Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1303/2023 04.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1990-ci ildə Bərdə rayonu, Nazirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bərdə rayonu, Nazirli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 28 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında potokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibаti iş üzrə məhkəmə iclаsı 28 sentyabr 2023-cü il tarixdə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin və icra məmurunun iştirakı ilə keçirilmiş, sonradan pulun ödənilməsinə möhlət verilməsi ilə bağlı iclas təxirə alınaraq 04 sentyabr 2023-cü il tаrixə sааt 16:05-ə təyin edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə tərəfindən pulun ödənilməsi ilə bağlı möhlət verilmişdir. Lakin O, növbəti, yəni 04 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etməkdən yayınmışdır. Belə ki, hazırda onun olduğu yer müəyyən edilmir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, Şəxs hazırda olduğu yer müəyyən edilmədiyindən və işdə onun iştirakı vacib olduğundan hazırki iş üzrə icraat dayandırılmalı, Şəxs barəsində axtarış elan edilməlidir. Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 104.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə inzibati xəta haqqında iş üzrə icraat dayandırılır. İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 104.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində axtarış elan edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tutularaq Bərdə rayon Məhkəməsinin sərəncamına verilənədək iş üzrə icraat dayandırılsın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə tapşırılsın. Qərar icrasına nəzarət üçün Bərdə rayon Prokurorluğuna və məlumat üçün Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1303/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1303/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver