Məhkəmə qərarları › İş №3(021)-1286/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1286/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1286/2024 26.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işinin materiallarını araşdırıb, hesab edir ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarından Şəxs MMC-nin tərtib edilmiş inzibati xəta haqqında protokoldan və qərardan məlumatının olması və ya bu barədə hər hansı bildirişi alması müəyyən olunmur. Həmçinin inzibati materialda Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və qərarı almasını əks etdirən məlumatlar əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsində göstərilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılr. Məhkəmə hesab edir ki, inzibati material düzgün formada tərtib olunmamış, Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və qərardan məlumatının olmasını əsaslandıran hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bərdə rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar