Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-13/2025 14.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnə və Bərdə Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi və Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 347-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs mülkiyyətində və ya istifadəsində olan LF 6430-SUV minik markalı 09AA158 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 18:55-də Bərdə şəhəri İsmət Qayıbov küçəsində (İXM-nin 346.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən dayanma və durma qaydalarını pozmağa görə) inzibati xətanın törətməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fizki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. Həmçinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulması barədə də xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs mülkiyyətində və ya istifadəsində olan LF 6430-SUV minik markalı 09AA158 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 19:24-də Oğuz şəhəri, H.Əliyev prospektində (İXM-nin 346.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən dayanma və durma qaydalarını pozmağa görə) inzibati xətanın törətməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. Həmçinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulması barədə də xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs mülkiyyətində və ya istifadəsində olan LF 6430-SUV minik markalı 09AA158 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 17:11-də Şəki şəhəri, S.Rəhman küçəsi ilə M.Müşfiq küçəsinin kəsişməsində (İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) inzibati xətanın törətməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fizki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. Həmçinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulması barədə də xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs mülkiyyətində və ya istifadəsində olan LF 6430-SUV minik markalı 09AA158 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 17:11-də Bərdə şəhəri, İsmət Qayıbov küçəsində (İXM-nin 346.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən dayanma və durma qaydalarını pozmağa görə) inzibati xətanın törətməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. Həmçinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulması barədə də xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamələrdən görünür ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən “Şəxsnə göndərilmiş bildiriş Şəxs nümayəndəsi tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon polis mayoru X1 tərəfindən Şəxs barəsində İXM-nin 347-ci maddəsi ilə 05 dekabr 2024-cü il tarixli, İXP № ******* saylı protokol tərtib edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs mülkiyyətində və ya istifadəsində olan LF 6430-SUV minik markalı 09AA158 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 18:55-də Bərdə şəhəri İsmət Qayıbov küçəsində (İXM-nin 346.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən dayanma və durma qaydalarını pozmağa görə), LF 6430-SUV minik markalı 09AA158 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 19:24-də Oğuz şəhəri, H.Əliyev prospektində (İXM-nin 346.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən dayanma və durma qaydalarını pozmağa görə), LF 6430-SUV minik markalı 09AA158 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 17:11-də Şəki şəhəri, S.Rəhman küçəsi ilə M.Müşfiq küçəsinin kəsişməsində (İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) inzibati xətanın törətməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fizki şəxs barədə məlumat verilməsi tələb olunmuş, sorğu tərəflərindən poçt xəbərnaməsinə əsasən təhvil alınmış, lakin sorğuya cavab verilməmişdir. Azərbaycan Respublikasının İXM-nin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə –vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 347-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-13/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-13/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver