Məhkəmə qərarları › İş №3(021)-1276/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1276/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1276/2023 04.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə Rayon Yol Patrul inspektoru X5 Barəsində inzibati icraat aparılan X2 iştirakları ilə, Bərdə Rayon Yol Patrul inspektoru X5 17 dekabr 2022-ci il tarixli, İXP ******* saylı protokolun, 17 dekabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 barəsində Bərdə Rayon Yol Patrul inspektoru X7 tərəfindən tərtib edilmiş 17 dekabr 2022-ci il tarixli, İXP ******* saylı protokolun, 17 dekabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 17 dekabr 2022-ci il tarixdə Bərdə şəhər H.Əliyev prospektində VAZ 2107 minik **-BG-*** dövlət nişanlı maşına Bərdə rayonu yol patrul xidməti inspektoru X1 Bayram Cəbrayıl oğluna İXP No ******* saylı inzibati xəta haqqında protokol, TP ******* saylı qərar yazaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə barəsində inzibati xəta törədilməsi barədə protokol tərtib etməklə qərar qəbul etmişdir. Belə ki, X4 yol ilə getdiyi halda arxadan sol krelinə vurmuşdur. Günahkar isə X4 çıxmışdır. Barəsində inzibati icraat aparılan X4 barəsində tərtib edilən protokol və qərarla razı deyildir. Protokol və qərar əsaslı yazılmamışdır. Beləki, belə bir protokolun yazılmasından məlumatı olmamışdır. Barəsində tətbiq edilmiş inzibati xəta haqqında protokoldan maddi hüquq normasını pozulmuşdur. Beləki, X4 qanunu pozmamışdır. Sadəcə inspektor Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib etdiyi protokolu hansı səbəbdən yazılması X4 üçün bu gün də qaranlıqdır və məlumatsızdır. Tərtib edilmiş protokol və qərar əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 izahat verərək bildirmişdir ki, tərtib edilmiş protokol və qərarla razı deyildir. Bərdə Rayon Yol Patrul inspektoru X5 17 dekabr 2022-ci il tarixli, İXP ******* saylı protokolun, 17 dekabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Sözü gedən qərarın tamailə əsassız və qanunsuzdur. Belə ki, həmin qərardan xəbəri olmamışdır. Hesab edir ki, qərarın ləğv olunması üçün yetərincə əsaslar vardır. Məhkəmə iclasında Bərdə Rayon Yol Patrul inspektoru X7 bildirdi ki, X4 16 dekabr 2022-ci il tarixdə saat 18:15 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Tərtib edilmiş protokol və qərar əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, şikayətçi X4 tərəfindən verilmiş şikayət düzgün əsaslandırılmamış, iş materiallarına yetərincə sübutlar əlavə edilməmişdir. İş materiallarında olan 17 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X4 17 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə edilmişdir. İş materiallarında olan 17 dekabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Bundan başqa iş materiallarına əlavə edilmiş yol nəqliyyat hadisəsinin sexemindən də görünür ki, barəsində inzibati icraat aparılan X4 təqsirli olaraq yol nəqliyyat hadisəsini törətmiş, manevr qaydalarını pozaraq ikinci dərəcəli yoldan əsas yola çıxmışdır və buna əsasən də barəsində inzibati tənbeh tətbiq etmək haqqında qərar qəbul edilmişdir. Həmçinin barəsində inzibati icraat aparılan X4 məhkəmə iclasında fikilərini dolaşıq şəkildə ifadə edərək gah digər avtomobilin arxadan onu vurmasını, gah da yandan keçərək vurması kimi ziddiyyətli fikirlər səsləndirmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Bərdə Rayon Yol Patrul inspektoru X7 tərəfindən tərtib edilmiş 17 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati icraat aparılan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar