Məhkəmə qərarları › İş №3(021)-1273/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1273/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1273/2024 19.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6, zərərçəkmiş şəxslər X2, X11, X7, X12, inzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, Sabir küçəsi ev 15 ünvanında qeydiyyatda olan, Bərdə şəhəri, Sabir küçəsi ev 15 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Məşədiibişli kəndində nalayiq hərəkətlər edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Bərdə şəhəri, Sabir küçəsi ev 15 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə Bərdə rayonu, Məşədiibişli kəndində balıq gölünə qonaq gediblər, həmin vaxtı polis əməkdaşları əraziyə baxış keçirən zaman onlara yaxınlaşıb özlərin təqdim ediblər, balıq gölünə buraxılmaları ilə bağlı bildirmişdilər, Səxavəti, gölün sahibini soruşmuşlar, həmin vaxtı o, X3 ilə yeyib içiblər, özləridə bilmədən aralarında mübahisə olmuşdur, içkili olduqlarına görə hərəkətlərinə nəzarət edə bilməmişlər, polis əməkdaşlarının tələbinə tabesizlik etmişdir, içkili olduğundan stəkanı əlində qırmışdır. Bundan sonra polis əməkdaşları onları Polis Şöbəsinə dəvət etmşlər. Polis Şöbəsində izahatını özü yazmışdır, izahatın yazılmasına görə ona heç bir zor tətbiq edilməmişdir. O, etdiyi səhvlərdən peşmandır, bir daha belə səhvlərə yol verməyəcəkdir. Bərdə Rayon Polis X1 Bölməsinin sahə rəisi X9 məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Bərdə rayonu Məşədibişli kəndində Bərdə RPŞ-nin İTB-nin sahənin polis nəfərləri, polis serjantları Vadim Səfərov, Alı Əlizadə, Ayxan Abbaszadə və Amil Verdiyev ilə xidmətdə olan zaman dörd nəfər şəxsin bir-biriləri ilə sözlü mübahisə etdiklərini görmüşdülər. Həmin şəxslərə yaxınlaşıb özülərini təqdim edib ictimai yerdə olduqlarını bildirərək həmin şəxsləri nizam-intizama dəvət etsələrdə, həmin şəxslər təkrar uca səslə ünvansız nalayiq ifadələr işlədərək ətrafdakı insanların diqqətini cəlb etməyə və həmin yerə ətraf kütlənin toplaşmağına şərait yaratdılar. Həmin şəxsləri dəfələrlə nizam-intizam dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirdilər.Onları Bərdə RPŞ-nə dəvət etmişdir. Lakin həmin şəxslər aqressiv formada heç bir yerə getməyəcəklərini bildirərək olara əl-qol hərəkətləri etməyə və polisin ünvanına nalayiq ifadələr işlətməyə başladılar. Onları Bərdə RPŞ-də gətirmişdilər və məlum olmuşdur ki, həmin şəxslər X8, X4, X5 və Şəxsdur. Bu şəxslər həmin vaxtı sərxoş idilər, stolun üstündə olan stəkanı Şəxs yerə çırpmış, polis əməkdaşlarına müqavimət göstərmiş, stəkanları qıraraq özünü doğrayacağını bildirmiş, nalayiq söyüşlər söymüş, təhlükəli vəziyyət yaratmşdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri X23 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Bərdə rayonu Məşədibişli kəndində Səxavət adlı şəxsin balıq gölü ilə əlaqədar Bərdə Rayon Polis Şöbəsində istintaq işi olduğuna görə mülki geyimdə əməliyyat tədbiri keçirilirmiş. Xidmətdə olan zaman dörd nəfər şəxsin bir-biriləri ilə sözlü mübahisə etdiklərini görmüşdür. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib ictimai yerdə olduqlarını bildirərək həmin şəxsləri nizam-intizama dəvət etsələrdə, həmin şəxslər təkrar uca səslə ünvansız nalayiq ifadələr işlədiblər. Onları nizam-intizam dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirdilər. Bu şəxslər həmin vaxtı sərxoş idilər, stolun üstündə olan stəkanı Şəxs yerə çırpmış, polis əməkdaşlarına müqavimət göstərmiş, stəkanları qıraraq özünü doğrayacağını bildirmiş, nalayiq söyüşlər söymüş, təhlükəli vəziyyət yaratmşdır. Məhkəmə iclasında zərərşəkmiş şəxs qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri X10, Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri X13, Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri X20 zərərçəkmiş şəxs qismində Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri X14 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmşdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X15 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, zərərçəkmiş şəxslərin ifadələri, habelə protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və ya iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur, Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 34.3-cü maddəsinə görə, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 18 dekabr 2024-cü il tarixli 1713 nömrəli aktdan görünür ki, Şəxs orta dərəcə sərxoşluq əlaməti olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs inzibati xətaları sərxoş vəziyyətdə törətmiş, Bərdə RPŞ-nin əməkdaşları Şəxs qanunsuz hərəkətlərini dayandırmağı tələb etmələrinə baxmayaraq, o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq özünün qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu hallar İXM-nin 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. İXM-nin: 33.1.1-ci maddəsinə görə, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. 33.1.7-ci maddəsinə görə, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə saat 1840-da inzibati qaydada tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 18 dekabr 2024-cü il tarixdən saat 1840-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 18 dekabr 2024-cü il tarixdən saat 1840-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar