Məhkəmə qərarları › İş №3(021)-13/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-13/2021

18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-13/2021 18.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, X2 vəkili Vəkil, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Kamallı Nəriman Səadət oğlunun iştirakları ilə, X2 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin MN ******* saylı 23 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin MN ******* saylı 23 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, 07 dekabr 2020-ci il tarixdə Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları tərəfindən "xxxx" MMC-nin Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Mehdiabad 1 filialında (mağazasında) yoxlama apararaq MN ******* saylı 07.12.2020-ci il tarixli protokol tərtib edilmişdir. Həmin protokola əsasən MN ******* nömrəli 23.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və İXM-nin 289.0.2-ci maddəsinə əsasən 600 manat cərimə edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol əsaasız tərtib olunmuşdur və buna görə də ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının 02.07.2013-cü il tarixli 714-İVQ saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqında “ Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarən tələblərinin pozulması ilə,o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası Qanunlarının və onlara uyğun qəbul edilmuş digər normativ hüquqi aktların pozulması faktıları ilə bağlı məsuıiyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə iclasında şikayət verən şəxs X6 vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək göstərdi ki, "xxxx" MMC-in Abşeron rayon Mehdiabad rayonunda yerləşən 01 saylı filialı əhaliyə malların pərakəndə satışı üzrə ixtisaslaşmış ticarət obyekti olmaqla, sahibkarlıq fəaliyyəti subyektidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin əməkdaşları isə qeyd olunan qanunun tələblərini pozmuşlar. Qanunun yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı olması barədə müddəası sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət-yoxlama funksiyasını həyata keçirən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin də yoxlayıcı orqan kimi fəaliyyətinə şamil edilir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul olunmuş MN ******* nömrəli 23.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Kamallı Nəriman Səadət oğlu izahatında göstərdi ki, X6 nun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni, əsaslı və ədalətlidir. X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 600 manat məbləğində cərimə edilmişdir. Şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları tərəfindən "xxxx" MMC-yə məxsus “Oba” Abşeron rayon Mehdiabad qəsəbəsi 01 filialında yoxlama apararkən tərtib olunmuş 07.12.2020-ci il tarixli protokol əsasında bölmənin rəisi X12 qızı tərəfindən X3 barəsində 23.12.2020-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2 və 447.0.2-ci maddələrinə istinad edilərək 600 manat məbləğində cərimə tətbiq edilmişdir. X3 barəsində Azərbaycan Respublikası İXM-in 289.0.2 və 447.0.2-ci maddələrinə ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 23.12.2020-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, heyvan mənşəli məhsulların baytarlıq ekspertizası aparılmadan və daşınma sənədlərinin düzgün olmadan satışı həyata keçirilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları tərəfindən "xxxx" MMC-yə məxsus “Oba” Abşeron rayon Mehdiabad qəsəbəsi 01 filialında 07.12.2020-ci il tarixdə yoxlama aparılmış, həmin yoxlamanın nəticəsində tərtib olunmuş 23.12.2020-ci il tarixli MN ******* №-li protokol ilə vəzifəli şəxs kimi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. "xxxx" MMC-in Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən 01 saylı filialı əhaliyə malların pərakəndə satışı üzrə ixtisaslaşmış ticarət obyekti olmaqla, sahibkarlıq fəaliyyəti subyektidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin 1.4-cü və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 7.1-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 28 avqust 2013-cü il tarixli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə görə, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. 1.1.2-ci maddəsinə görə, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 1.1.3-ci maddəsinə görə, yoxlayıcı orqan - qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı və ya publik hüquqi şəxsdir. 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların aktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2-ci maddəsinə əsasən, bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Qeyd olunan normaların məzmununa əsasən, yuxarıda adı çəkilən Qanunun bəzi müddəaları, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı olması barədə müddəası sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət-yoxlama funksiyasını həyata keçirən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin də yoxlayıcı orqan kimi fəaliyyətinə şamil edilir və yoxlayıcı orqan tərəfindən bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə görə, bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. 2.2-1-ci maddəsinə görə, bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. 2.2-2-ci maddəsinə əsasən, Ələt azad iqtisadi zonasında sahibkarlıq sahəsində aparılan yoxlamalar “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. Göründüyü kimi, bu Qanunun fəaliyyətinə tətbiqi istisna edilən orqanlar sırasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulmur. Qeyd edilməlidir ki, X1 fəaliyyəti ilə məşğul olduğu "xxxx" MMC-in Abşeron rayon Mehdiabad qəsəbəsi 01 saylı filialına (marketə) baxış keçirilməsi sahibkarlıq sahəsində aparılan yoxlamalara aiddir. Belə olan halda, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşlarının X3 müdir kimi fəaliyyət göstərdiyi "xxxx" MMC-yə məxsus Oba Abşeron rayon Mehdiabad qəsəbəsi 01 filialına baxış keçirilməsi sahibkarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Regional Bölməsinin əməkdaşları tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama Reyestrdə qeydiyyata alınmalı idi. Yoxlayıcılar ticarət müəssisəsinə yoxlama məqsədi ilə daxil olan zaman xidməti vəsiqələrini, eyni zamanda yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə (hazırda baxılan işdə X5) təqdim etməli, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməli idilər. Lakin göründüyü kimi, yoxlayıcılar tərəfindən qanunvericiliyin imperativ qaydada müəyyən etdiyi qaydalara riayət edilməmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-in Abşeron rayon Mehdiabad qəsəbəsi 01 saylı filialında (market) keçirilmiş yoxlama əvvəlcədən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestri”ndə qeydiyyata alınmadığına görə, həmin yoxlama heç bir hüquqi nəticəyə səbəb ola bilməz. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları tərəfindən "xxxx" MMC-in Abşeron rayon Mehdiabad qəsəbəsi rayonu 01 saylı filialında (market) yoxlama keçirərkən qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsini araşdırmamışdır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.1 (hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması) və 135.1.6-ci (bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması) maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edə bilər. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2 və 447.0.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul olunmuş MN ******* nömrəli 23.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəməsi hesab edir ki, şikayət təmin edilərək X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2 və 447.0.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin tərəfindən qəbul olunmuş MN ******* nömrəli 13 iyul 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında ləğv edilməli və iş üzrə icraata xitam verilmədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.2 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında və bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Həmin Məcəllənin 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin MN ******* saylı 23 dekabr 2020-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar