Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1291/2021 13.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1986-cı il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonunda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 13 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 13 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, borclu Şəxs 59 621,86 manat vergi borcu yaranmışdır. Borclu barədə axtarış qərarı qəbul edilərək Bərdə rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Bərdə Rayon Polis Şöbəsi tərərfindən şöbəyə təhvil verilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində 13 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bərdə Rayon İcra və probasiya Şöbəsinin icra məmuru X7 bildirdi ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 13 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, borclu Şəxs 59 621,86 manat vergi borcu yaranmışdır. Borclu barədə axtarış qərarı qəbul edilərək Bərdə rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Bərdə Rayon Polis Şöbəsi tərərfindən şöbəyə təhvil verilmişdir. Məhkəmədən borclunun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, barəsində tərtib edilmiş protokol əsassızdır. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) icraata qəbul edilmədən Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində olan inzibati protokol üzrə X15 1(021)-57/2021 saylı 06 oktyabr 2021-ci il tarixli hökmü ilə cinayət məsuliyyətinə cəlb edilmiş, mülki iddia 59671,86 manat X9 tutularaq dövlət büdcəsinə ödənilməsi barədə hökm çıxarılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Bərdə Rayon Məhkəməsinin 05 iyul 2016cı il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli hökmləri ilə 03 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. 2013cü ildən 2015-ci ilin ortalarına qədər olan dövr ərzində fiziki şəxs Şəxs fəaliyyətinə rəhbərlik etmişdir. Həmin şəxs onun göstərişi ilə 11 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Onun aldığı ********** nömrəli VÖEN üzrə meyvə-tərəvəz məhsullarını Rusiya Federasiyasına ixrac etməklə məşğul olmuşdur. Şəxs vergi ödəyicisi kimi şifrə parolunu, pin kodu, istifadəçi kodunu və möhürü alıb ona vermişdir. Fərdi sahibkarın fəaliyyəti üzrə mühasibi olmadığından mühasibatlıq məsələləri ilə özü məşğul olmuş, o cümlədən vergi orqanlarına hesabatları özü təqdim etmişdir. Kənd təsərrüfatı məhsullarını isə Xaçmaz şəhərinin Ləcət stansiyasında və Yevlax şəhərinin Gömrük idarəsinin yaxınlığında tanımadığı müxtəlif vətəndaşlardan alıb Rusiya Federasiyasına ixrac etmişdir. Şəxs ilə həmyerli olmaqla yanaşı həm də uzaq qohumluqları var. Sonuncu 2-ci qrup əlil olmaqla işsiz olduğundan ona vergi ödəyicisi kimi qeydiyyatdan keçməsini təklif etmişdir. İş quracağını və qazancdan ona da müəyyən məbləğdə ödənişlər edəcəyini bildirdikdə razılaşmışdır. Rusiya Federasiyasına əsasən alma, xurma, əzgil, nar, kartof, pomidor, çuğundur kimi kənd təsərrüfatı mallarının ixracı ilə məşğul olmuş, idxal işi ilə məşğul olmamışdır. Malların tədarükü onun tərəfindən həyata keçirilmişdir. Daha sonra müştərilərin göndərdiyi maşınlara yüklənərək yola salınmışdır. Tədarük, qablaşdırma, yükləmə və s. işlərdə kömək edən konkret şəxslər olmamışdır. Hər dəfə müxtəlif fəhlələrə müraciət etmişdir. Ayda təxminən 20-25 maşın çıxırdı. Hər maşın 20 ton məhsul tuturdu. Hər maşından ona təxminən 60 dollar qalırdı. Sifariş əsasında mal tədarük olunurdu. Malları göndərərkən yükləmədən sonra sifarişçi malın pulunu nağd ödəyirdi. O da tədarükçülərlə hesablaşırdı. Sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq hər hansı Gömrük orqanında olmamışdır. Sifarişçilərin göndərdikləri maşınlar gəlib malı təhvil alıb gedirdilər. Hər dəfə müxtəlif maşınlar və sürücülər gəlirdi. Adlarını və başqa anket məlumatlarını bilmir. Heç bir anbarı və ya başqa saxlanc yeri olmamışdır. İşi elə təşkil edirdi ki, sifarişçi maşını göndərəndə tədarükçüdən məhsulu götürüb göndərirdi. X5 tanıyır. O, meyvə-tərəvəz məhsullarının Rusiya Federasiyasına ixracı ilə məşğul olduğundan onun Xaçmaz rayonundakı dəmiryol stansiyasında yerləşən ofisində olmuşdur. Şəxs adından Gülsadə Əliyevanın adına olan əqdlərin bağlanması və s. dair etibarnaməni Şəxs ilə birlikdə Bərdə şəhərində yerləşən 1 saylı notariusa gedərək orada sonuncuya imzalatmış, sonradan həmin etibarnaməni Gülsadə Əliyevaya təqdim etmişdir. X3 hər ixraca görə, eləcə də cəmi nə qədər pul verdiyini xatırlamır, onu deyə bilər ki, bütün ödənişlər nağd şəkildə aparılıb. Gülsadə Əliyevanın vasitəsi ilə kənd təsərrüfatı məhsullarını Rusiya Federasiyasına əsasən 2013-2014-cü illərdə ixrac etmişdir. Dövriyyəsi və qazancı o qədər də çox olmamışdır. Lakin işlədiyi müddətdə müəyyən qədər Şəxs də qazancından pul vermişdir. Ona ümumilikdə təxminən 500-600 manat vermişdir. Şəxs şəxsi hesab vərəqəsi və ona əlavə olunmuş sənədlərdən görünən, kameral vergi yoxlaması ilə hesablanmış, 2015-ci il üzrə, xeyli miqdar təşkil edən, 59671,86 manat məbləğində gəlir vergisi borcu ilə bağlı onu deyə bilər ki, Şəxs VÖEN-indən istifadə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və bununla bağlı müəyyən borc məbləğlərinin yarandığını qəbul edir, lakin maddi imkansızlıqla bağlı büdcəyə hər hansı ödəniş etmək iqtidarında deyil. X11 təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəxs ifadəsində göstərmişdir ki, 3 sinif oxuyub, iki azyaşlı uşağı var, İİ qrup əlildir, hazırda heç bir yerdə işləmir. Bir neçə il bundan əvvəl uzaq qohumu X15 onun adına VÖEN açaraq işləməyi təklif etdi. Nə işlə məşğul olacaqlarını soruşduqda o bu barədə heç nə demədi. Sadəcə pula ehtiyacının olub-olmamasını soruşdu. Heç yerdə işləmədiyindən və heç bir qazanc yeri olmadığından pula ehtiyacının olduğunu bildirmişdir. Aqil isə onun heç bir iş görməyəcəyini, arada bəzi sənədləri imzalayacağını, bunun müqabilində mövsümi olaraq ildə 1-2 dəfə ona müəyyən haqq verəcəyini bildirmişdir. Lakin işin mahiyyəti barədə heç nə deməmişdir. Bundan sonra həmin şəxslə birlikdə 11 saylı Ərazi Vergilər İdarəsinə gedərək ərizə verib vergi ödəyicisi kimi qeydiyyatdan keçərək VÖEN almışdır. Bu işdə rolu yalnız bundan ibarət olmuşdur. Qohum olduqlarından Aqil Əsədov evlərinə gedib-gəlirdi. VÖEN açdıqdan 3 gün sonra onlara gələrək artıq işə başladığını bildirmişdir. Yenidən ondan nə işlə məşğul olacağını, bunun ona problem yaradıb-yaratmayacağını soruşduqda narahat olmamağını bildirmişdir. Bundan təxminən 2 ay sonra gətirib bəzi kağızlara qol çəkdirərək 200 manat da pul vermişdir. Bütün müddət ərzində hardasa 3-4 dəfə bəzi kağızları imzalamış, bunun müqabilində də hər dəfə 200 manat olmaqla, 3 dəfə ona pul verilmişdir. Təxminən 2015-ci ildə Vergi Cinayətlərinin istintaq idarəsinə dəvət olunduqda Aqil Əsədovun onun adından işlər gördüyünü, bu səbəbdən də adına külli miqdarda vergilərin hesablandığını öyrənmişdir. Bu barədə Aqildən soruşduqda o burada onluq heç nə olmayacağını, hər şeyi yoluna qoyacağını demişdir. X13 işi məhkəməyə göndərildi. Məhkəməyə də şahid qismində ifadə vermişdir. Aqil Əsədova məhkəmədə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Hazırda o, cəzasını çəkib və azadlıqdadır. Belə ki, idarəyə dəvət olunduqda onunla əlaqə saxlayıb nə üçün yenidən istintaqa çağrıldığını soruşmuş, o isə bundan məlumatının olmadığını, gedib nə üçün çağrıldığını idarədə soruşmağını bildirmişdir. Aqil Əsədovun hansı işlə məşğul olması, kimlərlə birlikdə işləməsi və ya işçilərinin olun-olmaması barədə heç bir məlumatı yoxdur. Bir neçə dəfə ondan gördüyü iş barədə soruşsa da ona heç nə bildirməmişdir. Vergi orqanına gedərkən, habelə sonralar görüşdükdə Aqilin yanında heç kəs olmamışdır. Adına açılmış VÖEN üzrə bütün fəaliyyət Aqil Əsədov tərəfindən aparılmış, mənfəət də onun tərəfindən götürülmüşdür. Hesablanmış vergi barədə heç bir anlayışı yoxdur. Ödənilməli vergilər varsa bunlar hamısı işin sahibi, yəni Aqil Əsədov tərəfindən ödənilməlidir. Aqil Əsədovun onun adına VÖEN açdırmasını, həmin şəxsin sahibkarlıq fəaliyyətində iştirakınının olmadığını barədə bütün söhbətlər ikisinin arasında olmuşdur. Bunu təsdiq edəcək başqa şəxslər yoxdur. X5 şəxsən tanımır, 05 sentyabr 2014-cü il tarixdə onun adından X6 verilmiş etibarnamə barədə onu deyə bilər ki, X15 fəaliyyət göstərdiyi müddətdə ona bir neçə dəfə bəzi sənədlər gətirib imzaladıb. Onunla birlikdə bir dəfə vergi orqanında, bir dəfə də notariusda olduğunu xatırlayır. Aqil Əsədovun göstərişi ilə notariusda bəzi sənədlərə imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində göstərdi ki, 25 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri Cəlil Məmmədquluzadə küçəsində olarkən, bir vergi əməkdaşı ona yaxınlaşaraq, Bərdə Rayon Məhkəməsinin 23 yanvar 2021-ci il tarixli 5(021)-10/2021 nömrəli qərarı əsasında baxış təbirinin keçiriləcəyini bildirdi, həmin tədbirdə müşahidəçi kimi iştirak etməyini xahiş etdi. Tədbir zamanı vergi əməkdaşlarının Həsənov Tapdığa məhkəmə qərarını göstərdilər, onun razılığı ilə 2 mərtəbəli yaşayış evinə daxil oldular. Baxış nəticəsində 27 ədəd aksiz markası ilə markalanmamış, 158 ədəd saxta aksiz markası ilə markalanması ehtimal olunan, həmçinin 03 ədəd Rusiya FR aksiz markası ilə markalanmış spirtli içki, 08 ədəd saxta olması ehtimal olunan aksiz markasının aşkar olundu, X1 üsulla saxta aksiz markası ilə markalanmış spirtli içkiləri özünün hazırladığını bildirdi, aşkar olunmuş spirtli içkilər və saxta aksiz markalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada qablaşdırılaraq götürüldü, vergi əməkdaşları tərəfindən yaşayış evinə baxış keçirilməsi haqqında protokolu, aşkar olunmuş spirtli içkilərin və saxta aksiz markalarının siyahısının tərtib edildi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, yuxarıda qeyd edilmiş hallar araşdırılmalı və hazırki iş üzrə ətraflı araşdırmalar aparıldıqdan müvafiq prtokol tərtib edilə bilər. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana Bərdə Rayon İcra və probasiya Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə Rayon İcra və probasiya Şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında qərar onu tərtib etmiş оrqаnа Bərdə Rayon İcra və probasiya Şöbəsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(021)-1291/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1291/2021
13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver