Məhkəmə qərarları › İş №3(021)-1276/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1276/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1276/2024 20.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X2, zərərçəkmiş şəxslər X6, X4, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X5 tərəfindən 20 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs -Bərdə Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında izahatında bildirdi ki, Bərdə şəhəri Füzuli küçəsində Bərdə RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Elvin Həsənov və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Kərim Qarazadə xidmətdə olan zaman bir nəfər şəxsin mənbəyi məlum olmayan dəmir metal tullantıları qəbul etdiyi tərəflərindən aşkar edilmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib həmin şəxsə etmiş olduğu inzibati hüquq pozuntusunu izah edib həmin şəxsi Bərdə RPŞ-nə dəvət etmişdirlər. Həmin şəxs heç bir yerə getməyəcəyini bildirərək uca səslə nalayiq ifadələr işlətməyə başlamış, onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara əl-qol hərəkətləri edərək həmin ərazidən uzaqlaşmağa cəhd göstərmişdir. Onlar həmin şəxsə təkrar AR-nın İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu, Bərdə RPŞ-də barəsində inzibati qaydada tədbir görüləcəyini bildirərək RPŞ-nə dəvət etmişdirlər. Lakin həmin şəxs polis şöbəsinə getməyəcəyini, uca səslə nalayiq ifadələr işlədərək onlara əl-qol hərəkətləri edərək həmin yerdən qaçmaq istəmişdir. Polis əməkdaşları həmin şəxsi Bərdə RPŞ-nə gətirilməsini təmin etmişdirlər. RPŞ-də müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirdi ki, o, polis əməkdaşlarına müqavimət göstərməmiş və səs-küy salmamışdır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X10 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə şəhəri Füzuli küçəsində Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Kərim Qarazadə ilə xidmətdə olan zaman bir nəfər şəxsin mənbəyi məlum olmayan dəmir metal tullantıları qəbul etdiyi tərəflərindən aşkar edilmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib həmin şəxsə etmiş olduğu hərəkətlərin inzibati xəta pozuntusunu yaratdığını bildirmişlər. Lakin Şəxs səs-küy salaraq küçədə ictimai qaydanı pozmuşdur. Bu zaman küçədə onların yanından keçən bir neçə nəfər bunun şahidi olmuşdur. Onunla profilaktiki söhbət apardıqdan sonra Şəxs sakitləşmiş və polis şöbəsinə getmələrini bildirdikdə sonuncu onların qanuni tələbini yerinə yetirərək onlarla razılaşıb polis şöbəsinə getmişdir. Həmin şəxsin etmiş olduğu əməllər barəsində RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdirlər Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində X7 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə şəhəri Füzuli küçəsində Bərdə RPŞ-nin PPXB-nin manga komandiri, polis baş serjantı Elvin Həsənov ilə xidmətdə olan zaman bir nəfər şəxsin mənbəyi məlum olmayan dəmir metal tullantıları qəbul etdiyi tərəflərindən aşkar edilmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib həmin şəxsə etmiş olduğu hərəkətlərin inzibati xəta pozuntusunu yaratdığını bildirmişlər. Lakin Şəxs səs-küy salaraq küçədə ictimai qaydanı pozmuşdur. Bu zaman küçədə onların yanından keçən bir neçə nəfər bunun şahidi olmuşdur. Onunla profilaktiki söhbət apardıqdan sonra Şəxs sakitləşmiş və polis şöbəsinə getmələrini bildirdikdə sonuncu onların qanuni tələbini yerinə yetirərək onlarla razılaşıb polis şöbəsinə getmişdir. Həmin şəxsin etmiş olduğu əməllər barəsində RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdirlər Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə RPŞ-də tərtib edilmiş 20 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol qismən əsaslıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1 və 114.1.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 20 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 19 dekabr 2024-cü il tarixdə uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmaması qeyd olunsa da, onun polisin qanuni tələblərinə hansı qaydada qəsdən tabe olmaması əsaslandırılmamış, Şəxs bunu etiraf etməmiş, polis əməkdaşları isə həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Səxavət İbrahimovun əməlində İXM-nin 535.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına həmin hissədə xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə inzibati xəta haqqında protokol, o cümlədən protokola əlavə edilmiş digər materiallarla, zərər çəkmiş şəxslərin izahatları ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Səxavət İbrahimova inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi şəxsi yenidən inzibati xəta törətməkdən çəkindirməkdən ibarətdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Səxavət İbrahimovun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Belə olan halda, İXM-in 510-cu maddəsinin sanksiyasında 15 günədək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510-cu mаddəsi ilə təqsirli bilinib, bаrəsində 04 (dörd) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə qeyd edir ki, Şəxs 19 dekabr 2025-ci il tarixdən, saat 09:40-da tutulduğundan inzibati həbsdə saxlamanın əvvəli 19 dekabr 2025-ci il tarixdən, saat 09:40dan hesablanmalıdır. İXM-in 30.3-cü maddəsinə əsasən İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində barəsində 04 (dörd) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 19 dekabr 2025-ci il tarixdən, saat 09:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar