Məhkəmə qərarları › İş №3(021)-1289/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1289/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1289/2021 13.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-cı il tarixdə Bərdə rayonu İmamqulubəyli kəndində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu İmamqulubəyli kəndində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(121)-1764/2021 saylı 03 iyun 2021-ci il tarixli icra sənədi üzrə 2000 manat X2 ödənilməsi qət edilmişdir. Borclu Şəxs icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(121)-1764/2021 saylı 03 iyun 2021-ci il tarixli icra sənədi üzrə Şəxs 2000 (iki min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq X6 ödəməlidir. Barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X8 ərizə ilə müraciət edərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tutulmasını istəmir. Hal-hazırda borclu ona 300 manat ödəmişdir, o, da pulu qəbul edib. İcraata xitam verilməsini xahiş edərək yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi ərizə ilə müraciət edərək göstərdi ki borcu ödəməkdən yayınmır. Əvvəllər alimentini vaxtı-vaxtında ödəmiş, lakin xəstəliyi ilə əlaqədar bir müddət işləyə bilməmişdir. Hər dəfə övladlarımı görən kimi mağazaya aparıb onlara nə istəyiblərsə alıbdı. X2 məhkəmə iclas zalında 300 manat ödəyib. Bundan sonra hər ay 300 manat ödəniş edəcəyini söz verdiyini qeyd edərək məhkəmədən nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş edərək yazılı ərizəsini təqdim etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin,tələbkarın, icra məmurunun izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs borcu ödəməkdən yayınmır. Belə ki, borcu ödəməyə hazır olduğunu, əvvəllər borcunu vaxtı vaxtında ödəmiş, sonra xəstəliklə bağlı müəyyən müddət işləyə bilməmiş, hazırda yaranmış 2000 manat borcdan 300 manat ödəniş etməsi inzibati icraata xitam edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar