Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1302/2023 28.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-ci ildə Bərdə rayon Aplout kəndində anadan olmuş, Bərdə rayon Alout kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 28 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-471/2023 saylı icra sənədinə əsasən Şəxs 1240 manat alınaraq X3 ödənilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-471/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. İş hazırda kassasiya məhkəməsinin icraatındadır. Odur ki, məhkəmədən protokolun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 borcun ödənilməsini tələb etdiyini bildirdi. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. İşdə olan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-471/2023 saylı icra sənədindən görünür ki, Şəxs 1240 manat alınaraq X3 ödənilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-471/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verdiyini, apellyasiya şikayətinin təmin edilmədiyini, apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verdiyini və mülki işin hazırda kassasiya məhkəməsinin icraatında olduğunu bildirmişdir. İcra məmuru isə buna aydınlıq gətirə bilməmiş və həmin mülk işin hazırda kassasiya məhkəməsinin icraatında olduğundan xəbərsiz olduğunu bildirmişdir. Odur ki, anlaşılmazlıq aradan qaldırıldıqdan sonra yenidən icra işinə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qabil Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1302/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1302/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver