Məhkəmə qərarları › İş №3(021)-1302/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1302/2021

24.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1302/2021 24.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, X7 22 may 2021-ci il tarixdə Bərdə rayonu Alaçadırlı kəndində yerləşən yem istehsalı üçün nəzərdə tutulmuş dəyirmandan mis naqilləri X3 məxsus mülkdən oğlurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 sentyabr 2021-ci il tarixdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi 112 A-da X4 məxsus həyətdən elektrik generatoru və naqili oğlurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə şəhəri,Təzə məhəllədə X1 mıəxsus evin həyətindən gecə radələrində su qızdırıcısını oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 oktyabr 2021-ci il tarixdə Bərdə şəhəri, Səttərxan küçəsində yaşayan X5 yaşadığı evin həyətindən bir ədəd dəyəri 50 manat olan aliminium qazan oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1301/2021 saylı inzibati iş, 3(021)-1302/2021 saylı inzibati iş, 3(021)-1303/2021 saylı inzibati iş 3(021)-1304/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 24 oktyabr 2021-ci il tarixdə saat 1315-də Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə baxılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar