Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1293/2024 25.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə anadan olmuş, Bərdə rayonunda qeydiyyatda olmaqla, Bərdə rayon H.Z.Tağıyev küçəsi ev 44-də yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510cu maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 25 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 bildirdi ki, Bərdə şəhəri H.Z.Tağıyev küçəsi ev 44-də yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə Bərdə RPŞ-nə müraciət edərək, qonşusu Səbuhi və qardaşı Nadim adlı şəxslərin onunla mübahisə edərək Səbuhi adlı şəxsin onu yumruqla vurduğunu bildirmişdir. Bərdə rayon H.Z.Tağıyev küçəsi ev 44-də yaşayan Şəxs xx.xx.2024-cü il tarixli müraciəti əsasında aparılan araşdırmada cinayət faktı aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs, X2 və X3 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-nə göndərilməlidir. Buna görə də tərfindən Şəxs barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, İradə, övladları Səbuhi və Nadimlə üzbəüz qonşudurlar. Nadim idarə etdiyi avtomobili mütəmadi olaraq yüksək səslə idarə edərək evə gəlir. O da, 2-ci qrup əlil olmaqla onkoloji xəstədir. Bir neçə dəfə anesteziya almış və hər yüksək səsə reaksiya verərək əsəbinə də, təsir edir. O, dəfələrlə Nadimə və anası İradəyə xəbərdarlıq etmişdir ki, musiqiyə yüksək səs verməsin və qonşu kimi onun xəstəliyini nəzərə alsın. Lakin onun sözünə əhəmiyyət verən olmamışdır. xx.xx.2024-cü il tarixdə Nadim yenidən musiqiyə yüksək səs verərək evə gələn zaman evdən çıxaraq Nadimə xahiş etmişdir ki, musiqiyə səs verməsin. Nadim və anası onun ünvanına xoşagəlməz sözlər deyərək öz işləri olduğunu və heç kim onların işinə qarışa bilməz demişdir. Daha sonra isə onun ünvanına təhqir edici sözlər deməyə başlamışdır. Aralarında baş vermiş söz mübahisəsindən sonra o, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İradə isə Bərdə rayon polis şöbəsində işlədiyini və onun övladlarına heç kim heçnə edə bilməz deyərək "səni tutduraram" demişdir. Polis əməkdaşları gələrək müraciətini qəbul etdikdən sonra onlarla profilaktik söhbətlər apararaq getmiş və bir qədər sonra İradənin digər oğlu Səbuhi evə gəlmişdir. Səbuhi evə gəldikdən sonra baş vermiş mübahisə ilə əlaqədar daşla onun yaşadığı evin şüşəsini sındıraraq onun qapısına hücum etmişdir. Səbuhi onun yaşadığı evin həyətinin qapısını zorla açaraq həyətə girmiş və yumruqla onun sağ qaş nahiyəsindan vurmuşdur. Daha sonra onun ardınca həyətə Nadim girmiş və qardaşı Səbuhini ordan aparan zaman təpiklə onun sinəsindən vurmuşdur. Baş vermiş mübahisə zamanı yanında qonşusunun övladı “qaqaş” ləqəbli şəxs və digər qonşuları olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirdi ki, qonşusu İlyas mütəmadi olaraq yaşadığı ünvanda təhqir edici sözlər danışır. xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətində olan zaman İlyas onların həyətinin qapısını açaraq “musiqinin səsini azalt” demişdir. O da, İlyasa "baş üstə əmi” demiş və musiqinin səsini azaltmışdır. Bundan sonra İlyas onu küçəyə çağırmış və o, küçəyə çıxan zaman İlyas, “deyəsən siz problem axtarırsız" demişdir. O, küçəyə çıxan zaman İlyas onun və ailəsinin ünvanına təhqir edici sözlər demişdir. Daha sonra isə DİN-nin 102 xidmətinə zəng edərək onların barəsində müraciət etmişdir. Polis əməkdaşları gəlib getdikdən sonra, qardaşı Nadim evə gəlmiş və İlyas yenidən yaşadığı evin həyətindən onların ünvanına təhqir edici sözlər deməyə başlamış və küçəyə çıxaraq söyüşlərini davam etməyə başlamışdır. O və qardaşı Nadimdə küçəyə çıxaraq onun söydüyü söyüşlərə cavab vermiş, həmin vaxtı da qonşulardan bəziləri küçəyə çıxmışdır. Şəxs yalan müraciət etdiyini, qardaşı Nadim gəldikdən sonra İlyas söyüşlərini davam etmiş və həmin vaxtı küçəyə çıxaraq onun söydüyü söyüşlərin cavabını vermişdir. Söz mübahisəsi zamanı İlyası heç kim vurmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə vermiş olduğu məlumatla həmçinin Bərdə RPŞ-nə etmiş olduğu müraciətlə əlaqədar olaraq qeyd etmişdir ki, qonşusu İlyas mütəmadi olaraq yaşadığı ünvanda təhqir edici sözlər danışır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı evə gələn zaman İlyasın onların ev istiqamətində duraraq söyüşlər söydüyünü görmüş və eşitmişdir. Bundan sonra İlyasın sözünə reaksiya verərək hansı səbəbə görə söyüşlər söydüyünü soruşmuşdur. İlyas onun da, ünvanına təhqir edici sözlər deməyə başlamışdır. O və qardaşı da, İlyasın söydüyü söyüşlərə cavab vermişdirlər. Məhkəmə iclasında şahid qismində iştirak edən İradə Mirzəyeva digər şahidlərlə eyni məzmunliu ifadə verərək, onlarını dediklərini təsdiqlədi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolda Şəxs hansı xuliqanlıq hərəkət etdiyi qeyd edilməmiş, “xırda xuliqanlıq edib” qeyd olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1293/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1293/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver