Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1292/2023 21.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, protokolu tərtib etmiş Bərdə RPŞ-nin İTB-nin sahə rəisləri X3, X5, zərərçəkmiş şəxslər X4, X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirаkları ilə, xx.xx.1989-cu il tarixdə ünvan 1 ünvaninda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN №1712002 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən köşkdən 140 manat pul oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli №1712003 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən köşkün pəncərəsinin qarşısında olan 230 manat dəyərində lotereya biletlərini oğurlamışdır. Bərdə rayon Məhkəməsinin 3(021)-1292/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1292/2023 və 3(021)-1293/2023 saylı inzibati işlər bir icraatda 3(021)-1292/2023 sayla baxılması qərara alınmışdır. Məhkəmə iclasında Bərdə RPŞ- nin polis sahə rəisi X8 bildirdi ki, Bərdə rayon Otuzikilər kəndində yaşayan X4 xx.xx.2023-cü il tarixdə, saat 13:34 dəqiqədə Bərdə şəhər sakini Şəxs Bərdə şəhəri İ.Qayıbov küçəsində onun icarəyə işlətdiyi "X17" adlı köşkün pəncərəsindən 230 manat dəyərində lotereya biletlərini oğurlanması barədə müraciəti əsasında araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 13:34 dəqiqədə Şəxs Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən "Köşk Şərabçı" adlı köşkün pəncərəsinin qarşısında olan 23 ədəd 10 manatlıq olmaqla ümumilikdə 230 manat dəyərində lotereya biletlərini oğurlayıb özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işin başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci madəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarı surəti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Buna görə də tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə verilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Bərdə RPŞ- nin polis sahə rəisi X10 bildirdi ki, Bərdə rayon Qaradərmiçi kəndində yaşayan X2 xx.xx.2023-cü il tarixdə işlədiyi Bərdə şəhər H.Əliyev prospektində yerləşən mağazasına müştəri qismində gələn Şəxs mağazanın kassasının yanında olan 140 manat pulunun oğurlaması barədə müraciəti əsasında araşdırma zamanı məlum olmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bərdə şəhər H.Əliyev prospektində yerləşən mağazaya müştəri kimi daxil olaraq kassanın yanında olan 140 manat oğurlayaraq zərərçəkmiş şəxsə 140 manat maddi ziyan vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işin başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci madəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarı surəti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Buna görə də tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə verilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri İ.Qayıbov küçəsində "X17" adlı köşkün pəncərəsindən 230 manat dəyərində lotereya biletlərini, xx.xx.2023-cü il tarixdə Bərdə şəhər H.Əliyev prospektində yerləşən mağazaya müştəri kimi daxil olaraq kassanın yanında olan 140 manat oğurlamışdır. Maddi imkansızlıqdan oğurluq etmişdir. Əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil Şəxsovun əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, xx.xx.2023-cü il tarixdə onun işlədiyi Bərdə şəhər H.Əliyev prospektində yerləşən mağazasına müştəri qismində gələn Şəxs kassanın yanında olan 140 manat pulunu oğurlamışdır. Barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, Şəxs Bərdə şəhəri İ.Qayıbov küçəsində onun icarəyə işlətdiyi "X17" adlı köşkün pəncərəsindən 230 manat dəyərində lotereya biletlərini oğurlamışdır. Barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü tarixli qərarından görünür ki, Bərdə rayon Qaradərmiçi kəndində yaşayan X2 xx.xx.2023-cü il tarixdə işlədiyi Bərdə şəhər H.Əliyev prospektində yerləşən mağazasına müştəri qismində gələn Şəxs mağazanın kassasının yanında olan 140 manat pulunun oğurlaması barədə müraciəti əsasında araşdırma zamanı məlum olmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bərdə şəhər H.Əliyev prospektində yerləşən mağazaya müştəri kimi daxil olaraq kassanın yanında olan 140 manat oğurlayaraq zərərçəkmiş şəxsə 140 manat maddi ziyan vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işin başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci madəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarı suərti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü tarixli qərarından görünür ki, Bərdə rayon Otuzikilər kəndində yaşayan X4 xx.xx.2023-cü il tarixdə, saat 13:34 dəqiqədə Bərdə şəhər sakini Şəxs Bərdə şəhəri İ.Qayıbov küçəsində onun icarəyə işlətdiyi "X17" adlı köşkün pəncərəsindən 230 manat dəyərində lotereya biletlərini oğurlanması barədə müraciəti əsasında araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 13:34 dəqiqədə Şəxs Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən "Köşk Şərabçı" adlı köşkün pəncərəsinin qarşısında olan 23 ədəd 10 manatlıq olmaqla ümumilikdə 230 manat dəyərində lotereya biletlərini oğurlayıb özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işin başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci madəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarı suərti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin izahatı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokollar, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 02 (iki) ay inzibati tənbeh-həbs tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs 20 avqust 2023-cü il tаrixdən, saat 17:30–da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 20 avqust 2023-cü il tаrixdən, saat 17:30–dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 02 (iki) ay müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 20 avqust 2023-cü il tаrixdən, saat 17:30–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1292/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1292/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver