Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-127/2024 13.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Bərdə RPŞ-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1978-ci il tarixdə, Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Meyvə Bağı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci mаddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 13 fevral 2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X6 izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək keçmiş əri Şəxs xx.xx.2024-cü il tarixdə onun yaşadığı ünvana gələrək münaqişə yaratması, onu döymək istəməsini bildirmiş, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 18:11 radələrində Azərbaycan Respublikası DİN-in <102» Xidmətinə zəng edərək keçmiş əri Şəxs onu və uşaqlarını döyməsi barədə məlumat vermişdir. Həmçinin Şəxs xx.xx.2024- cü il tarixdə Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək keçmiş arvadı Zərərçəkmiş şəxs yol polisi zabiti Sədi adlı şəxslə şəxsi münasibətlər qurması, xx.xx.2024cü il tarixdə işdən evə gələrkən keçmiş arvadı Zərərçəkmiş şəxs onunla münaqişə edərək onu söyüb təhqir etməsi, qabları onun üzərinə atması, pol ağacı ilə onu döyməsi, bundan sonra özü özünü döyərək xəsarət yetirməsi, evə narkotik maddə qoyub onu tutdurmaqla hədələməsini bildirmiş Zərərçəkmiş şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciətlər Bərdə RPŞ-nin «Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair kitabında qeydə alınaraq araşdırma aparılmİşdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Bərdə rayonu Meyvə bağı massivində yaşayan Şəxs ilə həmin ünvanda yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs arasında mübahisə olmuş, baş vermiş mübahisə və dava-dalaş zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, həmçinin həmin münaqişə və dava-dalaş zamanı Zərərçəkmiş şəxs Şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Onlar arasında olan mübahisə və davadalaş şəxsi münasibətləri zəminində baş vermiş, heç bir xuliqanlıq hərəktələri edilməmiş və həmin vaxt ictimai qayda kobud surətdə pozulmamışdır. Əməldə cinayət tərkibi olmaması əsası ilə Şəxs və Zərərçəkmiş şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, lakin onların əməlində Azərbaycan Respublikasǝ İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində inzibati qaydada tədbir görüllməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X1 göndərilmişdir. Bundan sonra tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini bildirərək icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs qızı barəsində İXM-in 157-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki; -Bərdə rayonu Meyvə bağı massivində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək keçmiş əri Şəxs xx.xx.2024-cü il tarixdə onun yaşadığı ünvana gələrək münaqişə yaratması, onu döymək istəməsini bildirmiş, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. -Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 18:11 radələrində Azərbaycan Respublikası DİN-in <102» Xidmətinə zəng edərək keçmiş əri Şəxs onu və uşaqlarını döyməsi barədə məlumat vermişdir. -Müraciətlər Bərdə RPŞ-nin «Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair kitabında qeydə alınaraq araşdırma aparılmİşdır. -Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-yə təkrar ərizə ilə müraciət edərək yaşadığı ünvana gəlmiş keçmiş əri Şəxs onu döyməsini bildirmiş, Şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. -Bərdə rayonu Meyvə bağı massivində yaşayan Şəxs xx.xx.2024- cü il tarixdə Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək keçmiş arvadı Zərərçəkmiş şəxs yol polisi zabiti Sədi adlı şəxslə şəxsi münasibətlər qurması, xx.xx.2024-cü il tarixdə işdən evə gələrkən keçmiş arvadı Zərərçəkmiş şəxs onunla münaqişə edərək onu söyüb təhqir etməsi, qabları onun üzərinə atması, pol ağacı ilə onu döyməsi, bundan sonra özü özünü döyərək xəsarət yetirməsi, evə narkotik maddə qoyub onu tutdurmaqla hədələməsini bildirmiş Zərərçəkmiş şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. -Müraciət Bərdə RPŞ-nin «Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair kitabında qeydə alınaraq araşdırma aparılmışdır. -Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Bərdə rayonu Meyvə bağı massivində yaşayan Şəxs ilə həmin ünvanda yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs arasında mübahisə olmuş, baş vermiş mübahisə və dava-dalaş zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, həmçinin həmin münaqişə və dava-dalaş zamanı Zərərçəkmiş şəxs Şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Onlar arasında olan mübahisə və dava-dalaş şəxsi münasibətləri zəminində baş vermiş, heç bir xuliqanlıq hərəktələri edilməmiş və həmin vaxt ictimai qayda kobud surətdə pozulmamışdır. Əməldə cinayət tərkibi olmaması əsası ilə Şəxs və Zərərçəkmiş şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, lakin onların əməlində Azərbaycan Respublikasǝ İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində inzibati qaydada tədbir görüllməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X1 göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA PHŞ-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 19 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ əlin İV barmağının İİ falanqasının arxa səthinin səthi kəsilmiş yarası, V barmağın dırnaq falanqasının ovuc səthinin cızığı kəsici təsir göstərə bilən əşya (əşyalar), sol saidin aşağı 1/3-nin ön səthinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA PHŞ-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 34 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol baldırın orta 3/1-nin ön səthinin, sağ əlin İİİ və V barmaqlarının arxa səthlərinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bərdə rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında ” qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək, ona fiziki ağrı yetirmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək bədənin müxtəlif yerlərinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə onun barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək barışdıqlarını və ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İXM-in 39.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdan, qərarın surəti qaydada аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-127/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-127/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver