsini tələb etdiyini bildirdi. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. İşdə olan Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-253/2018 saylı saylı icra sənədindən görünür ki, xx.xx.2005-ci ildə anadan olmuş X7 və xx.xx.2006-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən icra işinin materialı nəzərdən keçirilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər olunduğunu müəyyən edilsə də, həmin məbləğlərin nə qədər təşkil etməsini müəyyən edə bilməmişdir. İcra məmuru isə buna heç bir aydınlıq gətirə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Qabil Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar