Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1281/2023 28.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X8 iclas katibliyi, protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı Xİİİ Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X9, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Çərkəz qızının iştirаkları ilə, xx.xx.1970-ci il tarixdə Bərdə rayonu, Zümürxaç kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bərdə rayonu, Zümürxan kəndində yaşayan Şəxs Çərkəz qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 338.7-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs Çərkəz qızı barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Xİİİ Tağım Yol patrul xidməti inspektoru polis serjantı X12 tərəfindən 29 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 338.7-ci mаddəsi ilə İXP ******* nömrəli inzibаti xətа haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, onun mal-qaranı nəzarətsiz qoyması nəticəsində onun bir baş iri buynuzlu heyvanı saat 21:15 radələrində qəfildən magistral yolda hərəkətdə olan X1 idarə etdiyi 99-GP- 192 dövlət eydiyyat nişanlı Ford Tranzit yük markalı avtomobilin qarşısına çıxaraq avtomobilə maddi ziyan vurmuşdur. Bununla da İXM-in 338.7-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı Xİİİ Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X12 izahatında göstərdi ki, tərtib edilmiş protokolu müdafiə edir və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs X6 öz ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21:15 radələrində Bərdə-Tərtər yolunun 7-ci km-də etibarnamə əsasında ona məxsus olan Fort Tranzit yük **-GP-*** qeydiyyat nişanlı avtomaşınla Tərtər istiqamətində hərəkətdə olarkən qəflətən yolun sağından inək yola çıxdı, nəticədə onu vuraraq toqquşma baş verdi, inək yolun sağına düşdü. Avtomaşında tək olmuşdur. Heç bir xəsarəti və heç bir sığını yoxdur və qarşı tərəfdən heç kimi xəsarət aldığın görməmişdir. Buna görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Çərkəz qızı izahatında göstərdi ki, onun barəsində tərtib olunmuş protokolla razı deyil. İnəyi ipdən açılmış və yola çıxmışdır. İnəyinin ölməsi nəticəsində ona dəyən ziyanı tələb edir. Buna görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Çərkəz qızı İXM-in 338.7-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: İş materiallarında olan elektron portaldan çıxarışdan görünür ki, Şəxs Çərkəz qızı – xx.xx.1970-ci il tarixdə Bərdə rayonu, Zümürxaç kəndində anadan olmuşdur, Bərdə rayonu, Zümürxan kəndində yaşayır. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı Xİİİ Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X12 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və yol-nəqliyyat hadisəsinin sxemində göstərilmişdir ki, bir baş iribuynuzlu malın saat 21:15 radələrində qəfildən baş yolda hərəkətdə olan Ford Tranzit yük markalı maşının qarşısına çıxması nəticəsində maşına maddi ziyan dəymişdir. İş materiallarında olan AA0587730 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 – xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, AE 220105 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi X4 məxsusdur. İş materiallarında olan X5 Şəhadətnaməsindən görünür ki, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 məxsusdur. İş materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil X14 tərəfindən X4 etibar edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli, 932 nömrəli aktdan görünür ki, X2 alkoqol sərxoşluğu əlaməti yoxdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli, 299 nömrəli arayışdan görünür ki, İsayeva X3 sakinidir, X13 ilə eyni təsərrüfatda yaşayır və təsərrüfatlarında 4 baş iri buynuzlu mal-qara vardır. İş materiallarında olan videodiskdən və fotoşəkillərdən gecə vaxtı əsas magistral yolda avtonəqliyyat hadisəsi baş verməsi, Ford Tranzit markalı avtomaşının qarşı tərəfinin əzilməsi və 1 ədəd inəyin ölməsi müəyyən edilir. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli zərər dəymiş avtomobil barədə ilkin qiymətləndirmə aktının surətindən görünür ki, X11 məxsus **-GP-*** dövlət qeydiyyat nişanlı FORD TRANSİT markalı avtomaşına dəymiş zərərin ümumi dəyəri 1935 manat müəyyən edilmişdir. İXM-in 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Qeyd: 338.4. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə - qırx manat məbləğində cərimə edilir. 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən ədilmişdir ki, Şəxs Çərkəz qızına məxsus olan iribuynuzlu heyvan xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş magistral yolda hərəkət edərək Fort Tranzit yük markalı maşının qarşısına çıxmış və ona maddi ziyan vurmuşdur. Bununla da o, İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən ətmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyəktiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, həç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs Çərkəz qızına məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbəh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habələ məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qəyd ədir ki, inzibati xəta törədən Şəxs Çərkəz qızının əməlində onun məsuliyyətini yüngülləşdirən hallara onun yaşlı olması daxildir. İnzibati xəta törədən şəxsin əməlində onun məsuliyyətini ağırlaşdıran hər hansı hallar aşkar edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs Çərkəz qızının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbəhi tətbiq edilməsi yolu ilə onu qanunlara əməl ədilməsi ruhunda tərbiyələndirmək, habələ həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yəni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbəhin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Çərkəz qızı Azərbaycan Rəspublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 100 (yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq ədilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə ədilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1281/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1281/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver