Məhkəmə qərarları › İş №3(021)-1269/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1269/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1269/2022 24.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Bərdə rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta törətmiş Şəxs qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmpayaraq o, məhkəmə iclasına gəlməmiş və ondan işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə inzibati xəta törətmiş Şəxs iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İşə əlavə edilmiş EQ ******* nömrəli inzibati xəta haqqında elektron protokolun surətindən və DİN-nin DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutub məhkəmə, q ə r a r a a l d ı: xx.xx.2002-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonun Cəyirli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbehi tətbiq edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X2 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar