Məhkəmə qərarları › İş №3(021)-1304/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1304/2021

24.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1304/2021 24.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxx 1990-ci ildə Yevlax şəhəri, Mingəçevir qəsəbəsində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Bərdə şəhəri, Səttərxan küçəsi ev 34-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, X8 22 may 2021-ci il tarixdə Bərdə rayonu Alaçadırlı kəndində yerləşən yem istehsalı üçün nəzərdə tutulmuş dəyirmandan mis naqilləri X4 məxsus mülkdən oğlurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 sentyabr 2021-ci il tarixdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi 112 A-da X5 məxsus həyətdən elektrik generatoru və naqili oğlurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə şəhəri,Təzə məhəllədə X1 mıəxsus evin həyətindən gecə radələrində su qızdırıcısını oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 oktyabr 2021-ci il tarixdə Bərdə şəhəri, Səttərxan küçəsində yaşayan X6 yaşadığı evin həyətindən bir ədəd dəyəri 50 manat olan aliminium qazan oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, oğurluq hadisələrindən onun məlumatı yoxdur. Həmin oğurluq hadisələri onun tərəfindən törədilməmişdir. Özü sərbəst yazıb-oxuduğu halda Bərdə rayon Polis şöbəsində izahatları polis əməkdaşları tərəfindən yazılmış, özü də izahatları oxumadan imza etmişdir. Onun yaşadığı mənzilə baxış keçirilməmişdir. Məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən üzərinə gecə vaxtları evdən çıxmamaq vəzifəsi qoyulmuşdur. Ona görə də gecə vaxatları evdən çölə çıxmır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlaraobyektiv qiymət verərək belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını, işə olan sübutları qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırki xırda talama hadisələri ilə bağlı əlaqəsi ümumiyyətlə sübut edilmir. Bundan başqa Şəxs özü sərbəst yazıb-oxuduğu halda izahatları başqa şəxs tərəfindən yazılmış, oğurlanmış əşyaların aşkar edilməsi üçün sonuncunun yaşayış evinə baxış keçirilməmiş, inzibati xəta haqqında protokollarda hadisələrin törədilmə saatı göstərilməmiş, oğurlanmış əşyaların dəyəri qiymətləndirilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış 3(021)-1301/2021 saylı inzibati xəta haqqında material üzrə, 3(021)-1302/2021 saylı inzibati xəta haqqında material üzrə, 3(021)-1303/2021 saylı inzibati xəta haqqında material üzrə və 3(021)-1304/2021 saylı inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar