Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1279/2023 14.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayonu Yol Patrul Xidmətinin baş inspektoru X2, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə inzibаti xətа haqqında 14 avqust 2023-cü il tarixdə, İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki o, 13 avqust 2023-cü il tarixdə saat 13:00-da radələrində idarə etdiyi “Mercedes Benz E 240 minik” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bərdə şəhəri, Koroğlu küçəsi ilə hərəkətda olan zaman Bərdə rayonu Yol Patrul Xidmətinin əməkdaşlarının səsgücləndirici və sayrışan mayak vasitəsi ilə “saxla” əmrinə tabe olmayaraq, svetoforun qadağanedici işıqına məhəl qoymadan qarşı hərəkət zolağına çıxaraq manevr qaydalarını pozmuş, digər hərəkət iştırakçılarını məcburi öz hərəkət zolağından çıxardaraq yol hərəkəti qaydalarını pozması müəyyən edilmişdir. Məhkəmə iclаsındа Bərdə rayonu Yol Patrul Xidmətinin baş inspektoru X6 bildirmişdir ki, Şəxs 13 avqust 2023-cü il tarixdə saat 13:00-da radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes Benz E 240 minik” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bərdə şəhəri, Koroğlu küçəsi ilə hərəkətda olan zaman Bərdə rayonu Yol Patrul Xidmətinin əməkdaşlarının səsgücləndirici və sayrışan mayak vasitəsi ilə “saxla” əmrinə tabe olmayaraq, svetoforun qadağanedici işıqına məhəl qoymadan qarşı hərəkət zolağına çıxaraq manevr qaydalarını pozmuş, digər hərəkət iştırakçılarını məcburi öz hərəkət zolağından çıxardaraq yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozaraq cəmiyyətə açıqca hörmətsizlik edən avtoxuliqanlıq hərəkətləri etmişdir. Bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibini yaratdığı üçün inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmədən barəsində həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, Şəxs 13 avqust 2023-cü il tarixdə saat 13:00-da radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes Benz E 240 minik” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bərdə şəhəri, Koroğlu küçəsi ilə hərəkətda olan zaman Bərdə rayonu Yol Patrul Xidmətinin əməkdaşlarının səsgücləndirici və sayrışan mayak vasitəsi ilə “saxla” əmrinə tabe olmayaraq, svetoforun qadağanedici işıqına məhəl qoymadan qarşı hərəkət zolağına çıxaraq manevr qaydalarını pozmuş, digər hərəkət iştırakçılarını məcburi öz hərəkət zolağından çıxardaraq yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, Şəxs 13 avqust 2023-cü il tarixdə saat 13:00-da radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes Benz E 240 minik” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bərdə şəhəri, Koroğlu küçəsi ilə hərəkətda olan zaman Bərdə rayonu Yol Patrul Xidmətinin əməkdaşlarının səsgücləndirici və sayrışan mayak vasitəsi ilə “saxla” əmrinə tabe olmayaraq, svetoforun qadağanedici işıqına məhəl qoymadan qarşı hərəkət zolağına çıxaraq manevr qaydalarını pozmuş, digər hərəkət iştırakçılarını məcburi öz hərəkət zolağından çıxardaraq yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında ona qarşı irəli sürülən ittihamla bağlı ziddiyyətli ifadələr verərək göstərdi ki, 13 avqust 2023-cü il tarixdə saat 13:00-da radələrində idarə etdiyi “Mercedes Benz E 240 minik” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bərdə şəhəri, Koroğlu küçəsi ilə hərəkətda olan zaman Bərdə rayonu Yol Patrul Xidmətinin əməkdaşlarının səsgücləndirici və sayrışan mayak vasitəsi ilə “saxla” əmrinə sürücülük vəsiqəsinin olmaması ilə əlaqədar olaraq tabe olmayaraq, svetoforun qadağanedici işıqına məhəl qoymadan qarşı hərəkət zolağına çıxaraq manevr qaydalarını pozmuş, digər hərəkət iştırakçılarını məcburi öz hərəkət zolağından çıxardaraq yol hərəkəti qaydalarını pozmuşdur. Bu hərəkətlərinə səbəb anasının onu atasının səhhəti ilə bağlı təcili olaraq evə çağırması olmuşdur. Əməlindən səmimi peşmandır. Məhkəmədən həbslə bağlı olmayan qərar qəbul etməsini xahiş etdi. Halbuki Şəxs məhkəmə iclas zalında öncə ailəsinin avtomobildə olduğunu, uşağının qızdırmalı olması ilə əlaqədar xəstəxanaya tələstiyini bildirmişdi. Daha sonra isə atasının xəstə olması ilə əlaqədar anasının ona zəng vurmasını və onu təcili olaraq evə çağırması kimi ziddiyətli ifadələr vermişdir. Məhkəmə hesаb edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs 13 avqust 2023-cü il tarixdə saat 13:00-da radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes Benz E 240 minik” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bərdə şəhəri, Koroğlu küçəsi ilə hərəkətda olan zaman Bərdə rayonu Yol Patrul Xidmətinin əməkdaşlarının səsgücləndirici və sayrışan mayak vasitəsi ilə “saxla” əmrinə tabe olmayaraq, svetoforun qadağanedici işıqına məhəl qoymadan qarşı hərəkət zolağına çıxaraq manevr qaydalarını pozmuş, digər hərəkət iştırakçılarını məcburi öz hərəkət zolağından çıxardaraq yol hərəkəti qaydalarını pozması faktı tam öz əksini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 13 avqust 2023-cü il tarixdə saat 13:00-da radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes Benz E 240 minik” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bərdə şəhəri, Koroğlu küçəsi ilə hərəkətda olan zaman Bərdə rayonu Yol Patrul Xidmətinin əməkdaşlarının səsgücləndirici və sayrışan mayak vasitəsi ilə “saxla” əmrinə tabe olmayaraq, svetoforun qadağanedici işıqına məhəl qoymadan qarşı hərəkət zolağına çıxaraq manevr qaydalarını pozmuş, digər hərəkət iştırakçılarını məcburi öz hərəkət zolağından çıxardaraq yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozaraq cəmiyyətə açıqca hörmətsizlik edən avtoxuliqanlıq hərəkətləri etməsi müəyyən edilmiş, beləliklə də, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs olunmalıdır. İş materiallarına əlavə edilmiş bir ədəd video çəkilişin əks olunduğu diskdən görünür ki, Şəxs nümayişkarə surətdə cəmiyyətə açıqca hörmətsizlik edərək, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarmış, yolun səthində çoxsaylı təkər izləri buraxaraq, dəfələrlə işıqforun qadağanedici nişanından keçərək digər sürücülər və piyadalar üçün real təhlükə yaratmaqla qərəzli avtoxuliqanlıq hərəkətlərini törətmişdir. Məhkəmə xüsusi olaraq onu da qeyd etmək istəyir ki, övladının qızdırması və ya valideynin səhhəti qərəzli avtoxuliqanlıq hərəkətlərinin törədilməsi və barəsində inzibati icraat aparılan şəxsin əməlinə haqq qazandırmasına əsas verən hal kimi dəyərləndirilə bilməz. Ələlxüsusda barəsində inzibati icraat aparılan şəxs özü məhkəmədə gah valideynin səhhətinə görə, gah da uşağının qızdırmasına görə “tabesizlik” göstərdiyini bildirmişdir ki, məhkəmə bu xususatları məsuliyyətdən və tənbehdən yan keçmək üçün gətirilmiş absurd dəlillər olaraq qəbul edir. Məhkəmə xüsusi olaraq onu da qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Prezidentinin “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” 26 dekabr 2012-ci il tarixli Sərəncamında da xüsusi olaraq yol-nəqliyyat hadisələrinin avtoxuliqanlıq hallarının, nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ilə bağlı məsələlər ön plana çəkilmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan Şəxs törətdiyi əməlin cəmiyyətdə yaratmış olduğu mənfi rezonans, cəmiyyətdə bərqərar olmuş birgə yaşayış qaydalarına köklü şəkildə hörmətsizlik kimi halları nəzərə almaqla Şəxs inzibati tənbehlərin içərisində ən ağır tənbeh olan inzibati həbsin təyin edilməsi ədalətli və qanunidir. Belə əməllərə görə yüngül tənbehlərin tətbiq edilməsi cəmiyyətdə bu kimi hərəkətlərə dair cəzasızlıq institutunun hökm sürməsi kimi qəbuledilməz fikirlər formalaşdıra bilər ki, bu da özü-özlüyündə dövlət tərəfindən bu sahədə aparılan kompleks tədbirlərin effektliliyini şübhə altına almış olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Belə olduğu halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilənməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsinin idarə etmə hüququ məhdudlaşdırılması və həbs tənbehinin tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 01 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 14 avqust 2023-cü il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Yevlax 7 saylı RQİŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1279/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1279/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver