Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1270/2023 10.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X7, zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1959-cu il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Soğanverdilər kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci mаddəsi ilə Bərdə rayon Polis Şöbəsində 10 iyul 2023-cü il tarixdə, MN № ******* nömrəli inzibаti xətа haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs 06 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bərdə rayonu, Soğanverdilər kəndində döymüşdür. Protokol tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X11 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs 06 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bərdə rayonu, Soğanverdilər kəndində döymüşdür. Bərdə Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərlinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 iyun 2023-cü il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə gətirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, Bərdə rayon Soğanverdilər kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Bərdə rayon Soğanverdilər kəndində xüsusi mülkiyyətində olan 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı **********05 reyestr nömrəli torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ilə qonşuluqda Bərdə rayon Soğanverdilər kəndində yaşayan Şəxs məxsus 0,14 ha torpaq sahəsi vardır ki, həmin torpaq sahəsi Şəxs xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Şəxs 2017-ci il tarixdə özünə məxsus 0, 14 ha ha torpaq sahəsindən 160 kvm torpaq sahəsini Bərdə rayon Soğanverdilər kəndində yaşayan X1. xx.xx.2023-cü il tarixdə o, sözügedən torpaq sahəsini xüsusi mülkiyyət olaraq adına keçirmişdir. Lakin, buna baxmayaraq Sahib və onun ailə üzvləri həmin torpaq sahəsindən istifadə etməyinə mane olaraq onunla münaqişələr etmişlər. Həmçinin, Şəxs tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı Bərdə rayon polis şöbəsinə müraciət etmiş və polis şöbəsinin İstintaq bölməsində hal-hazırda bununla bağlı araşdırma aparılır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində sözügedən torpaq sahəsində təmizlik işləri aparmaq üçün həmin yerə getmişdir. Həmin vaxt Sahib, Sahibin arvadı Rahidə, Sahibin qardaşı Amil, Sahibin qardaşı oğlu Fərid, Sahibin bacısı Təranə adlı şəxslər onun yanına gələrək heç bir səbəb olmadan ünvanına kobud ifadələr işlədərək üzərinə gəlmişlər. Həmin şəxslərlə aralarında mübahisə yaranmış və mübahisə zamanı Sahib, Amil və Fərid adlı şəxslər yumruqla onun baş nahiyyəsinə və sinə nahiyyələrinə vurmuşlar. Daha sonra Sahib şalvarının arxa cibindən bıçaq çıxardaraq üzərinə gəlmiş və həmin bıçaqla sinə nahiyyəsinə xəsarət yetirmişdir. Bu zaman Sahibin arvadı Rahidə Sahibi sakitləşdirərək kənara aparmışdır. Lakin, o, həmin şəxslərlə dava-dalaşı etməyərək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisə 5-6 dəqiqə ərzində baş vermiş, hadisə zamanı ətrafda kənar şəxslər olmamışdır. O, Rahidəni, Sahibi, Amili, Fəridi, Təranəni söyüb təhqir etməmiş, hədələməmiş və həmin şəxsləri vurmamışdır. Şikayəti Sahib, Amil və Fərid adlı şəxslər onu döydükləri üçün barələrində tədbir görülməsidir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz ifadəsində göstərmişdir ki, Bərdə rayon Soğanverdilər kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Bərdə rayon Soğanverdilər kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır və sonuncunun etdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Bərdə rayon Soğanverdilər kəndində 0, 14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi vardır. 2017-ci il tarixdə həmin torpaq sahəsindən 160 kvm torpaq sahəsini həmkəndlisi X2. Əfgər Qurbanov ona satdığı 160 kvm torpaq sahəsini öz adına sənədləşdirmişdir. Lakin, buna baxmayaraq Zərərçəkmiş şəxs Əfgər Qurbanova satdığı 160 kvm torpaq sahəsinin ona məxsus olduğunu deyərək onunla münaqişələr etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman Zərərçəkmiş şəxs sözügedən torpaq sahəsinin yanına gəlmiş və Elçinlə arvadı Rahidənin arasında mübahisə olduğunu görmüşdür. Həmin vaxt Elçinin əlində bel olmuş və sonuncu Rahidəni sözlə hədələdiyi üçün onunla aralarında mübahisə yaranmış və mübahisə zamanı bacısı Təranə, qardaşı Amil və qardaşı oğlu Fərid onları sakitləşdirmiş və onlar həmin yerdən uzaqlaşmışdır. Lakin, həmin vaxt onun əlində bıçaq olmamış və bıçaqla Elçinə xəsarət yetirməmişdir. Hadisə 3-5 dəqiqə ərzində baş vermişdir.O, Amil və Fəridin Elçinlə aralarında dava-dalaş olmamış və Elçini vurmamışlar. Məhkəmə iclasında şahid kimi dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, Bərdə rayon Soğanverdilər kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Bərdə rayon Soğanverdilər kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır və sonuncunun şikayət ərizəsi ilə tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında olan onlara məxsus torpaq sahəsində təmizlik işləri aparmasını görmüş və ona yaxınlaşaraq həmin torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs onunla mübahisə edərək ünvanına nalayiq ifadələr işlətmiş və onu sözlə "səni öldürəcəm" deyərək hədələmişdir. Bu zaman onların yanına əri Sahib, qaynı Amil və qaynıoğlu Fərid və daha sonra baldızı Təranə gəlmişdir. Elçin onu təhqir etdiyi və hədələdiyi üçün Sahibin onunla arasında mübahisə yaranmış və sonradan onlar həmin şəxsləri sakitləşdirərək yaşadığı ünvana getmişlər. Lakin, Sahibin Elçinlə arasında davadalaş olmamışdır. Həmçinin, Sahibin əlində bıçaq olmamış ve Elçinə hər hansı bir xəsarət yetirməmişdir. Şikayəti Zərərçəkmiş şəxs onu təhqir etdiyi və hədələdiyi üçün barəsində tədbir görülməsidir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 öz ifadəsində X3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs AR.İXM-in 157-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X11 tərəfindən tərtib edilmiş 10 iyul 2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 06 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bərdə rayonu, Soğanverdilər kəndində döymüşdür. Bərdə RPŞ TB-nin baş təhqiqatçısı, polis kapitanı, X6 cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 iyun 2023-cü il tarixli qərarına əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 390 nömrəli rayon polis şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindən məhkəmətibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön səthinin sol yarısının cızığı kəsici kənara malik alət ola bilsin bıçaq təsirindən sol almacıq nahiyəsinin qançını küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni, xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, inzibati xəta törədən şəxs Şəxs 06 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bərdə rayonu, Soğanverdilər kəndində döyərək ona fiziki ağrı yetirmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından sübutlar qiymətləndirilərək barəsində 10 iyul 2023-cü il tarixdə Bərdə RPŞ-də İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, məhkəmə iclasında Bərdə RPŞ TB-nin təhqiqatçısı, polis kapitanı, X6 cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 iyun 2023-cü il tarixli qərarı tədqiq edilərkən müəyyən edildi ki, inzibati xəta törədən Şəxs Zərərçəkmiş şəxs qarşı İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi hadisənin şahidi olanların izahatları ilə də təsdiq edilmişdir. Belə olan halda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq olunur. Məhkəmə iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xəta törədən şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal onun ilk dəfə inzibati xəta törətməsidir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Belə olan halda, Şəxs AR.İXM-in 157-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat inzibati cərimə tənbehi tətbiq edilməsi yolu ilə оnun qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs AR.İXM-in 157-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti protokol tərtib etmiş şəxsə, inzibаti xətа törətmiş şəxsə və zərərçəkmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1270/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1270/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver