Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1270/2024 19.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X17 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4, zərərçəkmiş şəxslər X3, X8, X5, X9, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1982-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Şorəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Məşədiibişli kəndində yüksək səslə nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, təxminən 1 ay əvvəl Bərdə Rayon Polis Şöbəsindən təhqiqatçı Vüsal zəng edərək onu polis şöbəsinə dəvət etmiş, səhəri gün polis şöbəsinə getmişdir. Təhqiqatçı Ekologiya Nazirliyindən qanunsuz balıq gölü yaratmaları ilə bağlı məlumat daxil olduğunu bildirmişdir. xx.xx.2024-cü ildə Bərdə rayonu Məşədiibişli kəndində yerləşən balıq gölünün kənarında oturub yemək yeyərkən iki nəfər mülki geyimli şəxs yanlarına gələrək polis əməkdaşları olduqlarını bildirmiş, məsul şəxsin kim olduğunu soruşmuşlar. Özünü polis əməkdaşlarına təqdim edərək məsul şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları onu Natiq müəllimin çağırdığını bildirmişlər. Polis əməkdaşlarına ona 1 saat vaxt vermələrini, təsərrüfatı kiməsə tapşırıb, paltarını dəyişib gələcəyini demiş, polis əməkdaşları dərhal gəlməsini tələb etmişlər. Polis əməkdaşlarına rəsmi bildiriş göndərmələrini, bundan sonra gələcəyini demişdir. Polis əməkdaşları çıxıb getmişlər. Xalası oğlu Elzaminə zəng edərək polis əməkdaşlarının gələrək onu polis şöbəsinə çağırdıqlarını demiş və gəlib təsərrüfata nəzarət etməsini bildirmişdir. Təxminən 20 dəqiqə sonra oturub çay içərkən polis əməkdaşları post-patrul maşını ilə yenidən yanına gəlmişlər. Polis əməkdaşları qolundan tutaraq onu güclə maşına əyləşdirmək istəmişlər. Polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş, nalayiq ifadələr işlətməmişdir. Onun yanında olan şəxslərdən İlkin stəkanı sındıraraq özünü doğrayacağını demişdir. Polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş, ancaq özünü qorumuşdur. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X10 məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16-17 radələrində ov mövsümü ilə bağlı reyd keçirərkən Şəxs və bir neçə şəxsin Bərdə rayonu Məşədiibişli kəndində yerləşən qanunsuz salınmış balıq gölünün kənarında yeyib-içdiklərini görmüşdür. Həmin vaxt mülki geyimdə olmuş, yaxınlaşaraq özlərini təqdim etmişlər. Məsul şəxsin kim olduğunu soruşmuş, Şəxs özünü təqdim edərək məsul şəxs olduğunu bildirmişdir. Göl qanunsuz göl olduğundan sonuncunu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmiş, Şəxs onun qanuni tələblərinə tabe olmayaraq onunla polis şöbəsinə getməkdən imtina etmiş, onu rəsmi bildirişlər polis şöbəsinə dəvət etməsini demişdir. X6 qolundan tutaraq kənara çəkilib söhbət etmələrini bildirmişdir. Orada olan şəxslərdən Sahib və İlkin içkili vəziyyətdə olmuşlar. Bu səbəbdən əlavə qüvvə çağırmış, Şəxs və digərlərini məcburi qaydada polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X13 göstərdi ki, 18 dekabr 2024-cü il tarixdə saat 17-18 radələrində Bərdə rayonu Məşədiibişli kəndində yerləşən qanunsuz balıq gölünə gedərək Şəxs Bərdə Rayon Polis Şöbəsinə dəvət etmiş, sonuncu onların qanuni tələblərinə tabe olmayaraq bildirdi ki, “Siz kimsiniz ki, məni aparırsınız”. Şəxs rəsmi bildiriş göndərmələrini, bundan sonra gələcəyini bildirmişdir. İlkin adlı şəxs sərxoş halda içəri girərək stolun üstündən stəkanı götürüb sındıraraq özünü də, polis əməkdaşlarını da məhv edəcəyini bildirmişdir. Şəxs sahə rəisinin qolundan tutaraq kənara çəkilib söhbət etmələrini bildirmişdir. Şəxs əvvəlcə onlarla getmək istəsə də, yanında olan şəxslər səs-küy etdiklərindən, stolun üstündə olan stəkanları vurub qırdıqlarından sonuncu da fikrini dəyişmiş və polis əməkdaşlarına çıxıb getmələrini bildirmişdir. Şəxs cəzalandırılmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X11 göstərdi ki, 18 dekabr 2024-cü il tarixdə saat 17-18 radələrində Bərdə rayonu Məşədiibişli kəndində yerləşən qanunsuz balıq gölünə gedərək Şəxs Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Sonuncunun ətrafənda olan şəxslər səsküy salaraq ictimai qaydanı pozmuş, Şəxs da onlara qoşularaq səs-küy salmağa başlamışdır. Həmin yerə ətrafdan 10-15 nəfər adam yığılmışdır. Şəxs onlara qarşı nalayiq ifadələr işlədərək çıxıb getmələrini bildirmişdir. Şəxs cəzalandırılmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X16 göstərdi ki, 18 dekabr 2024-cü il tarixdə saat 17-18 radələrində Bərdə rayonu Məşədiibişli kəndində yerləşən qanunsuz balıq gölünə getmişlər. Orada olan şəxslərdən balıq gölünün sahibini soruşmuşlar. Şəxs özünü təqdim edərək balıq gölünün sahibi olduğunu demişdir. Sonuncunu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmiş, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq bildirdi ki, “Siz kimsiniz ki, məni aparırsınız, məni apara bilmərsiniz, bildiriş göndərərsiniz gələrəm”. Sahə rəisi ev kimi istifadə olunan vaqona daxil olaraq Şəxs polis şöbəsinə dəvət edərkən sonuncu sahə rəisinin qolundan tutaraq dartmağa başlamışdır. Daha sonra İlkin adlı şəxs və digərləri sərxoş halda içəri girərək stolun üstündə olan stəkanları sındıraraq özlərini doğrayıb, qanlarını polislərin üstünə tökəcəklərini bildirmişlər. Şəxs da onlara qoşularaq polis əməkdaşlarına qarşı hörmətsizlik etmişdir. Şəxs cəzalandırılmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X7 göstərdi ki, 18 dekabr 2024-cü il tarixdə saat 17-18 radələrində Bərdə rayonu Məşədiibişli kəndində yerləşən qanunsuz balıq gölünə getmişlər. Orada olan şəxslərdən balıq gölünün sahibini soruşmuşlar. Şəxs özünü təqdim edərək balıq gölünün sahibi olduğunu demişdir. Sonuncunu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmiş, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq bildirdi ki, “Siz kimsiniz ki, məni aparırsınız, məni apara bilmərsiniz, bildiriş göndərərsiniz gələrəm”. Orada əsasən Şəxs ətrafında olan şəxslər səs-küy salmış, Şəxs onları sakitləşdirməli olduğu halda bunu etməyərək özü də səs-küy salmağa başlamışdır. Şəxs cəzalandırılmasını məhkmədən xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə RPŞ-də tərtib edilmiş 19 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol qismən əsaslıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1 və 114.1.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda X2 18 dekabr 2024-cü il tarixdə Bərdə rayonu Məşədiibişli kəndində yerləşən balıq gölünün yanında nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmaması qeyd olunsa da, onun polisin qanuni tələblərinə hansı qaydada qəsdən tabe olmaması əsaslandırılmamış, Şəxs bunu etiraf etməmiş, polis əməkdaşları isə həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına həmin hissədə xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə inzibati xəta haqqında protokol, o cümlədən protokola əlavə edilmiş digər materiallarla, zərər çəkmiş şəxslərin izahatları ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi şəxsi yenidən inzibati xəta törətməkdən çəkindirməkdən ibarətdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-1270/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1270/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver