Məhkəmə qərarları › İş №3(021)-128/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-128/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-128/2025 07.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X14 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X5, zərərçəkmiş şəxslər X3, X6, X1 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Ağdam rayonu Şotlanlı kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağdam rayonu Şotlanlı kəndində qeydiyyatda olan və Tərtər rayonu Mamırlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə Bərdə şəhərində yüksək səslə nalayiq ifadələr işlədib və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Ağdam rayonu Şotlanlı kəndində anadan olmuşdur, Vətən müharibəsi iştirakçısıdır, İİİ qrup əlildir. Təxminən iki həftə əvvəl Bərdə Rayon Polis Şöbəsinin rəisinin avtomobilinin sürücüsü ilə aralarında anlaşılmamazlıq olmuşdur. xx.xx.2025-ci ildə Bərdə şəhərində yerləşən dairədə hərəkətdə olarkən rəisin avtomobilinin gəldiyini görmüş, onun arxasınca düşərək saxladıb iki həftə əvvəlki anlaşılmazlığa görə üzr istəmək istəmişdir. Avtomobilin şüşəsinə yumruq atmamışdır. Post patrul xidməti əməkdaşları gəlmiş, özü avtomobilini idarə edərək polis şöbəsinə getmişdir. Polis əməkdaşlarına qarşı hörmətsizlik etməmişdir. Ona görə də polis şöbəsinin rəisinin avtomobilini saxlatmaq istəmişdir. Etdiyi hərəkətə görə polis əməkdaşlarından üzr istəyir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X9 məhkəmə iclasında göstərdi ki, xx.xx.2025-ci ildə Bərdə Rayon Polis Şöbəsinin rəisinə məxsus **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil Bərdə şəhərində hərəkətdə olarkən BMW markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobil ilə davamlı surətdə təqib edərək avtomobilin ön uzaq işığından dəfələrlə istifadə edərək onu saxlatmaq istəmiş, əl-qol hərəkətləri edərək ünvansız nalayiq ifadələr işlətmişdir. **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin sürücüsü avtomobili kənara verərək saxlamış, Şəxs avtomobildən düşərək xidməti avtomobilin sürücüsünə avtomobildən düşməsini təkid etmiş, yumruqla avtomobilin şüşəsinə vurmuşdur. Daha sonra PPX bölüyünün əməkdaşları gəlmiş və Şəxs nizam-intizama dəvət etmişlər. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Şəxs öz idarə etdiyi avtomobili idarə edərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri X7 göstərdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə şəhər ərazisində Bərdə RPŞ-nin **-AP- *** dövlət qeydiyyat nişanlı xidməti avtomobili ilə hərəkətdə olarkən BMW markalı **-GU- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilin ön uzaq işığından dəfələrlə istifadə edərək onu saxlatmaq istəmişdir. Sonradan tanıdığı Şəxs məhəl qoymayaraq öz hərəkətini davam etdirmiş, lakin Sadiq öz avtomobili ilə onun idarə etdiyi avtomobilin yan hissəsinə keçərək özü və sərnişin kimi əyləşən digər şəxs əl-qol hərəkətləri edərək uca səslə nalayiq ifadələr işlətmiş və ona avtomobili kənarda saxlamağı bildirmişdir. Həmin şəxs onun idarə etdiyi avtomobilin qarşısında saxlayaraq avtomobildən düşərək özü və sərnişin ilə birgə ona yaxınlaşmışlar. Həmin şəxslər qərəzli şəkildə uca səslə ünvanlıünvansız nalayiq ifadələr işlədərək onu xidməti avtomobildən düşməyə vadar etmişlər. Həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsə də, ona məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirdikləri üçün radiostansiya vasitəsilə həmin əraziyə PPXBnin əməkdaşlarını dəvət etmişdir. PPXB-nin əməkdaşları həmin əraziyə yaxınlaşaraq Şəxs və yanında olan sərnişinə özlərini təqdim edərək onları nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq polisə qarşı əl-qol hərəkətləri edərək təkrar uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişlər. Şəxs polis əməkdaşlarını ona məxsus avtomobili idarə etməyə icazə verməyərək özü avtomobili ilə Bərdə RPŞ-nə gəlmişdir. Sonuncu ondan üzr istəməmişdir. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə RPŞ İTB-nin sahə polis nəfəri X10 göstərdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində xidmətdə olarkən radioçağrışçı vasitəsilə köməyə çağrılmışdır. Polis nəfəri X8 şəhəri H.Əliyev prospekti ilə Koroğlu küçəsinin kəsişməsində yerləşən “Böyük dairə” adlanan əraziyə yaxınlaşmışlar və iki nəfər şəxsin - Şəxsla Lənkəran Abdulkərimovun Bərdə RPŞ-nin **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin sürücüsü İsmət Hüseynzadə ilə mübahisə edərək uca səslə səs-küy salaraq yolun hərəkətini dayandırdıqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib onları nizam-intizama dəvət etmişlər. Lakin onlar qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş və onlara qarşı əlqol hərəkətləri edərək müharibə iştirakçıları olduqlarını, heç kimin onlara heç nə edə bilməyəcəyini bildirərək uca səslə ünvansız nalayiq ifadələr işlətmişlər. Sonuncuları polis şöbəsinə dəvət etsələr də qanuni tələblərinə tabe olmamışlar. Polis nəfərləri ilə həmin şəxslərin Bərdə RPŞ-nə gətirilmələrini təmin etmişlər. Sadq Məhərrəmov ondan üzr istəməmişdir. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri X4 göstərdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində xidmətdə olarkən radioçağrışçı vasitəsilə köməyə çağrılmışdır. Polis nəfəri X13 şəhəri H.Əliyev prospekti ilə Koroğlu küçəsinin kəsişməsində yerləşən “Böyük dairə” adlanan əraziyə yaxınlaşmışlar və Şəxsla Lənkəran Abdulkərimovun Bərdə RPŞ-nin **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin sürücüsü İsmət Hüseynzadə ilə mübahisə edərək uca səslə səs-küy salaraq yolun hərəkətini dayandırdıqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib onları nizam-intizama dəvət etmişlər. Lakin onlar qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş və onlara qarşı əl-qol hərəkətləri edərək müharibə iştirakçıları olduqlarını, heç kimin onlara heç nə edə bilməyəcəyini bildirərək uca səslə ünvansız nalayiq ifadələr işlətmişlər. Sonuncuları polis şöbəsinə dəvət etsələr də qanuni tələblərinə tabe olmamışlar. Polis nəfərləri ilə həmin şəxslərin Bərdə RPŞ-nə gətirilmələrini təmin etmişlər. Sadq Məhərrəmov ondan üzr istəməmişdir. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə RPŞ İTB-nin polis sahə rəisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol qismən əsaslıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1 və 114.1.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 06 mart 2025-ci il tarixdə Bərdə şəhərində yüksək səslə nalayiq ifadələr işlədib, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması qeyd olunsa da, onun polisin qanuni tələblərinə hansı qaydada qəsdən tabe olmaması əsaslandırılmamış, Şəxs bunu etiraf etməmiş, özü könüllü olaraq öz avtomobili ilə Bərdə RPŞ-inə getdiyini bildirmiş, polis əməkdaşları isə həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına həmin hissədə xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, o cümlədən protokola əlavə edilmiş digər materiallarla, zərərçəkmiş şəxslərin ifaələri ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi şəxsi yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan: “İnzibati qaydada tutma haqqında” 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 1800-də inzibati qaydada tutulmuşdur. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 06 mart 2025ci il tarixdən saat 1800-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 06 mart 2025-ci il tarixdən saat 1800-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar