Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1287/2023 18.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-5077/2016 saylı 28 sentyabr 2016-cı il tarixli icra sənədinə əsasən 29 avqust 2016-cı ildən başlayaraq 08 fevral 2008-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 70 (yetmiş) manat aliment ödəməlidir. Həmin icra sənədinə əsasən Şəxs 4000 (dörd min) manat aliment borcu yaranmışdır. Şəxs yaranmış 4000 (dörd min) manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, yaranmış borcu heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-5077/2016 saylı 28 sentyabr 2016-cı il tarixli icra sənədinə əsasən 29 avqust 2016-cı ildən başlayaraq 08 fevral 2008-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 70 (yetmiş) manat aliment ödəməlidir. Həmin icra sənədinə əsasən Şəxs 4000 (dörd min) manat aliment borcu yaranmışdır. Şəxs yaranmış 4000 (dörd min) manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, yaranmış borcu heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirdi ki, hazırda ödəniş etmək üçün imkanı yoxdur. Vaxt verilərsə hissə-hissə ödəniş edəcəkdir. Həbsdən təzə çıxıb və heç nədən xəbəri olmamışdır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə daxil edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-5077/2016 saylı 28 sentyabr 2016-cı il tarixli icra sənədinə əsasən 29 avqust 2016-cı ildən başlayaraq 08 fevral 2008-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 70 (yetmiş) manat aliment ödəməlidir. Həmin icra sənədinə əsasən Şəxs 4000 (dörd min) manat aliment borcu ödəməmiş, icra məmurunun qanuni tələblərinə tabe olmamağı göstərilmiş olsada qeyd edilsədə, hazırki iş üzrə, protokol düzgün tərtib olunmamışdır. Belə olan halda Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətaya düzgün qiymət verilməmiş, iş materiallarına bütün sənədlər tamlıqla əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon İcra və probasiya Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1287/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1287/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver