Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1295/2021 18.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs X3, zərərçəkmiş şəxs X6 və barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə, xx.xx.1959-cu il tarixdə, Ağcabədi rayonu, Qaravəlli kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Qaravəlli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs (AA*******) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 332.4-ci maddələri ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində, 01 oktyabr 2021-ci il tarixdə İXP № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur ondan ötəri ki, o, 01.10.2021-ci il tarixdə St.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu, Mehdili kənd ərazisindən keçən 68-ci km-də sürücü Şəxs idarə etdiyi “KHAZAR LX” minik markalı, **- BS-*** d.q.n.n-lı avtomobil st. Mingəçevir istiqamətində hərəkətdə olan zaman, onunla eyni istiqamətdə hərəkətədə olan X4 markası və qeydiyyat nişanı olmayan qoşqu ilə idarə etdiyi “KAMAZ 53212” yük markalı, **-BX-*** d.q.n.n-lı yük avtomobili ilə toqquşmuş,bununlada o, İXM-in 332.4-cü mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. “KHAZAR LX” minik markalı, avtomobilin sürücüsü Şəxs hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “KAMAZ 53212” yük markalı avtomobilin sürücüsü X6 xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına müraciət etmişdir Məhkəmə iclasında protokolu tərtib edən şəxs AR DİN-nin BDYPİ-nin YPX Alayının 13cü Tağım YPX inspektoru, polis baş-serjantı X3 protokolu müdafiə edərək bildirdi ki, 01.10.2021-ci il tarixdə, saat 20:30 radələrində st. Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mehdili kənd ərazisindən keçən 68-ci km-də, sürücü Şəxs idarə etdiyi "KHAZAR LX" markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil st. Mingəçevir istiqamətində hərəkətdə olan zaman, onunla eyni istiqamətdə hərəkətdə olan Qurbanov Sərdar Səfǝr oğlunun markası və qeydiyyat nişanı olmayan qoşqu ilə idarə etdiyi "KAMAZ 53212" yük markalı **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, nəticədə "KAMAZ 53212" yük markalı avtomobilin sürücüsü X6 xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. "Khazar LX" markalı avtomobilin sürücüsü Şəxs hadisə yerindən yayınmışdır. Aparılmış araşdırma nəticəsində AR DİN-nin Bİ və Tİ YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru Ceyhun Axundovun 05.10.2021-ci il tarixli qərarı ilə hər iki sürücünün əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində İXM-nin 332.4-cü sürücü S.Qurbanovun barəsində isə İXM-nin 332.2-ci maddə ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün qərarın surəti AR DİN-nin BDYPİ-nin YPX Alayına göndərilmişdir. Həmin qərara əsasən hər iki sürücünün barəsində İXM-nin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək qanuni tənbehin verilməsi üçün rayon məhkəməsinə gətirilmişdir. Odur ki, qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü törətdiyi əməldə təqsirli bilərək izahatında göstərdmişdir ki, avtomobil idarə etməyə dair sürücülük hüququ yoxdur. “KHAZAR LX” minik markalı, **-BS-*** d.q.n.n-lı avtomobil onun oğlu Niyaza məxsusdur. Oğlu Niyaz müharibə iştirakçısı və qazi olduğu üçün avtomobil ona dövlət tərəfindən verilmişdir.01.10.2021-ci il tarixdə, saat 20:30 radələrində yaşadığı Ağcabədi rayonu, Qaravəlli kəndində Bərdənin Mehdili kəndinə getmişdir. 100 km/saat sürətlə Bərdə istiqamətində hərəkətdə olan zaman qarşısında qoşqulu, "KAMAZ 53212" markalı **-BX- *** qeydiyyat nişanlı otla yüklənmiş yük avtomobili hərəkətdə olmuşdur. O, həmin avtomobili ötüb keçən zaman görmüşdür ki, qarşıda başqa bir "Kamaz", qoşqulu yük aparmışdır. Həmin yerdə yol düz xətdir və maylidir. O, qarşıdaki avtomobili görüb ötmə apara bilməmişdir. Geriyə qalmaq istəyən zaman avtomobil oynamış va arxadakı Kamaza dəyərək toqquşmuşdur. Kamaz, qoşqu ilə birlikda yoldan çıxıb aşmışdır. Toqquşma zamanı xəsarat almamışdır. Hadisə yerində olan zaman kənardan şəxslərin toplaşdığı görüb, qorxduğu üçün hadisə yerində yayınmışdır. Avtomobildə tək olmuş, spirtli içki qəbul etməmişdir. Maddi imkanı zəifdir. Ziyan ödəməyə pulu yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X6 çıxış edərək bildirdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan şəhərində yaşayır. İdarə etdiyi "KAMAZ 53212" markalı **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili atası Qurbanov Səfərə məxsusdur. Arxaya qoşduğu qoşqu 20 ilə yaxındır ki, onlardadır sənədi qeydiyyat nişanı yoxdur. O, atası ilə birlikdə rayonlara ot yükü daşıyaraq işləyir. 01.10.2021-ci il tarixdə atası xəstə olduğundan o, tək avtomobili ilə Beyləqan rayonundan Gəncə şəhərinə ot yükü aparmışdır. Onun qoşqu qoşmaq üçün kateqoriyası, hüququ yoxdur. Atasından etibarnamə almamışdır. Bərdə rayonun Mehdili kəndi ərazisində ortada düz xətt vardır. O,yolun sağı ilə öz yolunda hərəkətdə olmuşdur. Yolun mayli yerində arxadan gələn "KHAZAR LX" markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlib onun avtomobilinin sol kabinasının arxasından vurmuşdur. Toqquşma zamanı onun avtomobili yolun sağına doğru aşmışdır. Hadisə zamanı o, yüngül xəsarət almışdır. Bərdə şəhər xəstəxanasına müraciət etmişdir. Avtomobildə tak olmuşdur. Kamaz aşanda 170 ədəd ot kipi yola dağılmışdır. Hadisə yerinə camaat yığışmışdır. Onun avtomobilini vuran sürücü ağsaqqal adam olmuşdur. Həmin sürücü hadisə yerindən qaçmışdır. O, avtomobili saatda 60 km/saat sürətlə idarə etmişdir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati xəta haqqında 01.10.2021-ci il tarixli, İXP ******* saylı protokoldan müəyyən olunur ki, Şəxs sürücülük hüququ olmadan 01.10.2021-ci il tarixdə St.Mingəçevir- Bəhrəmtəpə yolunun Bərdə rayonu, Mehdili kənd ərazisindən keçən 68-ci km-də idarə etdiyi “KHAZAR LX” minik markalı, **-BS-*** d.q.n.n-lı avtomobil st. Mingəçevir istiqamətində hərəkətdə olan zaman, onunla eyni istiqamətdə hərəkətədə olan X4 markası və qeydiyyat nişanı olmayan qoşqu ilə idarə etdiyi “KAMAZ 53212” yük markalı, **-BX-*** d.q.n.n-lı yük avtomobili ilə toqquşmuş, hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “KAMAZ 53212” yük markalı avtomobilin sürücüsü X6 xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 332.4-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: AR DİN-nin BDYPİ-nin YPX Alayının 13-cü Tağım YPX inspektoru, polis baş-serjantı X3 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, 01.10.2021-ci il tarixli protokolda göstərilmişdir ki, Şəxs sürücülük hüququ və həmin avtomobili idarə etmək üçün müvafiq etibarnamə olmadan 01.10.2021-ci il tarixdə St.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu, Mehdili kənd ərazisindən keçən 68-ci km-də idarə etdiyi “KHAZAR LX” minik markalı, **- BS-*** d.q.n.n-lı avtomobil st. Mingəçevir istiqamətində hərəkətdə olan zaman, onunla eyni istiqamətdə hərəkətədə olan X4 markası və qeydiyyat nişanı olmayan qoşqu ilə idarə etdiyi “KAMAZ 53212” yük markalı, **-BX-*** d.q.n.n-lı yük avtomobili ilə toqquşmuş, hadisə yerindən yayınmışdır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 1320 saylı, 01.10.2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, X1 əlaməti olmamışdır. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, 01.10.2021-ci il tarixdə, saat 20:30 radələrində Şəxs sürücülük hüququ olmadan oğlu Niyaz Bayramlıya məxsus "KHAZAR LX" markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə st. Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mehdili kənd ərazisindən keçən 68-ci km-də st. Mingəçevir istiqamətində hərəkətdə olan zaman, onunla eyni istiqamətdə hərəkətdə olan Qurbanov Sərdar Səfǝr oğlunun markası və qeydiyyat nişanı olmayan qoşqu ilə idarə etdiyi "KAMAZ 53212" yük markalı **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, nəticədə "KAMAZ 53212" yük markalı avtomobilin sürücüsü X6 xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. "Khazar LX" markalı avtomobilin sürücüsü Şəxs hadisə yerindən yayınmışdır.Aparılmış araşdırma nəticəsində AR DİN-nin Bİ və Tİ YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru Ceyhun Axundovun 05.10.2021-ci il tarixli qərarı ilə hər iki sürücünün əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində İXM-nin 332.4-cü sürücü S.Qurbanovun barəsində isə İXM-nin 332.2-ci maddə ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün qərarın surəti AR DİN-nin BDYPİ-nin YPX Alayına göndərilmişdir. Həmin qərara əsasən hər iki sürücünün barəsində İXM-nin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək qanuni tənbehin verilməsi üçün rayon məhkəməsinə gətirilmişdir. Məhkəmə iş üzrə protokol tərtib edən şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir.Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, bаrəsində 400 (dörd yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1295/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1295/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver