Məhkəmə qərarları › İş №3(021)-1271/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1271/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1271/2023 10.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru polis X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bərdə rayonu Hüseynallar kəndində anadan olmuş, Bərdə rayonu Qaradırnaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru polis X3 tərəfindən 10 avqust 2023-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Bərdə rayonu YPX-nin baş inspektoru X3 bildirdi ki, Bərdə rayonu Qaradırnaq kəndində yaşayan Şəxs 02 iyun 2023-cü il tarixdə, saat 18 radələrində sürücülük vəsiqəsi və müvafiq etibarnamə olmadan idarə etdiyi VAZ- 21011 markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə-Qaradırnaq kənd asfalt yolunun Bərdə rayonu Qaratəpə kəndindən keçən hissəsində Bərdə rayonu Qaradırnaq kəndi istiqamətində hərəkət edərəkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla avtomaşını sürücülük hüququ olmadan idarə etməklə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək həmin yolda hərəkətdə olan X4 idarə etdiyi DAF yük markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunu arxa sol tərəfdən vuraraq özünün yüngül bədən xəsarəti alması və X5 vurulmuş maddi zərərlə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs vəkili Vəkil məhkəmədən Şəxs əməlindən peşman olmasını nəzərə alınaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə rayon Bərdə rayonu YPX-nin baş inspektoru X3 tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, İXP № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. İş materiallarına əlavə olunmuş 22 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə, saat 18:37 radələrində Azərbaycan Respublikası DİN-in "102" Xidmətinə zəng edərək Bərdə rayonu Qaratəpə kəndində idarə etdiyi DAF yük markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla VAZ-21011 markalı 10- DK-679 dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması və 1 nəfərin xəsarət alması barədə məlumat vermişdir. Məlumat həmin tarixdə Bərdə RPŞ-də «Törədilmiş və ya hazırlanan cinayətlərin qeydiyyatı kitabı»nda 2150-cı sırada qeydə alınmışdır. Bərdə rayon Mərkəzi Xəstəxanasından 02 iyun 2023-cü il tarixdə, saat 20:05 radələrində telefonla Bərdə RPŞ-nin Növbətçi Hissəsinə zəng olunaraq, Bərdə rayonu Qaradırnaq kəndində yaşayan, 1988-ci il təvəllüdlü Şəxs yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Bərdə Müalicə və Diaqnostika Mərkəzinə daxil olması barədə məlumat verilmişdir. Məlumat Bərdə RPŞ-də HK-2/3425 nömrə ilə qeydə alınmış və HK- 1/2150 nömrəli materiala əlavə olunmuşdur. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Bərdə rayonu Qaradırnaq kəndində yaşayan Şəxs 02 iyun 2023-cü il tarixdə, saat 18 radələrində sürücülük vəsiqəsi və müvafiq etibarnamə olmadan idarə etdiyi VAZ-21011 markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə-Qaradırnaq kənd asfalt yolunun Bərdə rayonu Qaratəpə kəndindən keçən hissəsində Bərdə rayonu Qaradırnaq kəndi istiqamətində hərəkət edərəkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla avtomaşını sürücülük hüququ olmadan idarə etməklə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək həmin yolda hərəkətdə olan X4 idarə etdiyi DAF yük markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunu arxa sol tərəfdən vuraraq özünün yüngül bədən xəsarəti alması və X5 vurulmuş maddi zərərlə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Həmçinin həmin qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 21 iyun 2023cü il tarixli, 435 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər alt çənənin sağ yarısının, üzün sol yarısında ağız bucağı nahiyəsinin əzilmiş- cırılmış yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 332.4-cü mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddələrində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərəçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar