Məhkəmə qərarları › İş №3(021)-128/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-128/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-128/2024 13.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1978-ci il tarixdə Bərdə rayonununda anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Meyvə Bağı massivi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə üzrə icraatın başlanması haqqında Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon Polis Şöbəsində 13 fevral 2024-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında protokol tərtib edən Bərdə Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Bərdə rayonu Meyvə bağı massivində yaşayan Zərərçəkmiş şəxs ilə həmin ünvanda yaşayan keçmiş arvadı Şəxs arasında mübahisə olmuş, baş vermiş mübahisə və dava-dalaş zamanı Zərərçəkmiş şəxs Şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, həmçinin həmin münaqişə və dava-dalaş zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Onlar arasında olan mübahisə və dava-dalaş şəxsi münasibətləri zəminində baş vermiş, heç bir xuliqanlıq hərəktələri edilməmiş və həmin vaxt ictimai qayda kobud surətdə pozulmamışdır. Ona görə də toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçü qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ilin dekabr ayının 16-da ailə qurmuş, birgə nigahdan 2 qızları var, lakin yola getmədiklərinə görə 2019-cu ildə məhkəmə qərarı ilə boşanmışlar, buna baxmayaraq Bərdə rayonu Meyvəçilik massivində olan evdə keçmiş əri Zərərçəkmiş şəxsla birlikdə yaşayır, son 3 ilədək münasibətləri normal olmuşdur, lakin son zamanlar münasibətləri pisləşmişdir, belə ki, Zərərçəkmiş şəxs mütəmadi olaraq evdə münaqişə yaradaraq onu uşaqların yanında təhqir edir, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində o, uşaqları ilə birlikdə evdə olarkən Zərərçəkmiş şəxs evə gəlmiş, o, Zərərçəkmiş şəxs içəri buraxmaq istəməmiş, lakin Zərərçəkmiş şəxs zorla içəri girmiş, aralarında dava-dalaş olmuş, Zərərçəkmiş şəxs stolun üzərində olan bıçağı götürmüş, o, Arifin əlindən tutmuş, uşaqları da araya girib onları aralaşdırmaq istəmiş, həmin vaxt özü də bilmədən sağ əlinin barmaqlarından kəsik xəsarəti almış, bundan başqa sol qolundan da sıyrıq xəsarəti almış, o, «102» Xidmətinə zəng edib bu barədə məlumat verərkən Zərərçəkmiş şəxs evdən qaçıb getmişdir. Daha sonra verilmiş suallara cavab olaraq Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə birgə yaşadıqları evdə aralarında olan dava-dalaş zamanı o, qabları Zərərçəkmiş şəxs üzərinə atmamış, ona heç bir xəsarət yetirməmişdir, nə o, nə də tanışı X11 Rəcəbovu hədələməmişdir, əksinə Zərərçəkmiş şəxs stolun üzərində olan qabları yerə dağıtmış, onu döyərək xəsarət yetirmiş, onun Sədi adlı tanışı ilə şəxsi münasibəti olduğunu əsas gətirərək onu şərləyərək evi və uşaqları onun əlindən alacağı ilə hədələmişdir. Hal-hazırda Zərərçəkmiş şəxsla barışdığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclаsındа iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ilə təxminən 16 il əvvəl ailə qurmuşdur, birgə nigahdan 2 qızları var, lakin arvadı Şəxs ilə yola getmədiklərinə görə 6 il olar ki, məhkəmə qərarı ilə boşanmışlar, buna baxmayaraq Bərdə rayonu Meyvəçilik massivində olan birgə evlərində ər-arvad kimi birlikdə yaşamışlar, son 2 ilədək münasibətləri normal olmuş, lakin son zamanlar Şəxs başqa adamlarla şəxsi münasibətləri olduğunu bilmiş, aralarında münaqişələr olmuş, belə ki, o, sonradan öyrənmişdir ki, yol polisi işçisi olan Sədi adlı şəxslə İradənin münasibətləri var, həmçinin İradə yeniyetmə qızlarının yanında Sədi ilə birlikdə evə gəlir, yeməkxanaya gedirlər, o isə buna dəfələrlə etiraz etməyinə baxmayaraq Şəxs öz hərəkətlərinə davam etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində o, evə gəlmiş, qapını açıb içəri girmək istəyərkən Şəxs onunla münaqişəyə başlayaraq stolun üzərində olan qabları ona atmış, pol ağacı ilə onun kürəyinə və çiyninə vuraraq onu döymüş, o isə Şəxs onu şərləməsindən qorxaraq ona əl qaldırmamış və çıxıb getmişdir. Daha sonra verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə Şəxs onu döyərək ona xəsarət yetirmiş, ancaq o, Şəxs döyməmişdir. O, Şəxs ilə mübahisə olduğunu, ona xəsarət yetirmədiyini və hal-hazırda barışdıqlarını bildirərək icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs – xx.xx.1978-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Ş/V: AA*******, Fin: xxxxxxx. Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs – xx.xx.1978-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Ş/V: AZE ********, Fin: xxxxxxx. Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 19 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, təsviri hissədə göstərilənlərə əsasən, əməldə cinayət tərkibi olmaması əsası ilə xx.xx.1978-ci ildə Bərdə rayonunda anadan olmuş, Az. Resp. vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Mevə bağı massivində yaşayan Zərərçəkmiş şəxs barəsində cinayət işi başlanmasının rədd edilməsi, barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Bərdə RPŞ-nin X1 göndərilməsi, təsviri hissədə göstərilənlərə əsasən, əməldə cinayət tərkibi olmaması əsası ilə xx.xx.1978-ci ildə Bərdə rayonunda anadan olmuş, Az. Resp. vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Mevə bağı massivində yaşayan Şəxs barəsində cinayət işi başlanmasının rədd edilməsi, barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Bərdə RPŞ-nin X1 göndərilməsi, qərarın surətinin məlumat üçün Şəxs və Zərərçəkmiş şəxs göndərilməklə, qərardan narazı qaldıqları halda Azərbaycan Respublikası CPM-in 212-ci maddəsinə əsasən rayon prokuroruna, yuxarı prokurora, və ya məhkəməyə şikayət etmək hüquqlarının olmasının izah edilməsi, qərarın surəti məlumat üçün Bərdə rayon prokuroruna göndərilməsi, material saxlanılması üçün Bərdə RPŞ-nin dəftərxanasına verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Elgiz Kazımov tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, xx.xx.2024-cü il tarixdə Bərdə rayonu, Meyvə Bağı massivində yaşayan Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Şəxs tərəfindən döyülməsi faktına görə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Elgiz Kazımov tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Elgiz Kazımov tərəfindən tərtib edilmiş 13 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında prоtоkоldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış və hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək bədənin müxtəlif yerlərinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə onun barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə üzrə icraatın başlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək barışdıqlarını, ondan şikayət və tələbinin olmadığını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. İXM-in 39.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdan qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar