Məhkəmə qərarları › İş №3(021)-1272/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1272/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1272/2023 30.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş vermiş olduğu şikayətə açiq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, özünə məxsus "VAZ21053" markalı, **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili vardır. 02 avqust 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında İXP5590670 nömrəli protokol tərtib olunub və həmin protokola əsasən guya o, Bərdə şəhəri, Bakı küçəsi ərazisində yol hərəkəti haqqında qaydanı pozmuşdur. Buna görə də Azərbaycan Respublikası İnzibati İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək 80 manat miqdarında cərimə olunmuşdur. Hesab edir ki, 02 avqust 2023-cü il tarixli, TP5889540 saylı inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, o, 02 avqust 2023-cü il tarixdə təxminən saat 14:13 radələrində idarə etdiyi "VAZ21053" markalı, **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhər Bakı küçəsi istiqamətində hərəkət olarakan heç bir qayda pozuntusuna yol verməmişdir. Lakin buna baxmayaraq Bərdə rayon yol patrul xidmətinin əməkdaşı X7 barəsdə inzibati protokol tərtib etmiş, həmin protokola əsasən 80 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, barəsində tərtib olunmuş protokol əsassızdır. X2 şikayətə uyğun izahat verərək, şikayətin təmin olunmasını, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Protokolu tərtib etmiş şəxs Bərdə rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X7 əvvəlki məhkəmə iclasında iştirak edərək görüntülərin məhkəməyə təqdim edəcəyini bildirmişdir. Lakin növbəti məhkəmə iclasına X5 işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri, həmçinin işdə olan materialı tam və hərtərəfli araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2023cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, X3 barəsində İXM-in 327.1 və 327.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında Elektron qərarından görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 14:13 radələrində Bərdə şəhəri Bakı küçəsi ərazisində “VAZ 21063” minik markali 09BO531 dövlət qeydiyyat nömrə nişanli nəqliyyat vasitəsini idarə edərkən yol-hərəkət qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarili İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Bərdə rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən X4 barəsində İXM-in 327.1 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Həmin protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş texniki vasitə haqqında məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarili İXP ******* nömrəli İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş texniki vasitə haqqında məlumatlar göstərilməmişdir. Həmçinin Protokolu tərtib etmiş şəxs Bərdə rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X5 işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, məhkəmə tərəfindən məhkəmə iclas prosesi təxirə salınmış, növbəti məhkəmə prossesinə görüntüləri təqdim edəcəyini bildirmiş, lakin protokolu tərtib etmiş şəxs X7 məhkəmə iclaslarında iştirak etməmiş, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş texniki vasitə haqqında məlumatları və ya diski məhkəməyə təqdim etməmişdir. Belə ki, Bərdə rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X7 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, inzibati xəta törədilən yerdə kamera qurğusu yerləşdirilib. Sübutetmə yükü isə onun üzərinə düşür. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanaraq hesab edir ki, X3 təqsiri sübuta yetmədiyindən o, təqsirsiz hesab edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsini rəhbər tutuaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 barəsində İXM-in 327.1 və 327.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar