Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1301/2023 04.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bərdə rayonu Böyük Qacar kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Böyük Qacar kəndində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı 28 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Gəncə Kommersiya Məhkəməsinin e-2-2(021)-374/2020 saylı 23 iyun 2020-ci il tarixli icra sənədinə əsasən 5496 (beş min dörd yüz doxsan altı) manat sabit pul məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödəməlidir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Şəxs Gəncə Kommersiya Məhkəməsinin e-2-2(021)-374/2020 saylı 23 iyun 2020-ci il tarixli icra sənədinə əsasən 5496 (beş min dörd yüz doxsan altı) manat sabit pul məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, yaranmış borcu heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Lakin ümumi yığılan 5496 (beş min dörd yüz doxsan altı) manat borcdan 1000 (min) manat ödəniş etmişdir. Məhkəmədən barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(021)-374/2020 saylı 23 iyun 2020-ci il tarixli icra sənədinə əsasən 5496 (beş min dörd yüz doxsan altı) manat əsas borc, 100 (yüz) manat cərimə borcu, 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödəməlidir. İmkanı çatdıqca ödəniş edir. Hazırda 1000 (min) manat ödəniş etmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin e-2-2(021)-374/2020 saylı 23 iyun 2020-ci il tarixli icra sənədinə əsasən 5496 (beş min dörd yüz doxsan altı) manat sabit pul məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödəməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, barəsində inzibati icraat aparılan Şəxs əməllərində qərəzli yayınma halları müşahidə olunmamışdır. En son 1000 (min) manat ödəniş qəbzini məhkəməyə təqdim etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Şəxs ümumi borcdan 1000 manat ödənişi birdəfəyə etmiş və bundan sonra borcun ödənilməsi ilə bağlı yayınma hallarının baş verməyəcəyi barədə məhkəmə iclas zalında söz vermişdir. Belə olduğu təqdirdə məhkəmə Şəxs əməlində qərəzlilik kimi halları müşahidə etmir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1301/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1301/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver