Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1293/2023 21.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, protokolu tərtib etmiş Bərdə RPŞ-nin İTB-nin sahə rəisləri X4, X6, zərərçəkmiş şəxslər X5, X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X3 iştirаkları ilə, xx.xx.1989-cu il tarixdə ünvan 1 ünvaninda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN №1712002 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən köşkdən 140 manat pul oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli №1712003 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən köşkün pəncərəsinin qarşısında olan 230 manat dəyərində lotereya biletlərini oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Q ə r a r v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1292/2023 və 3(021)-1293/2023 saylı inzibati işlər bir icraatda baxılsın. İşə 21 avqust 2023-cü il tarixdə saat 17:50-ə Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. H a k i m Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1293/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1293/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver