Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1272/2024 19.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər X7, X2, X6 və X5 iştirakları ilə, xx.xx.1985-ci ildə tarixdə anadan olmuş, Bərdə rayon Çələbilər kəndində qeydiyyatda olmaqla, Bərdə rayon Çələbilər kəndində yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 bildirdi ki, Bərdə Şəhər Polis X3 göstərişi ilə Bərdə rayonun Çələbilər kəndinə gedərək Səxavət adlı şəxsi şöbəyə aparmaq istəmişdirlər. Ona onlarla birgə polis şöbəsinə getməli olduğunu demişlər. Lakin o, onların qanuni tələblərinə əməl etməmişdir. Şəxs onlara maneə yaratmış, müqavimət göstərmiş və Səxavət adlı şəxsin gələ bilməyəcəyini söyləmişdir. Həmçinin bildirdi ki, hadisə ilə bağlı telefonda video görüntü vardır. Bundan əlavə hakimin sualına cavab olaraq bildirdi ki, onlar ora gedənə kimi səs-küy olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, barəsində tərtib edilmiş protokolu rədd edir. İki polis əməkdaşı əvvəl yaxınlaşmışlar ki, Səxavəti şöbəyə aparsınlar. Onlarla yaxşı rəftar etmişdirlər. Səxavət onlarla gedə bilməyəcəyini bildirmişdir. Bundan sonra polislər getmiş və 1 saat sonra 14 nəfər polis əməkdaşı yaxınlaşaraq Səxavəti məcbur aparmaq istəmişdirlər. Polislər gələnə qədər heç bir ictimai qayda pozulmamışdı. O, polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən şəxs məhkəmə iclasında hakimin sualına cavab olaraq bildirdi ki, onlar Səxavət adlı şəxsi gətirmək üçün ünvana getməzdən əvvəl orda ictimai qaydanı pozacaq səs-küy olmamışdır. Həmçinin Səxavət adlı şəxsin şöbəyə gətirilməsi üçün qanuni sənədlərin hazırda məhkəməyə təqdim edə bilməyəcəyini bildirdi. Məhkəmə hesab edir ki, polisin tələbinin yerinə yetirməkdən imtina edilməsinin araşdırılması zamanı polis əməkdaşının ilk növədə tələbinin qanuni olub-olmaması müəyyən edilməlidir. Lakin məhkəməyə təqdim edilən materialda həmin tələbin qanuniliyini təsdiq edən sənədlər materiala əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1272/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1272/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver