Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1293/2021 14.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Polis Şöbəsinin Xİİİ X8 İnspektoru polis baş serjantı X3, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Rusiya Federasiyası Volqoqrad vilayətində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Tərtər şəhəri, M. Məmmədov küməsi ev 44 yaşayan Barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.2-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin Xİİİ tağımından daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.2-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs İlham oğlu 24 sentyabr 2021-ci ildə saat 14:10 radələrində idarə etdiyi VAZ- 21063 Minik markalı 01 BD-211 dövlət qeydiyyat nişanlı etibarnamə olmadan, avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması və zərər çəkmiş şəxsə maddi zərər vurulması ilə X2 məxsus Vaz 21061 markalı 10 KV-647 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xİİİ X8 İnspektoru polis baş serjantı X5, məhkəmədə bildirdi ki, Şəxs 24 sentyabr 2021-ci ildə saat 1410 radələrində idarə etdiyi VAZ-21063 Minik markalı 01 BD-211 dövlət qeydiyyat nişanlı etibarnamə olmadan, avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması və zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə X2 məxsus Vaz 21061 markalı 10 KV-647 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs epilepsiyə xəstəsi olduğundan, məhkəmə iclasında epilepsiya xəstəliyi tutduğundan məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilmiş və izahat verib bildirmişdir ki, 24 sentyabr 2021-ci il tarixdə saat 14:10 radələrində Tərtər rayonundan Bərdə rayonuna getdiyi zaman idarə etməni itirmiş qabaqdan gələn Vaz 2106 markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Əməlindən peşmandır, epilepsiya xəstəsidir, himayəsində azyaşlı uşağı olduğuna görə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İXP ******* saylı 24 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan 1260 saylı 24 sentyabr 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən olunur ki, Şəxs alkoqol sərxoşluğu əlaməti yoxdur. İş materiallarında olan 1259 saylı 24 sentyabr 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən olunur ki, X1 alkoqol sərxoşluğu əlaməti yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Sadıqov X4 Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.2-ci maddələri ilə təqsirli bilinib, dörd yüz manat məbləğdə cərimə tənbehi tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128- 130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRAR ALDİ Şəxs İlham oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 400 (dörd yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1293/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1293/2021
14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver