Məhkəmə qərarları › İş №3(021)-1282/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1282/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1282/2023 04.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağiyev Babək Vaqif oğlunun katibliyi, Bərdə Rayon Prokurorluğunun nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2, 447.0.2 və 447.0.3-cü maddələri ilə Bərdə şəhəri H.Əiyev prospekti 124 A ünvanında yerləşən ANC GROUP “X4 1” filialı barəsində Bərdə Rayon Prokurorluğu tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2, 447.0.2 və 447.0.3-cü maddələri ilə Bərdə şəhəri H.Əiyev prospekti 124 A ünvanında yerləşən ANC GROUP “X4 1” filialı barəsində inzibati xəta haqqında material baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə Rayon Prokurorluğunun nümayəndəsi X2 inzibati xəta haqqında materiala uyğun izahat verdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, Bərdə şəhəri H.Əiyev prospekti 124 A ünvanında yerləşən ANC GROUP “X4 1” filial barəsində olan inzibati xəta haqqında material onu tərtib etmiş оrqаnа, Bərdə Rayon Prokurorluğuna geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2, 447.0.2 və 447.0.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat Bərdə şəhəri H.Əiyev prospekti 124 A ünvanında yerləşən ANC GROUP “X4 1” filial barəsində deyil, Şəxs barəsində başlanılmalı idi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2, 447.0.2 və 447.0.3-cü maddələri ilə Bərdə şəhəri H.Əiyev prospekti 124 A ünvanında yerləşən ANC GROUP “X4 1” filialı barəsində olan inzibati xəta haqqında material Bərdə Rayon Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qabil Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar